525.Az

Qələmsiz yazılanlar - Rəşad Məcidin status-esseləri


 

Qələmsiz yazılanlar - <b style="color:red">Rəşad Məcidin status-esseləri</b>

İnsanlar belə yaşamağa öyrəşdilər. Karantin bitəndən, icazə veriləndən sonra da toy və yas mərasimləri yığcam, hay-küy və dəbdəbəsiz keçirilməlidir.

Mentalitetdəki bir çox qüsurları karantin tənzimləyəcək.

***

135 yaşlı Üzeyir bəy qürur mənbəyidir! Ruhu şad olsun!

***

Övladına süd verməyən analar zəmanəsi...

***

Tələbəliyin dadı keçmişdə qaldı...

Bu il tələbə adı qazananları təbrik edir, nikbinlik və bol-bol ümid arzulayıram.

Oxumaq, öyrənmək, çalışmaq, zəhmət çəkmə - mütləq bəhrə verir.

***

İnsan xisləti nağıllara meyllidir.

***

Qonaq dəvət edib, sonra da özləri danışırlar...

***

Qəzet köşkündə satıcı deyir ki, iki dənə "525" gəlmişdi, ikisini də aldılar.

Əminəm, alıcılar təkcə müəlliflər, yazısı çıxanlar deyil...

***

Nankorluq gec, ya tez cəzalandırılır...

***

Xalqımız Qələbə xəbərinə, Qələbə müjdəsinə təşnədir.

Dualarımız gerçək olsun!

***

Müharibə istəməyən "humanistlər", beynəlxalq qurumlar, iri dövlətlər! Əgər həqiqətən də ədalətin tərəfindəsinizsə, üzünüzü işğalçıya tutun, onları vaxtilə namərd və xaincəsinə, başqasının fitvası və yardımıyla zəbt etdikləri torpaqlarımızdan çıxmağa çağırın!

Prezident, Ali Baş Komandan İlham Əliyevin dediyi kimi: "Biz öz torpağımızda vuruşuruq. Əgər erməni əsgəri ölmək istəmirsə, Azərbaycan torpağından rədd olsun".

***

HƏYASIZCASINA yalan danışır və bunu özü də bilir, amma heç bir xəcalət, utanc hissi keçirmir. Xarakterik erməni simasıdır Paşinyan.

***

Haqq savaşımızın 5-ci gününün duası:

İlahi, sən bizim Ordumuzun ruhunu sarsıtma!

Qələbəyə təşnə Xalqımızı xoş müjdələrlə sevindir!

Amin!

***

Təslim olan erməni əsgərləri...

***

Müharibə vaxtı ruh yüksəkliyi, nikbin ovqat yaradan xoş xəbər vacibdir, lazımdır, arzuolunandır.

***

Buradan Şahbulağa nə yol qaldı ki?

***

Bütün cəbrayıllıları təbrik edirəm!

Var olun, cənab Prezident, Ali Baş Komandan!

Tanrı Sizi qorusun!

Ordumuzun Ruhu sarsılmasın!

***

İnsanlar təbrik üçün bir-birinə zəng vurur, sevincdən danışa bilmirlər. Telefonun hər iki başında sevinc hıçqırıqları eşidilir. Qələbə müjdəsini göz yaşlarııyla, hıçqırıqla, söz demədən bölüşmək...

Bu duyğuları yaşadanlar var olsun!

***

Ali Baş Komandan Cəngavər kimi danışır!..

Fəxr edirik!

Qürur duyuruq!

Tanrı Sizi qorusun!

***

Güman ki, Putin Lavrovu istefaya göndərəcək.

***

Ermənilərin Gəncəni davamlı atəşə tutması şəhərin rus sakinlərinin də həyatına qəsd etmək cəhdidir. Azərbaycan vətəndaşları olsalar da, həmin rusların varlığı, həyatı Rusiya dövləti üçün də çox qiymətlidir.

Hər bir Azərbaycan vətəndaşı kimi gəncəli rusları da Allah qorusun! Ancaq ermənilərin bu atəşləri nəticəsində xüsusən Gəncə ruslarına nəsə olsa, sözsüz ki, Putin və Rusiya dövlətinin İrəvan və Xankəndidəki faşist rejimə qəzəbi daha da artacaq! Sonrasını təxmin etmək çətin deyil...

***

Güc rəğbət doğurur, tərəddüddə olanları da hesablaşmağa məcbur edir.

Gücümüz azalmasın!..

***

Xocalıdan sonra bizi nə qorxudar ki?! Qorxu keçilmiş mərhələdir.

İndi Qələbə sevinci, Ruh yüksəkliyi, İnam bizimlədir!

***

Özünü məğlub durumda hiss etməkdən pis şey yoxdur. İllah da 30 il davam edərsə...

Qələbə sevincini bəxş edənlər, Tanrı Sizləri qorusun!

***

Uzun fasilədən sonra ilk dəfə Cəbrayılda, Füzulidə, Şuşada havanın necə olacağına diqqətlə qulaq kəsilirik.

Qoy bu haqlı savaşımızın 11-ci günündə parıldayan Günəşin şəfəqləri bütün Qarabağa yayılsın və Ordumuzun Qələbə xəbərlərinin müjdəçisi olsun!

