525.Az

Dünyanı uşaqlara verək


 

Dünyanı uşaqlara verək<b style="color:red"></b>

yazıçı-publisist 

Hər gün hər saat dünyaya minlərlə, milyonlarla körpə gəlir, o anda  dünya körpələşir, məsumlaşır. Zalım dünyada ilk səhv,  günah etməyənə qədər  bəlkə çiyinlərimizdə  mələk kimi  gözəgörünməz qanadlarımız olub. qədər ki, müharibələr yer üzündə cəhənnəmi əvəz edib insanları məhv etdikcə,  irqindən asılı olmayaraq uşaqların  həyatına son qoyulduqca, biz necə xoşbəxt ola bilərik? Televizor qarşısında oturub kanalları tez-tez çeviririk, müharibə dəhşətlərini görüntüləyən kanallara baxandan sonra şou verilişlərə, şən mahnılara  keçid alırıq.  Bu anda  etdiyimizi axıra qədər dərk etmirik. Dünyada ən xoşbəxt, uzunömürlü ölkələr arasında rəqabət yoxdur, yalnız  müharibələr, fırtınalar, zəlzələlər, vulkanlar, cinayət qəza hadisələri efirdə, mətbuatda  xəbərlərin yarıdan çoxunu təşkil edir. Qanı donduran "qanlı" xəbərlər isə azalmaq əvəzinə günü- gündən çoxalır.

Xaricdə saysız-hesabsız müharibələrdə ölüb yaralanan uşaqlar azmış deyə, dünyada sağ qalanları da yeni "pedaqoji" təlimlərin qurbanı etmək çox dəbdədir. Bu gün insanlar uşaqlıq dünyasından çox ayrılmışlar. Belə bir deyim var: "Dünyanı uşaqlara verə bilmiriksə, heç olmasa, qəlbimizi verək". Nazim Hikmətin sözləridir: "İnsanın qanadları qəlbindədir". Bu "qanadlara" xüsusilə, uşaqların böyük mənəvi ehtiyacı var.

A.Makarenkonun uşaqlarla bağlı  ən dəyərli fikirlərindən biridir: "Tərbiyə prosesi həmişə davam edir, hətta siz evdə olmayanda da". Bu, daha çox XXI əsr üçün qədər əhəmiyyət kəsb edən fikirdir. Texniki imkanların uşaqların savadlanmasında, dünyagörüşündə  böyük rol oynaması danılmaz həqiqətdir, bəs, onun zərərli, neqativ təsirlərindən istifadə olunursa, bunun qarşısını necə almaq olar? Axı, valideyn  günün 24  saatını məktəbli uşağı ilə  bir yerdə  keçirə bilmir.

Yeri gəlmişkən qeyd edək ki, rus pedaqoqu "Pedaqoji poema", "Valideynlər  üçün" kitablarının müəllifi  A. Makarenkonun da XX əsrin əvvəllərində bir neçə gənc nəslin tərbiyələnib formalaşmasında zəhməti var. O, 1920-28-ci illərdə M.Qorki adına uşaq koloniyasının əsasını qoymuşdu. Makarenko əsas təlimini ingilislərdən götürmüşdü: " Soyuqdan donursansa daha cəld hərəkət et, əzmlə işlə".

Nadejda Krupskaya da 1920-ci ildə "Uşaqların dostu" cəmiyyətini təsis edir, sovet xalq təhsili sistemini yaradanlardan biri olur. O, həmişə Makarenkonun pedaqoji təliminə qarşı çıxır, həmkarını kəskin tənqid atəşinə tuturdu. Bu isə Makarenkonun işdən azad edilməsi ilə nəticələnir.

