525.Az

İsa Həbibbəyli: "Erməni terrorizminə öz adı ilə qiymət verilməlidir"


 

İsa Həbibbəyli: "Erməni terrorizminə öz adı ilə qiymət verilməlidir"<b style="color:red"></b>

"Erməni cəlladlarının Azərbaycanın Gəncə şəhərində törətdikləri qanlı hadisələr hüquqi baxımından cinayət hadisəsidir. Beynəlxalq hüquq normaları baxımından isə Ermənistan tərəfindən Gəncə şəhərində törədilən cinayətlər əsl mənada terror hadisəsidir".

Bu fikirləri mətbuata açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Birinci  vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli bildirib.

Ermənistanın terrorçu dövlət olmasının yeni hadisə olmadığını vurğulayan millət vəkili qeyd edib ki, Ermənistanın  bütün XX əsr boyu - 1905-1907-ci, 1918-1920-ci və 1946-1948-ci, nəhayət, 1988-1990-cı illərin hadisələri zamanı da məqsədlərinə çatmaq üçün istifadə etdiyi əsas silah terrordur:

"Dağlıq Qarabağ ərazisində, o cümlədən, Xocalıda da Ermənistanın törətdiyi qanlı cinayətlərin yalnız bir adı vardır: Terrorçuluq! Son günlərdə erməni vandallarının Gəncə şəhərində törətdiyi vəhşiliklər də erməni terrorçuluğunun növbəti davamıdır. Bu, insanlığa sığmayan qanlı terror hadisələrinə görə ilk növbədə Ermənistanın başabəla baş naziri Nikol Paşinyan və onun ətrafında olub, Gəncə şəhərində terror hadisəsini həyata keçirən cinayətkar xunta məmurlar dəstəsi cavabdehdirlər. Hesab edirəm ki, Paşinyan və onun cinayətkar dəstəsi beynəlxalq məhkəmə qarşısında müttəhim kürsüsündə oturub cavab verməlidirlər".

İsa Həbibbəyli bildirib ki, beynəlxalq ictimaiyyətin, ATƏT-in Minsk qrupunun Gəncə hadisələrinə biganə qalmaları, obyektiv hüquqi-siyasi qiymət verməmələri, Ermənistana təzyiq göstərməmələri nəticə etibarilə terrorçu dövləti və terrorçuluğu dəstəkləməyə xidmət edir:

"Möhkəm surətdə inanırıq ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin və xalqımızın apardığı Vətən müharibəsi tam qələbə ilə başa çatacaqdır. Möhtərəm Prezidentimizə və qəhrəman Azərbaycan ordusuna yeni zəfərlər arzu edirəm!"

 





14.10.2020    çap et  çap et