525.Az

Günay Əfəndiyevadan Gəncəyə raket hücumu ilə bağlı dünya ictimaiyyətinə çağırış


 

Günay Əfəndiyevadan Gəncəyə raket hücumu ilə bağlı dünya ictimaiyyətinə çağırış<b style="color:red"></b>

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Gəncəyə raket hücumu ilə bağlı dünya ictimaiyyətinə çağırış edib.

Çağırışda deyilir:

"Ermənistanın Vardenis rayonunundan Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncəyə raket hücumu nəticəsində dinc əhali arasında 9 insan həlak olub, azyaşlı uşaqlar da daxil 30-dan çox mülki şəxs ciddi bədən xəsarəti alıb, xeyli dağıntı yaranıb.

Bu terrorizm aktı Ermənistanın təcavüzkar siyasətini bir daha açıq şəkildə ortaya qoyur. Humanitar atəşkəsi  kobud şəkildə pozan erməni aqressorlarının törətdiyi bu cinayət Cenevrə Konvensiyalarına tamamilə ziddir.

Dünya ictimaiyyətini beynəlxalq terrorizmə düzgün qiymət verməyə, onu qəti və açıq şəkildə qınamağa çağırırıq".

 





13.10.2020    çap et  çap et