525.Az

Azərbaycanda vətəndaş cəmiyyəti təsisatlarının tarixi: ilk QHT-lərin yaranması və fəaliyyəti (davamı)


 

Azərbaycanda vətəndaş cəmiyyəti təsisatlarının tarixi: ilk QHT-lərin yaranması və fəaliyyəti<b style="color:red"> (davamı)</b>

tarix elmləri namizədi

 

GƏNCƏDƏ XEYRİYYƏ

MAARİFÇİLİK CƏMİYYƏTİ

 

Xeyriyyə maarifçilik cəmiyyətləri yalnız Bakıda deyil, həm başqa şəhərlərdə yaranırdı. Belə cəmiyyətlərdən biri 1880-ci ildə məktəblilər tərəfindən Gəncə kişi gimnaziyasının əsasında yaradılmışdı. Cəmiyyətin əsas məqsədi şagirdləri dərsliklə təchiz etmək maddi kömək göstərmək idi. Orada yazılırdı:

1. Baxılan nizamnaməni dəyişikliksiz qeydiyyat icazəsi ilə təsdiq etmək. Nizamnaməyə əsasən Yelizavetpol müsəlman xeyriyyə cəmiyyətini yaratmaq.

2. Bu  qanun  qüvvəyə mindikdən sonra, yəni elan edildiyi gündən  iki həftə müddətində cəmiyyət reyestrə daxil edilir.

Cəmiyyət üzvləri arasında daimi üzvlər - Hüseynov Hacı Əli, Rəfiyev Hacı Məmməd Hüseyn; fəxri üzvlər - Məşədi Əli Şanxorlu İsfəndiyar bəy Abbassalamov idilər. Gəncə maarifçilik  cəmiyyəti  ehtiyacı olan şagirdlərə yardım göstərirdi.

Cəmiyyət mövcudluğu dövründə şübhəsiz ki, Gəncə sakinlərinin maariflənmə işində əhəmiyyətli rol oynadı, onun maddi yardımları sayəsində yüzlərlə uşaq təhsil aldı, müəllimlərin ixtisaslaşdırılması yüksəldi.

Yuxarıda qeyd olunan cəmiyyət 10 may 1915-ci ildə "Nəşri-Maarif"  maarifçilik cəmiyyətinin Gəncə bölməsinin idarəsinə 80 rubl köçürdü. həmin ilin noyabrında "Nəşri-Maarif"in bölməsi əsasında "Yelizavetpol quberniyasının müsəlmanları arasında savadın yayılmasının Yelizavetpol cəmiyyəti" yaradıldı. Təsis edənlərin arasında: Rəfibəyli, Rəfiyev, Məlikov Vəkilov var idi. Müsəlmanlar arasında savadın ibtidai təhsilin yayılmasına kömək etmək, yeni məktəblərin açılışına imkan yaratmaq, təhsili qaydaya salmaq, tatar dilinə ibtidai təlimi daxil etməyə dəstək göstərmək əsas hədəf idi. Bu cəmiyyətin vəsaitləri məhdudlaşmışdı onun tədbirləri geniş miqyasına görə müsəlman xeyriyyə cəmiyyətindən geri qalırdı. Amma o, Gəncənin tarixində iz qoydu.

Ümumiyyətlə, 1908-ci ildə Gəncədə 5 maarifləndirici cəmiyyət mövcud idi: üç müsəlman, bir erməni bir rus.

 

YELİZAVETPOL MÜSƏLMAN

XEYRİYYƏ CƏMİYYƏTİ

 

Nizamnaməyə əsasən cəmiyyətin hədəfi ən kasıb müsəlmanların himayə edilməsi idi. Bu məqsədlə klinikalar başqa xeyriyyə müəssisələrində çalışan, həmçinin Rusiya imperiyasının orta ali təhsil müəssisələrində təhsil alanlara kömək edirdi. Bütün fəaliyyəti boyunca cəmiyyətə aşağıdakı ictimai xadimlər başçılıq edirdi: Xəlil bəy Xasməmmədov (1906-1914); Ələkbər bəy Rəfibəyov 1915-ci ildən etibarən). Cəmiyyətin üzvləri: Əsgər bəy Adıgözəlov, Ələsgər Xasməmmədov, Xanlar xan Ziyadxanov, Musa bəy Rəfiyev b.

