525.Az

Hürrü Əliyev Kamal Kılıçdaroğlu ilə görüşüb


 

Hürrü Əliyev Kamal Kılıçdaroğlu ilə görüşüb<b style="color:red"></b>

Azərbaycan Milli Azadlıq Cəbhəsi Partiyasının (AMACP) təşkilat komitəsinin sədri Hürrü Əliyev Türkiyəyədə səfərdədir. Yanvarın 26-da Türkiyənin ana müxalifət lideri, Cumhuriyyət Xalq Partiyasının başqanı Kamal Kılıçdaroğlu Hürrü Əliyevi qərarganında qəbul edib. Ilkin olaraq geniş heyyətlə başlayan görüş daha sonra tərəflər arasında təkbətək davam edib.

Görüşdə Türkiyə Azərbaycan münasibətlərinin hazırkı durumu, Dağlıq Qarabağ problemi və Güney Azərbaycan məsələləri müzakirə olunub. Həmçinin CHP və AMACP arasında əlaqələrin daha da dərinləşdirilməsi məsələsi ilə bağlı ikitərəfli razılıq əldə edilib. K.Kılıçdaroğlu H.Əliyevi növbəti dəfə  Türkiyədə, xüsusi ilə də CHP-də görməsindən məmnunluq duyduğunu ifadə edərək, vurğulayıb ki, bundan sonra da CHP-nin qapıları hər zaman AMACP üçün açıqdır.

Görüş zamanı H.Əliyev Türkiyədə yaxınlaşmaqda olan bələdiyyə seçkilərində CHP-yə  qələbə arzulayıb. Görüş çox səmimi müstəvidə keçib və hər iki tərəf bu görüşlərin intensiv olmasını dilə gətirib.

Qeyd edək ki, bu dəfəki səfər zamanı Hürrü Əliyev  CHP-nin xarici əlaqələr üzrə başqan yardımçısı Faruk Loğoğlu və CHP Ankara bələdiyyə başqanlığına namizəd Mansur Yavaşla da görüşüb.

 





29.01.2014    çap et  çap et