525.Az

Rusiyada yol qəzasında ölənlər arasında azərbaycanlı da var


 

Rusiyada yol qəzasında ölənlər arasında azərbaycanlı da var<b style="color:red"></b>

Rusiyada dörd nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsində ölənlərdən birinin Azərbaycan vətəndaşı olduğu məlum olub.

APA-nın Rusiya bürosunun məlumatına görə, yanvarın 25-də Orenburq-Ufa avtomobil yolunun 591-ci kilometrliyində, Şarlıkskiy rayonu ərazisində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı 4 nəfər ölüb, 11 nəfər yaralanıb.
 
“Subaru” və “VAZ” avtomobillərinin toqquşması nəticəsində ölənlərdən birinin 1985-ci il təvəllüdlü Azərbaycan vətəndaşı olduğu müəyyən edilib. Onun 2013-cü ildə Moskva şəhərində miqrasiya qeydiyyatına düşdüyü, lakin Uxta şəhərində yaşadığı məlum olub.

 





29.01.2014    çap et  çap et