525.Az

ABŞ "El"dən ana müxalifət düzəltmək istəyir?


 

AXCP-MÜSAVAT ZİDDİYYƏTLƏRİNİN DAHA DA KƏSKİNLƏŞMƏSİ QƏRBİ YENİ SEÇİM QARŞISINDA QOYUB

ABŞ "El"dən ana müxalifət düzəltmək istəyir? <b style="color:red"></b>

ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarla "El" hərəkatının rəhbəri Eldar Namazov arasında keçirilən görüş barədə artıq mətbuatda geniş məlumatlar yer alıb. Görüşdə müxalifətdaxili bir sara məsələlərin müzakirəsi ilə yanaşı ABŞ səfirinin E.Namazova xüsusi tapşırıqlar verdiyi bildirilir. Məlumata görə, R.Morninqstar "El" hərəkatının fəaliyyətini izlədiklərini təşkilatın gələcək addımları ilə bağlı konkret planlarının olduğunu açıqlayıb. Bildirilir ki, səfir "El"in partiyaya çevrilməsini istəyib. Buna səbəb isə ABŞ-ın Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Müsavatın fəaliyyətindən narazı qalması artıq "El"ə etibar etməsidir. ABŞ səfirinin sözlərinə görə, Milli Şuranın mövcud miskin durumu, AXCP Müsavat arasında ziddiyyətlərin daha da kəskinləşməsi onun ciddi məyusluğuna səbəb olub. Səfirin sözlərinə görə, davamlı daxili qarşıdurma şəraitində yaşayan partiyalar aparıcı qüvvə missiyasını yerinə yetirə hakimiyyətə qarşı real güc ortaya qoya bilməzlər. Onlardan fərqli olaraq, "El" hərəkatı güclü siyasi qüvvə, "ana müxalifət" olmaq üçün potensiala malikdir. Bunun üçün "El" hərəkatı partiyaya çevrilməli, fəaliyyətini genişləndirməli, regionlarda ciddi təşkilatlanma işi aparmalı üzvlərinin sayını artırmalıdır. Məlumata görə, səfir bunun üçün E.Namazova hər bir dəstəyi verməyə hazır olduğunu köməkliyini əsirgəməyəcəyini bildirib. Hətta Müsavat AXCP kimi partiyalardan da qopmaların olacağı bu siyasi təşkilatlardan istefa verənlərin məhz "El"ə birləşəcəyi söylənilir.

Məlumata görə səfir həmçinin bildirib ki, ziyalıların quruma cəlb edilməsi işinə xüsusi diqqət verilməli, yeni yaranacaq partiyanın ideoloji fəaliyyətini gücləndirmək təbliğatı işini təşkil etmək üçün internetdə ciddi təşkil olunmalı, habelə mətbuat orqanı təsis edilməlidir. Buna görə , R.Morninqstarın bir vaxtlar Eldar Namazovun rəhbərliyi ilə çıxan "Panorama" qəzetinin fəaliyyətinin bərpa olunmasını təklif etdiyi deyilir.

Eyni zamanda E.Namazovun da Rusiyadan üz döndərərək artıq ABŞ-a arxalanmağa üstünlük verdiyi qeyd edilir. 

Ölkənin ictimai-siyasi həyatında fəallığın artırılması məsələsinə gəldikdə, ABŞ səfiri Namazova deyib ki, "El" ölkədəki siyasi proseslərdə aktiv iştirak etməli, digər müxalifət partiyaları, QHT sektoru ilə yaxından əməkdaşlıq etməli ən əsası, bələdiyyə seçkiləri daxil olmaqla qarşıdan gələn bütün seçkilərdə iştirak etməlidir. Səfirin sözlərinə görə, bütün bunlar "El"ə real müxalifətə çevrilməyə "ana müxalifət" missiyasını öz üzərinə götürməyə şərait yaradacaq.

R.Morninqstar bu planları həyata keçirmək üçün ciddi maliyyə resurslarına ehtiyac olacağını bildiyini tövsiyələrin yerinə yetirilməsi istiqamətində real addımlar atılacağı təqdirdə "El"ə hərtərəfli dəstək göstəriləcəyini vəd edib.

