525.Az

“Tərtər erməni nasizminə qarşı Azərbaycanın Stalinqradıdır”


 

“Tərtər erməni nasizminə qarşı Azərbaycanın Stalinqradıdır”<b style="color:red"></b>

Ermənistanın humanitar atəşkəslə bağlı “öhdəliyi” tamamilə riyakarlıqdır.

Bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”də bildirib.

“Səhər saatlarından etibarən Tərtər şəhəri ağır artilleriya hücumuna məruz qalır. Tərtər rayonuna və onun kəndlərinə 100-dən çox top mərmisi düşüb, nəticədə 6 mülki şəxs yaralanıb, bir nəfər həlak olub. Tərtər erməni nasizminə qarşı Azərbaycanın Stalinqradıdır”, - deyə H. Hacıyev qeyd edib.  

 





14.10.2020    çap et  çap et