525.Az

Bəşəriyyətə son çağırış?! - Aytac Aslan yazır


 

Bəşəriyyətə son çağırış?! - <b style="color:red">Aytac Aslan yazır </b>

Yaxın günlərdə Moskvanın və bütün Rusiyanın patriarxı Kirill  Moskvaətrafı Predelkino şəhərində yerləşən Aleksandr Nevski Kilsəsində ibadətdən sonra çıxışı zamanı zəhərli ilan kimi dünyanın boynuna dolanmış epidemiya haqqında qəribə fikirlər söyləyib.

Kirillin sözlərinə görə, bəlkə də, insan nəsli müəyyən bir nöqtəyə gəlib və geri dönməyin bir nöqtəsi olmadığından Rəbbimiz bizi belə bir vəziyyətə salır ki, həyatın ən yaxşı illərinin, bütün zehimizin və iradəmizin verdiyi mənasızlığı görə bilək: "Çıxarmalı olduğumuz əsas nəticə ondan ibarətdir ki, bu kimi hadisələr əlbəttə ki, Tanrıdan gizlin baş vermir. Bu, bəlkə də, hamımız üçün son çağırışdır".  Kirillin sözləri bəziləri üçün qəribə, hətta mənasız görünsə də, bir qisim insan üçün olduqca məntiqlidir.Epidemiyaya olan münasibətlərinə görə insanları iki qismə ayıra bilərik: birinci qismə aid olan insanlar COVİD-19 virusunun dünyada əhalinin sayının azaldılması üçün yaradıldığını, sadəcə, bir siyasət olduğunu düşünür və qorxmur. İkinci qisim isə bunun insanlara tanrı tərəfindən göndərilən bir cəza, işarə olduğunu düşünür, virusa yoluxmasa belə, hər gün bu düşüncələrlə stress yaşayır.

Hər zaman yaşadığımız həyatı sınaq adlandırırıq. Çünki insan övladı dünyaya göz açdığı andan etibarən yaşamaq üçün mübarizə aparır. Kirillin də dediyi kimi, artıq geri dönməyin bir nöqtəsi yoxdur. Hər bir halda, pandemiyadan sonra insanlar dünyaya tamam başqa gözlə baxacaqlar. Bu, bir sınaqdır və biz COVİD-19-un şərtlərinə əməl edərək yaşamaq üçün mübarizə aparmalıyıq.

Pandemiya dövrü başlayandan bəri dünyada əhalinin sayı azalmağa davam edir. Nəzərə alsaq ki, ilk zamanlarda virusa daha çox yaşlı və hər hansı xəstəliyi  olan insanlar yoluxurdu və bunun düşünülmüş bir oyun olduğunu deyirdilər. Çünki ta qədimlərdən xəstə və yaşlı insanların sayının azaldılması üçün bir çox yollara əl atılıb. Bəzən bu, müharibələr yolu ilə edilib, bəzən də qan tökmədən, yəni müxtəlif xəstəlik və viruslarla. Sözün qısası, COVİD-19-a rahatlıqla silahsız müharibə də deyə bilərik. Ancaq indiki vəziyyətə nəzər salsaq, bu virus uşaq, gənc demədən bütün dünyanı ağuşuna alıb. Zaman dayanıb, insanlar həyatlarını itirir,  hətta yoluxmayanlar da stress nəticəsində başqa xəstəliklər tapır. COVİD-19-un insan tərəfindən yaradılmasından, ya da Tanrının bizə göndərdiyi cəza olmasından asılı olmayaraq, nəticə eynidir. Pandemiya dövründə, hər gün görməkdən sıxıldığımız yerlərə belə həsrət qalırıq, şən, əyləncəli günlərə çox uzaqlardan baxırıq. Epidemiyadan əvvəl əlimizin altında olan hər şey indi bizə əlçatmaz görünür. Ya da kim bilir, bəlkə, həqiqətən də bu, Tanrının insan övladına dünyanı anlaması, dərk etməsi üçün etdiyi son çağırışdır...

 





13.10.2020    çap et  çap et