Xalqın mənəvi xəzinəsi olan incəsənətin, ədəbiyyatın tərbiyəvi, estetik əhəmiyyətini dərindən qiymətləndirə bilməyən N.Krupskaya partiyaçı əqidəsi ilə  kitabxanalarda 90-dan çox yazıçının əsələrinin, qədim rus nağıllarının, dini kitabların oxuculara verilməsinə qadağa qoydurmuşdu. Onlar "siyasi düşmən" kimi  arxivlərdə  sanki "həbs" olunmuşdu. M.Qorki öz növbəsində mətbuatda Krupskayanın bu mövqeyini bərk tənqid etmişdi. 1936- ildə  siyasi plakatlarda "Xoşbəxtlər, sovet ulduzu altında doğulurlar" devizi altında kommunist partiyasının ideologiyası təbliğ edilirdi.Lakin ondan əvvəlki illərdə, məsələn, 1929-cu ildə isə plakatlar başqa mövzuda idi: "Ata, içib sərxoş olma", "Uşağı döymə, bu onun inkişafına mane olur, xarakterini korlayır" s. Bəs, elə isə niyə uşaqların taleyinə qənim kəsilən müharibələrin qarşısı alınmır? Bu yaxınlarda Rusiyanın Stavropol şəhərində şagirdlərə Yesenin Nabokovun əsərlərini oxumaq qadağan edilmişdi.Guya onların əsərləri əxlaqi-etik normalardan uzaqdır.  Deyəsən, orda da ikinci Krupskaya peyda olub.

İbn Sinanın "Əxlaqi-nasiri" kitabından: "Uşağa xidmətçi-tərbiyəçi tapmaq üçün onun istər xarici, istərsə daxili aləmini, saf sağlam olmasını yoxlamaq lazımdır".

Yaşlı nəsil təhsil sistemində gedən dəyişikliklərə daha həssasdır. Professor Ə.Ağayev "Yeni təlim metod texnologiyalarından istifadənin nəzəri praktik məsələləri" məqaləsində qeyd edir: "Hazırda, digər inkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da yeni təlim metod texnologiyalardan istifadəyə geniş yer verilir bu barədə  çox danışılır, yazılır. Bunlar yaxşıdır. Lakin bu yenilikçi işlərdə qərb ölkələrindəki təcrübənin təqlidi ya köçürülməsi açıq-aydın hiss olunur. Yeni təlim  metod texnologiyalarının sosioloji-fəlsəfi, pedaqoji-psixoloji əsasları-nəzəri baxışlar, fikir ideyalar, başqa sözlə desək, metodologiyası haqqında əhəmiyyətli fikirlər deyilmir...ötürülən bu məlumatlarda qərb cəmiyyətinin, qərb insanının  ruhu vardır".

Müasir zamanda uşaq hüquqları təhsillə bağlı məsələlərdə daha liberal tendensiyalar mövcuddur. Çünki  öz tələbinə, ab-havasına uyğun zaman yeni ictimai şüuru, həyat  tərzini formalaşdırır. Təəssüf ki, tarixi proseslərlə yaxından tanış olanda bu qənaətə gəlirsən ki, istər pedaqoq, istərsə psixoloq kimi hər bir tədqiqatçı alim daha çox subyektiv təhlillərə geniş yer verir. Bəzən həyatda verdiyi məsləhətlərə özü nümunə ola bilmir. Məsələn, Con Uotson "Uşağa psixoloji qulluq" əsərində valideynlərə uşaqlarına mehribanlıq göstərməyi tövsiyə etmirdi. Benjamin Spok da 1946- ildə çap olunan "Uşaq ona qulluq" əsərində valideynlərə körpənin yemək rejimini pozmamağı, ağlasa belə onu sakitləşdirmək üçün qucağa götürməyi məsləhət bilmirdi. Deyilənə görə, o, həyatda öz uşaqlarını heç vaxt əzizləyib öpməzdi. Arvadından ayrılandan sonra övladları anasının soy adını götürmüşdülər.

