525.Az

Bakıda 2040-cı ilədək metro xətlərinin sayı 25-dən 51-ə çatdırılacaq


 

Bakıda 2040-cı ilədək metro xətlərinin sayı 25-dən 51-ə çatdırılacaq<b style="color:red"></b>

Bakıda 2040-cı ilədək metro xətlərinin sayı 25-dən 51-ə çatdırılacaq.

APA-nın məlumatına görə, bu, Bakı Şəhərinin Baş Planı 2040-da əksini tapıb.

Layihəyə əsasən, 2040-cı ilədək “28 May” stansiyası metro şəbəkəsinin mühüm əhəmiyyətə malik mərkəzi qovşağı olaraq qalacaq.

2027-ci ilədək “28 May”-“Cəfər Cabbarlı” keçid stansiyasında yaşıl və qırmızı xətlərinin bir-birindən ayrılması və yeni dəstəkləyici infrastrukturun yaradılması planlaşdırılır.

2040-cı ilədək metro xətləri şəbəkəsinin ümumi uzunluğunun hazırkı 36,7 km-dən 76.2 km-ə, stansiyaların sayının isə 25-dən 51-ə çatdırılması nəzərdə tutulur.

 





09.10.2020    çap et  çap et