525.Az

“Ermənistan Gəncə, Bərdə, Tərtər və digər şəhərlərə raket zərbələri endirir”


 

“Ermənistan Gəncə, Bərdə, Tərtər və digər şəhərlərə raket zərbələri endirir”<b style="color:red"></b>

"Ermənistanın "Smerç" raketləri və ağır artilleriya ilə Azərbaycan şəhərlərinə və mülki şəxslərə qarşı məqsədli hücumları davam edir”.

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ”Twitter”dəki hesabındakı paylaşımında bildirib.

H. Hacıyev qeyd edib ki, Gəncə, Bərdə, Tərtər və digər şəhərlər Ermənistanın məsuliyyətsiz hücumların hədəfinə çevrilib. 

“Sülhə vadar etmə missiyası Ermənistanı dayandırmağa davam etməlidir”, -deyə Prezidentin köməkçisi vurğulayıb.

 





08.10.2020    çap et  çap et