 Amerikanın alim-sosioloqları belə qənaətə gəlmişdilər ki, Spokun tərbiyə sisteminə uyğun böyüyən insanlarla təcridxanalar ağzına qədər dolmuşdu. Bir çox insanları məhkum skamyasına gətirən əsas səbəblərdən biri, onların uşaqlıq illərinin fərəhsiz, mürəkkəb, ağır şəraitdə  keçməsidir. Rus yazıçısı A. Çexovun fikridir: "İnsanın qəlbini daha yaxından tanımaq üçün onun uşaqlığını öyrən".

Əslində  B.Spok sol pasifist idi, Freydin nəzəriyyələrinə daha çox üstünlük verirdi. Bəzən onu Hitlerlə, Barmaleylə  müqayisə edirdilər. 1972-ci ildə prezidentliyə namizədliyini vermiş B.Spok homoseksual münasibətlərin, narkotik maddələrin leqallaşdırılmasının tərəfdarı idi. Onun da yeni nəslin  "tərbiyələnməsində"   rolu var. 

Məsələn, 1947-ci ildə Anna Freyd (Ziqmund Freydin qızı) Doroti Berlinqel ilə birlikdə Londonda uşaqlar üçün psixoanalitik müalicə tədris mərkəzi  yaratmışdı. Ən maraqlısı o idi ki, Anna sevgilisi Dorotinin ( o, qadındır) uşaqları üzərində təcrübə aparırdı....Bu müddət ərzində Doroti Ziqmund Freydin seanslarında iştirak edirdi. Anna Freydin heç vaxt ailəsi olmamışdı. O, bütün ömrünü atasına xidmətdə, qulluqda keçirmişdi. Özü haqda isə deyirdi:" Mən inanmıram ki, yaxşı  tərcümeyi-hal üçün yararlıyam. Bütün həyatımı bir cümlə ilə ifadə etmək olar-mən uşaqlarla işləmişəm."

Daha bir misal gətirim. Jan-Jak Russo "Emil" traktatında uşağı necə tərbiyə etmək haqqında bəlağətli fikirlər irəli sürür. Valideynlərə  müdrik məsləhətlərini verir, amma öz uşaqlarını  tərbiyə evinə göndərir. O dövrdə internat səviyyəli yer idi.

Ziqmund Freydin fikrinə görə, öz təbiətinə qarşı çıxıb "nəcib" olmaq istəyən insanlar həmişə  əsəb keçirirlər.  Yaxşı olardı  ki, onları öz  pisliyi ilə baş-başa qoyasan, onda özlərini daha rahat hiss edərlər". Axı, pis adama pisliyini həyata keçirməyə imkan vermək olmaz.Görünür, Ziqmund Freyd öz şəxsi təcrübəsinə əsaslanmışdı. 

"Nəcib" olmaq istəyənlər arasında "Uşaq psixoanalizi" kitabının müəllifi, üç övlad anası Melani Klyaynı xatırlamaq kifayətdir. Təəssüf ki, o, öz uşaqları ilə valideyn kimi səmimi ünsiyyət qura bilməmişdi. Hətta qızı onu son mənzilə yola salmağa gəlməmişdi. Oğlu isə özünə qəsd etmişdi.  Melaninin qaraqabaq, sərt xasiyyəti övladlarında anaya olan məhəbbəti öldürmüşdü. Uşaq psixologiyasının ilk tədqiqatçılarından biri kimi Melani Klyayn   Anna Freyd arasında həmişə fikir ayrılığı  olub.

Yaxşı aforizmdir: "Uşaqları tərbiyə etməyə çalışmayın, onsuz da sizə oxşayacaqlar. Yaxşı olar ki, əvvəlcə özünüzü tərbiyə edin". Həm uşaqlara təlqin etmək istədiyimiz şeylərə əvvəlcə özümüz inanmalıyıq.

