525.Az

Azərbaycanın politoloq alimi BMT-nin ordeni ilə təltif olundu


 

Azərbaycanın politoloq alimi BMT-nin ordeni ilə təltif olundu<b style="color:red"></b>

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, Azərbaycan Gənc Diplomatlar Birliyinin Baş məsləhətçisi, siyasi elmlər doktoru, professor Elman Nəsirov BMT Beynəlxalq Təltiflər İttifaqının İctimai Təltiflər üzrə Şurasının 16 yanvar 2014-cü il tarixli qərarı ilə “Elm və təhsil sahəsində böyük uğurlarına görə” “Xidmət və Şərəf” Ordeni ilə təltif olunub.

Azərbaycanlı alim BMT-nin təltiflər üzrə nüfuzlu qurumunun Ordeninə qlobal elmi-siyasi problemlər üzrə uğurlu tədqiqatları, Frankfurt, Köln (Almaniya), Buxarest (Rumıniya), Brüssül, Mons (Belçika), Skopye (Makedoniya), Pekin, Şanxay, Usi (Çin), Təl-Əviv (İsrail), Tehran (İran), İstanbul, Ankara, Bursa (Türkiyə), Kiyev, Lvov, Simferopol, Yalta, Baxçasaray, Yevpatoriya, Sevastopol (Ukrayna) və digər şəhərlərdə keçirilmiş 30-a qədər beynəlxalq  konfransda konkret elmi mühakimə və nəticələrlə çıxış etməsi, əsərlərinə və müsahibələrinə dünyanın tanınmış ekspertləri tərəfindən mütəmadi olaraq  istinadlar verilməsinə görə layiq görülüb.

 

 





29.01.2014    çap et  çap et