***

Erməni xisləti xəyanətlə, namərdlik və riyakarlıqla yoğrulub. Zəif olanda yaltaqlanmaq, güc yığan kimi qəddar vəhşiyə çevrilmək onların xarakteridir. Osmanlıya da, Azərbaycana da, başqalarına da namərdlik və xəyanət ediblər. İndi Rusiyada onların hədsiz güclənməsi, maliyyə, hakimiyyət və media rıçaqlarını ələ keçirməsi, görünür, bu ölkənin rəhbərlərini də düşünməyə vadar edib. Daha bir neçə il də belə getsə, ermənilərin iştahı arta, Rusiyanın idarəetməsində əsas rola iddia edə bilərlər. Görünür, Rusiya hakim dairələrində ermənilərin bu gizli niyyəti və gələcək xəyanəti barəsində məlumat olub, dövlətə təhlükənin daxildən - ermənilərdən gələcəyindən duyuq düşüblər.

Dövlət başçıları, dərin siyasətçilər isə, şairlərdən fərqli olaraq, xəyanəti bağışlamırlar!

***

Bir Qələbə xəbərindən, bir xoş statusdan hönkürtü tutur adamı...

***

Çalışın, nikbin adamlarla ünsiyyətdə olun...

***

Bu ürəklə çox yaşamaq olmaz.

***

Neçə gündür sol yanağım səyriyir, nəsə xəbər eşidəcəm.

Xoş xəbər olsun - gözlədiyimiz, arzuladığımız...

***

Suyumuzu da kəsmişdilər. İndi Suqovuşandan 3 rayona su gedir...

***

Yan kəndini Xan kəndinə çevirək!.. (Mirşahin)

***

Erməni xəstəliyinə tutulanların bir çoxunu sözlə başa salmaq mümkünsüzdür.

Məşhur filmimizdə deyildiyi kimi, gərək yıxıb yerə ağzına-ağzına döyəsən...

***

Qıvrılıb dağlardan gələcəyik...

***

Nikbin, inam dolu xəbərlər yayan, xoş ovqat yaradan profilləri izləyin. Ən yaxşılarından biri də Azad Əliyevin səhifəsidir. Diqqətdən qaçırmayın.

***

Bu dildə necə danışmaq olar?  Məşəqqətdir. Xəstə millətin axsaq dili...

***

Ali Baş Komandanın çıxışı hamıya mesaj idi: Sərhədlərimizədək gedəcəyik, ərazi bütövlüyümüzü bərpa edəcəyik!

Tanrı qorusun!

***

Riyakarlıq ermənilərin genetik xarakteridir.

***

Makron lap ağ eləyir, zəng etməkdə Paşinyanı ötüb keçib. Deyən lazımdır, sən kimsən, sənlik nə var, axı?

***

Qorxulu bir şey, bədbin olmağa səbəb yoxdur. Atəşkəs elə sentyabrın 27-dək də vardı.

Ali Baş Komandan çıxışlarında münaqişənin həlli şərtlərini dəfələrlə, sadə, aydın dildə, qəti şəkildə açıqladı. Erməni tərəfi bu şərtləri pozan, bu şərtlərdən boyun qaçıran kimi haqlı savaşımız yenə davam edəcək. Bu dəfə ordumuz Ərgünəşdən irəli gedib müqəddəs şəhərimiz Şuşaya, Suqovuşandan adlayıb Xankəndinə bayraq sancacaq. Onda şərtlər ermənilər üçün daha ağır olacaq. Erməni tərəfi bunu dərk etməlidir. 13 günlük Vətən müharibəmiz onlara dərs olmalıdır.

Dünya da əzmimizi gördü.

Ruhumuz yerindədir!

Haqlı savaşımız davam edir!

Qarabağ Azərbaycandır!

***

Ürəyimiz səngərlərdə, əsgərlərimizin yanında, azad olunan, sevinən torpaqlarımızda döyünür. Gözləyən, küskün yurdlarımız həsrətlə "gəlin, gözləyirik" deyir.

***

Düşmənin mülki əhalini hədəfə alması həm onun cəbhədəki məğlubiyyətindən doğan əlacsızlığı, həm də xalqımız arasında xof, çaxnaşma, başıpozuqluq yaratmaq cəhdidir. 90-larda bunun effektini görüblər. Amma bugünün Azərbaycanı fərqlidir - güclü Ordu, sarsılmaz Birlik, yenilməz Ruh, Qələbə əzmi və Qətiyyətli Ali Baş Komandan!

Düşmənin çaxnaşma yaratmaq istəyinin boy göstərən ilk əlamətlərindən biri içimizdə günahkar axtarışına çıxmaq, hirsimizi bir-birimizin üzərinə tökməkdir; sən bunu düz eləmədin, sən ora gecikdin və s. Görünən odur ki, hamı bacardığı qədər çalışır, hamının ürəyi əsgərlərimizin yanında döyünür. Heç bir halda içimizdə günahkar axtarışına çıxmaq olmaz. Qarşılıqlı ittihamlardan, bir-birimizi günahlandırmaqdan çəkinməliyik.

Düşmən məlumdur, bütün qəzəb ona yönəlməlidir!

Qələbə bizimdir!

Qarabağ Azərbaycandır!

 





14.10.2020    çap et  çap et