525.Az

Ermənilər Ağdamın kəndlərini atəşə tutur: 3 evə mərmi düşüb


 

Ermənilər Ağdamın kəndlərini atəşə tutur: <b style="color:red">3 evə mərmi düşüb</b>

Ermənistan silahlı qüvvələri Ağdam rayonunun yaşayış məntəqələrini atəşə tutmaqda davam edir.

Trend-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, ermənilərin artilleriya atəşi nəticəsində Ağdamın Rzalar kəndinə bir neçə mərmi düşüb.

Hadisə nəticəsində kənd sakini, Ərşad Qurbanov və onun oğluna məxsus evlərə, eləcə də qonşuluqda yaşayan Binnət Quliyevin evinə mərmi düşüb. Tikililər dağılıb.

 





14.10.2020    çap et  çap et