Belə deyim var, azadlıq ürəyin istəyəni yox, haqqın çatanı etmək deməkdir. Mənə elə gəlir ki, atalar sözləri psixoloqu əvəz edə bilər. Mənəvi, əxlaqi dəyərlərimizin daha da zənginləşməsi üçün o qədər həyatı təcrübədən çıxan müdrik fikirlər var. Dədə Qorqudun öyüdlərinin,  Nizami Gəncəvinin,  Nəsirəddin Tusinin, Abasqulu ağa Bakıxanovun bir çox dahilərimizin əsərləri müsbət mənada  əsl psixoloji təsir mənbəyi deyilmi?

İslam dinində övladın valideynə hörmətlə yanaşması vacib şərtlərdən biridir. Peyğəmbərimiz (s.s.) buyurub ki, yaşlılara ehtiram Allaha ehtiramdır. Həzrət Əlinin (ə) "Nəhcül-Bəlağə" kitabında oğlu  imam Həsənə(ə) vəsiyyəti öz diqqətəlayiq cəhətləri ilə yadda qalır: "...Əziz oğlum, məndən 4 şey öyrən, istədiyin zaman sənə zərər verməyəcək. 4 şeyi ağlında tut; zənginliyin ən üstünü  ağıldır; yoxsulluğun ən böyüyü axmaqlıqdır; qorxulu şeylərin ən qorxulusu  özünü bəyənməkdir; nəslin, kökün ən ucası gözəl xasiyyətdir...Yalançı ilə dost  olmaqdan çəkin, çünki o, ilğıma bənzər, sənə uzağı yaxın göstərər, yaxını isə səndən uzaqlaşdırar".

İnsanları doğru yola yönəldən müqəddəs kitablar qədər ki, bizim masamızın üstündən uzaq olacaq, evdə əlçatmaz bir yerdə ağzı bağlı saxlanılacaq, biz  heç vaxt  özümüzü dərk edə bilməyəcəyik. Deyirlər, müqəddəslər torpağın duzudur. Təəssüf ki, onlarsız torpaq da öz əvvəlki gücünü itirib.

Əslində bu yazını yazmağa məni məcbur edən əsas məsələ Rusiyanın İctimai Palatası tərəfindən "Uşaqlıq-2030" adlı forsayt-layihəsinin irəli sürülməsidir. "Forsayt" sözü ingilis dilində "gələcəyə baxış" deməkdir. Cəmiyyətdə struktur dəyişikliklər gözlənilir. Layihədə ideologiya paradiqmaların dəyişdirilməsi, uşaqların problemlərinin həllində yeni ictimai şüurun formalaşdırılması kimi  məsələlər gündəmə gətirilib. Vətəndaş cəmiyyətində ideologiya  zərərli məqsəd daşıyırsa, o dini dəyərləri üstələməyə  qadirdir. Uşaqların təhsili ilə yanaşı təlim-tərbiyəsi vacib şərtlərdən biridir. Sivilizasiyanın sosial genetik kodu olan mədəniyyətimizə diqqət qayğı daha da çoxalmalıdır. (Yadınızdadırsa, əvvəllər məktəblərdə, təhsil müəssisələrində psixoloqlar çalışmırdı.)

Bu gün uşaqların psixoloqa ehtiyacı olduğunu sübut edənlər  müəyyən bir dövr keçdikdən sonra  etiraf edəcəklər ki,  robotlaşan bir zamanda buna ehtiyac yoxdur. Çünki yeni layihədə hər hansı bir peşənin virtual  reallıq vasitəsilə əldə edilməsinin mümkünlüyü qeyd olunur. Forsayt layihəyə əsasən 2023- ildə ailədə "valideynlər" canlı uşaqları əvəz edən biorobotlara üstünlük verəcəklər. Yaxud uşağın təlim-tərbiyəsi ilə robotlar məşğul olacaqlar. Guya valideyn əslində öz övladına laqeyddir, onun məhəbbəti adicə instinkt kimi qələmə verilir. Hətta uşaqların bacarıq keyfiyyətlərinin, istedadının  genetik modifikasiyalar vasitəsilə artırılmasının mümkünlüyü irəli sürülür.   İnsan qəlbinə, ruhuna mənəvi qida verən incəsənətin, ədəbiyyatın keçmişin qalığı kimi arxivlərə təhvil verilməsinə nail olmaq üçün çalışırlar. Yenə Krupskayanın ruhu deyəsən, zühur edir. Axı, o da valideyn olmaq səadətindən məhrum insan idi. Ailə dəyərləri ona yad idi. Yəqin onun ruhunu şad etmək üçün  doğum evlərinin bəziləri  onun adını daşıyırdı.

