525.Az

UNICEF Gəncədə zərərçəkən uşaqlara dəstək göstərəcək


 

UNICEF Gəncədə zərərçəkən uşaqlara dəstək göstərəcək<b style="color:red"></b>

“Dünənki Gəncə səfəri zamanı oradakı uşaqların vəziyyəti ilə şəxsən tanış oldum. Ötən həftəsonu daha bir neçə uşağın xəsarət alması ilə bağlı yerində aldığım məlumatlar məni dərindən kədərləndirdi”.

APA-nın məlumatına görə, bunu UNICEF-in Azərbaycandaki Nümayəndəliyinin rəhbəri Edvard Karvardin bildirib.

Edvard Karvardin qeyd edib ki, UNICEF bütün mülki şəxslərin və mülki infrastrukturun müdafiəsi ilə bağlı çağırışını təkrar edir:

“Bir daha vurğulayırıq ki, döyüşlərin dayandırılması bütün uşaqların ən ali maraqlarına xidmət edəcək. Mən uşaq və ailələrə xüsusilə psixoloji travmaya cavab tədbirləri və uşaqların partlamamış hərbi sursatlardan qorunmasında UNICEF-in dəstəyini təklif etmək üçün Gəncədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev ilə danışdım və biz bu yardımın təcili icra olunmasına razılaşdıq”.

 

 





13.10.2020    çap et  çap et