525.Az

“Ermənistanın dövlət terroru davam edir” - Hikmət Hacıyev


 

“Ermənistanın dövlət terroru davam edir” -<b style="color:red"> Hikmət Hacıyev</b>

“Ermənistanın kamikadze dronu Azərbaycanın hava hücumundan müdafiə qüvvələri tərəfindən uğurla məhv edilib”.

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ”Twitter”dəki hesabındakı paylaşımında bildirib.

H. Hacıyev qeyd edib ki, kamikadze dron mülki obyektlərin ətrafında hərəkət edib, kamikadze dronun məhv edilməsi nəticəsində daha çox mülki şəxsin həyatı xilas edilib.

“Ermənistanın dövlət terroru davam edir. Sülhə vadar etmə missiyası Ermənistanı dayandırmağa davam etməlidir”, - deyə Prezidentin köməkçisi vurğulayıb.  


 





08.10.2020    çap et  çap et