Onlar cəmiyyətin gücləndirilməsi  üçün tamaşalar da hazırlayırdılar.Büdcənin doldurulmasının əsas mənbələrində biri şəhərin imkanlı şəxslərinin ianələri idi.

Cəmiyyətin fəaliyyət növlərindən biri kasıb şagirdlərə maddi yardımların verilməsi idi ki, bunun üçün cəmiyyətin büdcəsindən hər il müəyyən məbləğ ayrılırdı. 1916- il ərzində cəmiyyət altı nəfərin təhsilinə kömək göstərmişdi. Tbilisi Orta Texniki məktəb: A. Abdullayevin, B. Həsənbəyovun, A. Qasımovun; Tbilisi Müəllim İnstitutunda oxuyan Q. Verdiyevanın; Kiyev quberniyasının Orta Uman kənd təsərrüfatı məktəbində A. Əsgərovanın; Bakıda M. Zamanovun.

Ehtiyac içində əhaliyə dəstəyin, kasıblara maddi köməyin göstərilməsi cəmiyyətin fəaliyyətinin başqa tərəfi idi. Bu, xüsusi ilə Birinci Dünya müharibəsi illərində şəhərin əhalisinin çox hissəsinin yaşayış səviyyəsi kəskin aşağı düşəndə hiss olundu. Yaranmış vəziyyətlə əlaqədar kasıb əhalinin yaşadığı küçələrin evlərin siyahısı tutulmuşdu. Hər sahə üçün Yelizavetpol Müsəlman Xeyriyyə cəmiyyətinin üzvləri məsuliyyətli təyin olunur, maddi yardımların bölgüsünün düzgünlüyünü müşahidə edirdilər.

Şəhərdə ərzaq böhranının vəziyyətinin normallaşması üçün xeyriyyə cəmiyyəti ümumi yığıncaqda 22 29 fevral 1916- ildə şəhərin kasıb  sakinləri üçün ərzaq anbarını açmağa qərar vermişdi. Cəmiyyətə şəhərin tutarlı şəxslərindən bu qərarın reallaşması üçün altı ay müddətində faizsiz istifadəyə 16 min rubl ayrılmış, anbara nəzarət isə cəmiyyətin Ərzaq bölməsinə tapşırılmışdı.

Həmçinin təşkilatçılıq  qaçqınlar üçün sığınacağın saxlanmasına görə Yelizavetpol Xeyriyyə Cəmiyyətinin fəaliyyətini qeyd etmək lazımdır. Yalnız 1916- ildə fevraldan iyula qədər  himayə altına alınanlara H. Z. Tağıyevin verdiyi hesablamaya əsasən təxminən 105 min rubl sərf edilmişdi. Sığınacaq vaxtı xəstənin yanında nəzarət üçün tibbi heyət olurdu. Belə bir faktı qeyd etmək lazımdır ki, Yelizavetpol   stansiyasında təcrid edilmiş məntəqədə vəfat etmiş türk hərbi əsirlərinin müsəlman adətləri ilə dəfn edilməsi icazəsi var idi.

 

"GƏNCƏ MÜSƏLMAN DRAM

CƏMİYYƏTİ"

 

Bakıda olduğu kimi, Gəncədə teatrın formalaşmasında mühüm rol oynamış xeyriyyə cəmiyyətləri mövcud idi. 1906- ildən "Gəncə Müsəlman Dram Cəmiyyəti" fəaliyyətə başladı. 38 üzvü birləşdirmiş bu cəmiyyət öz sədri olaraq Ələsgər bəy Xasməmmədzadəni seçdi. Truppa bir neçə vodevil səhnələşdirdi, 1908-ci ildə isə Nəriman Nərimanovun rusca "Nadir şah", Namiq Kamalın "Vətən", Rəşid bəy Əfəndiyevin "Qanlı mərkəz", Soltan Məcid Qənizadənin "Dursunəli Ballıbadı" vodevilini  oynadı.

