525.Az

Heydər Əliyev prospektində qəza baş verib


 

Heydər Əliyev prospektində qəza baş verib<b style="color:red"></b>

Bu gecə Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, Heydər Əliyev prospekti ilə hərəkət edən "Mercedes Benz" markalı “01 BL 348” dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq yol kәnarındakı arakәsmәyә çırpılıb.
 
Sürücü xəsarət almasa da, maşına ziyan dəyib.
 
Qəzaya uğrayan avtomobilin sürücüsü  İsmayılov Vidadi Pәnah oğlu Nəqliyyat Nazirliyinin  “Avtonəqliyyatservis” Departamentinin әmәkdaşıdır.
 
Faktla bağlı araşdırma aparılır.

 





30.01.2014    çap et  çap et