525.Az

“RabitəBank”da baş verən qanun pozuntuları ilə bağlı cinayət işi başlanıb


 

“RabitəBank”da baş verən qanun pozuntuları ilə bağlı cinayət işi başlanıb<b style="color:red"></b>

Azərbaycanda bankda baş verən qanun pozuntuları ilə bağlı cinayət işi başlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, “RabitəBank” ASC-də yol verilən qanun pozuntuları ilə əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə daxil olmuş müraciət araşdırılıb.
 
Araşdırmalar zamanı cəmiyyətin Lənkəran rayon filialının vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Lənkəran rayon sakinləri Fuad Cabbarov və digərlərinin adlarına saxta kredit müqavilələri rəsmiləşdirməklə ilkin məlumatlara görə 35.0 min manat məbləğində vəsaiti kredit şəklində alaraq, mənimsəmələrində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.
 
Hazırda iş üzrə istintaq davam etdirilir.
 

 





30.01.2014    çap et  çap et