Layihədə ailə, dostluq, münasibətlərinə diqqət azdır. Belə nəticəyə gəlmək olar ki, gələcəkdə ali məktəb binalarına da ehtiyac azalacaq. Tədris prosesi internet vasitəsilə tənzimlənəcək. İnsanın cəmiyyətdən ayrılması onun "robota" çevrilməsini sürətləndirir.

Uşaqlara müsbət şəxsi keyfiyyətlər vaxt  aşılanacaq? Buna isə ilbəil vaxt çatmır.  Şagirdlərin dərslərlə həddən çox yüklənməsi qədər effektlidir? Yeni layihələr, forsayt texnologiyaları Amerika Avropada artıq  geniş yayılıb. İctimai tərbiyə alan yeniyetmənin öz ailə dəyərlərindən tədricən məhrum olması ən böyük mənəvi itkidir. Üstəlik kiçik yaşlı məktəblilər əsas dərs fənlərindən fərqli olaraq yeni "dərslik" ilə üzbəüz qalıb. Cinslərin  cinsizləşmə prosesini sürətləndirən şəkillərlə yeni ailə modelləri təbliğ edilir. Artıq iki analı, iki atalı ailələrin  təbii ailə olmasında uşaqlarda şübhə qalmır.

1983- ildə Amerikanın prezidenti D.Reyqan ölkəsində təhsilin vəziyyəti haqqında çıxışında qeyd etmişdi ki, əgər  hər hansı bir  ölkə öz təhsil sistemini bizə təklif edirsə, bu, müharibənin elan olunmasına bərabərdir. Əslində Benjamin Spok kimi psixoloqu olan cəmiyyətə kənardan düşmən axtarmaq lazım deyil.

Qəribə olsa müxtəlif əsrlərdə, tarixi şəraitlərdə yaşamalarına baxmayaraq Nəsirəddin Tusi Con Lokkun uşaqların tərbiyələnməsi ilə bağlı qohum  fikirləri az deyil.  Con Lokkun fikrincə, valideynlərin əsas vəzifəsi, marağı uşaqların yaxşı tərbiyə almasına yönəlməlidir, çünki millətinin uğurları bundan çox asılıdır. İspan rəssamı Bruno Amadio isə valideyn kimi öz uşağı tərəfindən lənətlənmişdi. O uşağın göz yaşlarını tarixdə yaşadan "Ağlayan oğlan" şəklini  xatırladım. O şəkli hardan assaydılar, o, yerdə yanğın baş verirdi. Şəkildəki oğlanın uzun illərdir ki, acı göz yaşları körpə yanaqlarında donub. Onu kim ovundura bilər? Şəkildəki uşağın ağlamağına  insan qəlbi dözmür. Rəssam Brunonun öz oğlunun göz yaşlarını çəkmək üçün kibriti yandırıb onu qorxutması qədər acınacaqlıdır. O, oğlunun oddan çox qorxduğunu yaxşı bilirdi. Uşaq atasının amansızlığına dözməyib sonda qəzəblə çığırır: "Özün yan!" Əsər hazır olandan sonra  rəssamın oğlu sətəlcəmdən ölür, özü isə öz evində yanır. Evdəki yanğın zamanı "Ağlayan oğlan" şəkli  ziyan çəkmir.

 





30.01.2014    çap et  çap et