 

GƏNCƏ "AKTYORLAR 

CƏMİYYƏTİ"

 

Gəncədə  həmçinin "Aktyorlar cəmiyyəti" mövcud idi. Cəmiyyəti təsis edənlərdən biri Xudadat bəy Rəfibəyov idi. Cəmiyyət tamaşaların quruluşuna kömək edir, teatr truppalarının təşkilatlarına, aktyorlara maddi kömək göstərirdi. Burada daha bir "Projektor" adlı teatr binası da mövcud idi. Onu Qaragözov tikdirmişdi. Burada Azərbaycan dilində tamaşalar qoyulurdu. Beləliklə, 1915-ci ilin  14 iyununda Nəcəf bəy Vəzirovun iki pyesi - "Ev tərbiyəsi" Sidqi Ruhullanın iştirakı ilə "Pulsuzluq" səhnələşdirildi. Həmçinin teatr haqqında Azərbaycan dilində ilk kitab da Gəncədə nəşr edildi. "Teatr nədir" əsərinin müəllifi  Gəncə real məktəbinin türk dili müəllimi olan Mirzə Məhəmməd Axundzadə idi. Kitab Gəncə Müsəlman Dram Cəmiyyətinin vəsaitləri hesabına 1901-ci ildə işıq üzü gördü. Gəncədə həmçinin 1915-ci ildə Pospelovun vəsaitləri sayəsində tikilmiş sirk mövcud idi.

 

GƏNCƏ MÜSƏLMAN

MİLLİ KOMİTƏSİ

 

Fevral inqilabından (1917-ci il) sonra Azərbaycanın Bakı digər şəhərləri ilə yanaşı Gəncədə Müsəlman Milli Komitəsi yaradılmışdı. Ölkədə hakimiyyətsizlik anarxiyanın hökm sürdüyü 1917-1918-ci illərdə (Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Gəncəyə köçənə qədər) başqa yerlərdə olduğu kimi, Gəncədə Azərbaycan türklərinin vəziyyəti onların müdafiəsi ilə əlaqədar bütün məsələlər bilavasitə bu komitə tərəfindən həll edilirdi. Gəncə Müsəlman Milli Komitəsinə "Difai" partiyasının fəal üzvü Nəsib bəy Yusifbəyli başçılıq edirdi. Difaiçilərdən Ələkbər bəy Rəfibəyli, Xəlil bəy Ələkbər bəy Xasməmmədovlar, Hacı Əli Hüseynzadə, Həsən bəy Ağayev, Aslan bəy Səfikürdski, Məmmədbağır Şeyxzamanlı, Məhəmməd ağa Pişnamazzadə, (Komitənin dini məsələlər üzrə müavini), Əhməd Cavad başqaları Milli Komitənin üzvləri idi. Komitənin Gənclər Təşkilatının sədri Nağı bəy Şeyxzamanlı, müavini isə Əliqara bəy Məhəmmədov idi. Komitənin silahlı mühafizə dəstələri yaradılmışdı. Qaçaq Qəmbər, Sarı Ələkbər kimi nüfuzlu qaçaqlar Komitəni mühafizə edirdilər. 1918-ci ilin birinci yarısında erməni-daşnakların xalqımıza qarşı soyqırımlarının qarşısını almaq üçün Gəncədəki Müsəlman Milli Komitəsi xüsusi fəallıq göstərmişdi. Məhz Gəncə Müsəlman Milli Komitəsinin səyləri nəticəsində şəhərdə qəzada ermənilərin törətdikləri qırğınların qarşısı alınmışdı. Onlar hətta Şamaxı əhalisinin köməyinə getmişdilər. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti 1918-ci ilin iyun ayının 16-da Gəncəyə köçdükdən sonra, iyunun 27- Gəncə Müsəlman Milli Komitəsinin sərəncamındakı bütün ərzaq ehtiyatının Ərzaq nazirliyinə təhvil verilməsi barədə qərar qəbul etdi. Hökumətin 1918-ci il 7 iyul tarixli digər qərarı ilə Daxili İşlər, Maliyyə Ərzaq nazirliklərinə Gəncə Müsəlman Milli Komitəsini ləğv etmək, onun əmlakını aşkarlamaq qəbul etmək üçün xüsusi ləğvetmə komissiyası yaratmaq tapşırıldı. Hökumətin həmin gün qəbul etdiyi digər qərarında isə Daxili İşlər Nazirliyinə tapşırılırdı ki, Azərbaycan Xalq Cümhuriyyəti ərazisində dövlət hakimiyyət orqanları yaradıldıqca, həmin ərazilərdəki Milli Komitələri ləğv etsin.

