525.Az

"Bu savaş əsl Vətən müharibəsidir" - Bəyanat


 

QARABAĞ MÜHARİBƏSİ VETERANI, ƏDLİYYƏ GENERALI AKİF RƏFİYEV BİNƏQƏDİ RAYONUNUN ÇOXSAYLI AĞSAQQALLARI ADINDAN BƏYANAT YAYIB

"Bu savaş əsl Vətən müharibəsidir" - <b style="color:red">Bəyanat </b>

Qarabağ müharibəsi veteranı, Əməkdar hüquqşünas, Ədliyyə generalı Akif Rəfiyev son günlər cəbhə bölgəsində baş verən hadisələr, eləcə də Gəncə və Mingəçevir, Yevlax şəhərlərində, Bərdə, Tovuzu və digər rayonlarda dinc sakinlərin yaşayış yerlərinin düşmən tərəfindən raket və müxtəlif ağır silahlardan atəşə tutulması ilə bağlı Binəqədi rayonunun çoxsaylı ağsaqqalları adından bəyanat yayıb.

Otuz ildir, mənfur erməni faşistlərinin öz havadarlarının köməyi ilə Azərbaycan ərazisinin  20 faizini işğal etdiyini xatırladan Akif Rəfiyev bildirib ki, ATƏT-in Minsk qrupu keçən əsrin sonlarından Ermənistanın ərazilərimizdən çıxarılması istiqamətində guya danışıqlar aparırlar: "Azərbaycan Respublikası diplomatik və siyasi qanunlar çərçivəsində bütün beynəlxalq danışıqlara və danışıqlarda alınan qərarlara əməl edib. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev və onun silahdaşı, Birinci vitse-prezident Mehriban xanım Əliyeva bu illər ərzində daima səbir və təmkinlə konfliktin qan tökmədən, sülh yolu ilə həllinə çalışıblar. Düşmənlərimiz isə dəfələrlə Azərbaycanı təxribata çəkməyə cəhd göstərib. Nəhayət, Ali Baş Komandanın əmri ilə şanlı ordumuz torpaqlarımızı işğaldan azad etmək uğrunda şərəf və ləyaqət mübarizəsinə başlayıb. Bu savaş əsl Vətən müharibəsidir. Güclü zərbələr alan, külli-miqdarda döyüş texnikası, hərbi sursat, minlərlə canlı qüvvə itirən düşmən bütün beynəlxalq qurumlara, hegemon dövlətlərə müraciət edərək müvəqqəti humanitar atəşkəs haqqında sənədin imzalanmasına nail oldular. Ancaq üstündən heç bir gün keçməmiş erməni işğalçıları vəhşicəsinə, mənəviyyatsızcasına, müharibə qanunlarına əməl etmədən gecə vaxtlarında Gəncə, Mingəçevir, Yevlax şəhərlərinin, eləcə də Qarabağdan 100 kilometrdən artıq məsafədə yerləşən Bərdə, Tovuzu və digər rayonların dinc sakinlərinin yaşayış yerlərini raketlərdən, müxtəlif ağır silahlardan atəşə tutublar. Xeyli ölənlər və ağır yaralananlar var.

Biz - Binəqədi rayon ağsaqqalları bu vəhşiliyi, bu vandalizmi qətiyyətlə lənətləyirik. Dünya ölkələrinin rəhbərlərini bu vəhşiliyə siyasi qiymət verməyə çağırırq. Qoy erməni faşistləri, eləcə də bütün dünya bilsin ki, Azərbaycan halal torpaqlarının bir qarışını da düşməndə qoymayacaq. Xalqımızın zəfərli, rəşadətli, hünərvər qələbələri işğalda olan bütün ərazilərimizdə Azərbaycan bayrağını qürurla və əbədi dalğalandıracaq.

Qələbə bizimlədi. Yaşasın Azərbaycan ordusu. Qarabağ Azərbaycandır!"

 





13.10.2020    çap et  çap et