Məsələyə münasibət bildirən Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şura üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov Eldar Namazovun intellektsiz fərd olduğunu qeyd edib. Onun sözlərinə görə, E.Namazov heç bir proses yaratmaq səviyyəsində, intellektində gücündə olmayan, həmişə onun bunun sözü ilə oturub duran, Azərbaycan cəmiyyətində heç bir təsir imkanları nüfuzu olmayan çəkisiz bir insandır: "Eldar Namazov kiçik bir dərnəyə belə rəhbərlik etmək gücündə deyil. Buna sübut kimi onun rəhbərlik etdiyi "El" adlı təşkilatda Ali Məclisin sədri olan Eldəniz Quliyevin hələ Milli Şurada qalmasıdır. Bu da Eldar Namazovun rəhbərlik etdiyi kiçik bir təşkilatda belə söz sahibi olmaması, ona olan sayğısızlıqdan irəli gəlir. Eldar Namazov Rüstəm İbrahimbəyovun ssenarisində rol alan xırda bir fiqurdur. Buna görə o, ənənəvi olaraq uğursuzluğa düçar olur. Eldar Namazov həmişə ora-bura qaçmaqla məşğul olub, amma heç bir halda özünü tapa bilməyib. Bu gün qaçmaq ənənəsini davam etdirsə , hələ ünvanını tapa bilməyib".

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev ABŞ səfiri ilə görüş barədə belə deyib: "Bir neçə gün öncə ABŞ-ın Azərbaycandakı səfirinin Cəmil Həsənli ilə Əli Kərimlini, daha sonra İsa Qəmbəri, Arif Hacılını qəbul etməsi Ukrayna məsələlərini ölkəmizdə təkrarlamaq istəyindən irəli gəlir. Ukraynadan Milli Şuranın üzvü Mehman Əliyevə gələn mesaj digərləri buna əyani sübutdur. ABŞ-ın bəzi dairələrindən olan şəxslər Azərbaycanda satqın olmayan partiya sədrləri ilə görüşmək istəmirlər. Çünki bilirlər ki, onların heç bir təklifi qəbul edilməyəcək. Eldar Namazov da satqınlar qrupuna daxildir. O da müəyyən xarici dairələrdən aldığı tapşırıq əsasında fəaliyyət göstərir. Əlaltdan müəyyən çevrələrlə birliyinə girirlər. Azərbaycanda xarici kəşfiyata işləyən partiyalar, təşkilatlar, QHT-lər hamısı bir mərkəzdən idarə olunurlar. Eldar Namazovun "El" Hərəkatını siyasi partiyaya çevirmək istəyi yeni məlumat deyil. O, tez-tez bu xəyala dalır. 20 ildir ana müxalifət missiyasını yerinə yetirən İsa Qəmbərin heç bir törəməsi olmadı. Ona görə istər Eldar Namazov, istərsə digərləri partiya yaratsa da dədə, ana müxalifət ola bilməyəcək".

Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov "El" Hərəkatının sədri Eldar Namazovun ABŞ səfiri ilə görüşünü sia-ya şərh edərkən bunları söyləyib: "Hər bir səfirin ölkədə fəaliyyət göstərən siyasi partiyaların, ictimai təşkilatların nümayəndələri ilə görüşmək müəyyən müzakirələr aparmaq səlahiyyəti var. Amma keçirilən görüşlər separat xarakterli olmamalıdır. Hansı ölkənin səfiri olmasından asılı olmayaraq, keçirilən görüşlərin mövzusu dövlətçilik iqtidar əleyhinə kampaniyanın aparılmasına xidmət edirsə, bu, yolverilməzdir. Siyasi partiyaların, təşkilatların rəhbərləri səfirlərlə görüşdən sui-istifadə edərək, cəmiyyətdə müxtəlif fikirlər səsləndirməməlidirlər. Guya, ABŞ bunları müdafiə edir, bunların arxasındadır başqa fikirlər cəmiyyət üçün heç bir önəm kəsb etmir. İstənilən halda səfirlərlə görüş dövlətin ümumi maraqlarına xidmət etməlidir, şəxsi maraqlara deyil. Azərbaycanın daxili məsələlərinə heç bir xarici ölkə ya təşkilat qarışmamalıdır".

"El" Hərəkatının siyasi partiyaya çevrilməsinin ABŞ səfirinin təlimatı əsasında olduğu fikrinə münasibət bildirən Siyavuş Novruzov qeyd edib ki, bu təşkilat Azərbaycan cəmiyyətində tanınmayan ictimai-siyasi həyatında heç bir rol oynamayan təşkilatdır. Onun sözlərinə görə, "El"in təşkilat ya siyasi partiya olmasının heç bir əhəmiyyəti yoxdur: "Çünki ordakılar eyni insanlardır, sadəcə, müxtəlif ad altında toplaşırlar. Özlərinə ad verirlər versinlər, mahiyyətləri hər kəsə bəllidir. Hesab edirəm ki, ABŞ-ın Azərbaycandakı səfirliyi ölkədə ictimai-siyasi duruma təsir edə biləcək hansısa təlimat verməz".

AQİL

 





29.01.2014    çap et  çap et