525.Az

“Düşmənin “Qrad” yaylım atəşli reaktiv sistemi məhv edilib” - Video


 

“Düşmənin “Qrad” yaylım atəşli reaktiv sistemi məhv edilib” - <b style="color:red">Video</b>

"Azərbaycanın Bərdə və Tərtər şəhərlərinə və mülki insanlara hücum edən Ermənistan ordusunun “Qrad” yaylım atəşli reaktiv sistemi dəqiq idarəolunan raketlə məhv edilib”.

APA-nın xəbərinə görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ”Twitter”dəki hesabındakı paylaşımında bildirib.

“Bir çox günahsız mülki şəxsin həyatı xilas edilib və mülki infrastruktura dəyə biləcək potensial zərərin qarşısı alınıb”, - deyə Prezidentin köməkçisi qeyd edib.




 





08.10.2020    çap et  çap et