 

NAXÇIVANDA XEYRİYYƏ

CƏMİYYƏTLƏRİ

 

XIX əsrin 80-ci illərinin əvvəllərində Naxçıvan şəhərində teatr dərnəyi yaradılır, burada M. F. Axundovun əsərlərini səhnələşdirməyə çalışırlar. 1883- ildə  yaradılan "Müsəlman İncəsənət Dram Cəmiyyəti" bu şəhərdə mədəni həyatın böyük canlanmasına xidmət etdi. Bu cəmiyyət Şuşada olduğu kimi, həm başqa şəhərlərdə ziyalı nümayəndələrini birləşdirir onların təsiri altında Avropa mədəniyyətini yaymağa başlamışdı. Buraya Sultanov, Qurbanəli Şərifov, Məmməd Tağı Səfərov, Mirzə Əli, Məmməd Xəlilov, Paşa ağa Sultanov, Mirzə Ələkbər Sultanov daxil oldular. Məhz onlar 11 mart 1883- ildə Naxçıvanda ilk teatr təşkil etdilər. Bu, M. F. Axundovun "Müsye Jordan dərviş Məstəli şah" pyesi idi. Birinci tamaşalar deputat Hacı Nəcəf Zeynalovun zalında keçirilirdi. Onun zalı Naxçıvan şəhərinin mərkəzində - bağçada yerləşirdi.Uzun müddət Naxçıvan teatrı Hacı Nəcəf Zeynalovun himayəsi altında olmuşdu. 25 sentyabr 1888-ci ildə Hacı Zeynalovun evində, Eynəli Sultanovun təşəbbüsü ilə "Molla İbrahim Xəlil kimyagər" tamaşası oynanmışdı. Tamaşa xeyriyyə məqsədi ilə keçirildi. 1890- ildə teatrın işləri pisləşməyə başladı.

 

ŞUŞADA CƏMİYYƏTLƏR

 

XIX əsrin 90- illərində Şuşada Xeyriyyə Cəmiyyəti yaradılmışdı. O, ehtiyacı olan şagirdlərə yardım göstərirdi. Bu cəmiyyətin fəaliyyəti haqqında məlumat çox azdır. Yalnız o məlumdur ki, 1895-ci ildə "Şuşa Xeyriyyə Cəmiyyəti"  pul çatışmazlığından Bakı sakinlərinə müraciət etdi. Mesenatlar dərhal səs verdilər hər kəs bacardığı köməyi etdi. H. Z. Tağıyev - 100 rubl, Bünyadov - 25 rubl, Bəylərov, Mədətov 16 rubl. Cəmiyyət göstərilmiş köməyə minnətdarlığını ifadə edirdi.

Şuşa Azərbaycanın musiqi mərkəzlərindən biri idi. XIX əsrin 90- illərində musiqişünas Xarrat Qulu tərəfindən musiqi məktəbi açılmışdı buraya gənc müğənnilər cəlb edilmişdi. Şuşada şəhərin musiqi həyatının formalaşmasında böyük rol oynamış "Musiqişünas Cəmiyyəti" "Müğənnilər Cəmiyyəti" mövcud idi.

 

ŞƏKİDƏ CƏMİYYƏTLƏR

 

1904- ildə Şəkidə "Nuxa Şəhər Müsəlmanları Arasında Təhsilin Yayılması Üzrə Cəmiyyət" yaradılmışdı. Cəmiyyət rus Azərbaycan dillərində təhsili yaymağı qarşısına məqsəd qoymuşdu. Cəmiyyət fəallara kömək etmək, öz hesabına yeni məktəblər, kitabxanalar açmaq, mühazirələr təşkil etmək, ədəbi axşamlar keçirmək, kasıbların uşaqlarını məktəblərə qəbul etmək təhsildə onlara kömək etmək, dərslikləri nəşr etmək şagirdlərə pulsuz paylamaq, əlaçılar arasından müəllimlər hazırlamaq s. işləri öz öhdəsinə götürürdü. 1914- ildə Şəkidə dörd xeyriyyə cəmiyyəti var idi. 1916- ildə şəhər sakinlərinin xahişi ilə "Müqəddəs Nina" cəmiyyəti yanında azərbaycanlı qızlar üçün məktəb açdılar.


(
Ardı var)

 





30.01.2014    çap et  çap et