525.Az

Xarici işlər naziri Almaniyaya gedib


 

Xarici işlər naziri Almaniyaya gedib<b style="color:red"></b>

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Münhen təhlükəsizlik konfransında iştirak etmək üçün Almaniyaya yola düşüb.

XİN mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, Münhen təhlükəsizlik konfransında iştirakı çərçivəsində nazir Elmar Məmmədyarovun bir sıra ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulur.
 
Qeyd edək ki, Münhen təhlükəsizlik konfransı 31 yanvar-2 fevral tarixlərində keçiriləcək.

 





30.01.2014    çap et  çap et