525.Az

“Gənclərin dünyagörüşünə bəzi internet resurslarının mənfi təşiri müşahidə olunur”


 

 “Gənclərin dünyagörüşünə  bəzi internet resurslarının mənfi təşiri  müşahidə olunur”<b style="color:red"></b>

"Web" texnologiyaların siyasətə daxil olması mürəkkəb prosesdir. Kompüter texnologiyaları çoxtərəfli  komunikasiya üçün yeni imkanlar açır, yəni, internet cəmiyyətdə real dialoq üçün mexanizmlər və siyasi iştirakın genişləndirilməsi, həmçinin,  siyasi məsələlər üzrə birbaşa rabitə üçün informasiya məkanını yaradır”.

525.az xəbər verir ki, AŞPA-nın qış sessiyasında “Internet və siyasət: ınformasiya və kommunıkasıya texnologoyaların demokratıyaya təsiri” mövzusunda çıxışı zamanı Milli Məclisin (MM) Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini  Sevinc Fətəliyeva dilə gətirib. Onun dediyinə görə, qlobal şəbəkə dövlət orqanları və vətəndaşlar arasında   real vaxtda sabit ictimai-siyasi fikir mübadiləsini təmin edir:

 “Elektron hökumətin yaradılması, insanlar və hökumət arasında daha güclü, daha şəffav  və daha asan   əlaqələrin qurulmasında internet böyük bir töhfədir.Internet vasitəsi ilə gənclər siyasi liderlər, siyasi partiya və bloklar, onların platforması haqqında məlumat əldə edir və bu onların  əsas informasiya mənbələrindən birinə  çevrilir.  Bununla yanaşı,  gənclərin dünyagörüşünə  bəzi internet resurslarının mənfi təşiri də müşahidə olunur. 

Biz milliyyətçilik, ekstremizm, terrorızm, cinayətyönümlü resurslarının yayılmasının  qarşısını alıb, gəncləri yalnış istiqamətə yönəldən   qlobal çağırışlara müqavimət göstərilməsi  üçün   qanunvericiliyi təkmilləşdirilməliyik.

Bəzən sosial şəbəkələrdən istifadədə qadağaların qoyulması  vətəndaş azadlığının məhdudlaşdırılması kimi suallar səsləndirilir.  Müasir dünyada internet demokratiyanın, söz və ifadə azadlığın göstəricisidir. İnternetdə məhdudiyyətlərin qoyulması imkansızdır”. Millət vəkili çıxışında deyib ki,  Azərbaycanda internet azaddır:  “Azərbaycanda  internet azadlığı   bizim əsas nailiyyətlərimizdən  biridir. Bu gün əhalinin  təxminən 65% internet istifadəçisidir.  Ölkədə istər bloqgerlər, istər media nümayəndələri internet vasitəsilə də öz fikirlərini azad ifadə edirlər, hər hansı daxili və ya xarici informasiya resurslarının istifadəsinə məhdudiyyət qoyulmur. Hər bir ölkədə olduğu kimi sosial şəbəkə həyatımızın ayrılmaz hissəsinə çevrilib.

 Bu  gün hər bir Azərbaycan vətəndaşı  ölkədə və dünyada gedən bütün siyasi proseslərə öz münasibətini azad şəkildə  sosial şəbəkə vasitəsilə bildirir   və fikir mübadiləsi aparır. İKT universitetin yaradılması, 2013-ci ilin  İKT   ili elan olması, azad , şəffav internetə giriş , electron hökumət və onun uğurlu fəaliyyəti bunların hamısı IKT -nin ölkə üçün prioritet məsələlərdən biri olduğunu subut edir. 

Təbii ki, müasir cəmiyyət proqresdən imtina edə bilməz. Siyasət də diğər sahələr kimi yeni texnologoyalarla addımlamalıdır. Lakin  unutmamalıyıq ki,  bizim şəxsi baxışlarımız və mövqeyimiz,   kiminsə tərəfindən təqdim olunan, bəzən qərəzlı , düzgün interpretasiya olunmayan və qeyri konstruktiv məlumatlar əsasında yox, real hadisələr və proseslər əsasında qurulmalıdır.

 

Kamil Həmzəoğlu

 





29.01.2014    çap et  çap et