525.Az

Dəhşətli qəza: 4 gənc oğlan öldü


 

Dəhşətli qəza: 4 gənc oğlan öldü<b style="color:red"></b> Ağstafa rayonunda baş verən dəhşətli yol qəzasında ölənlərin adları məlum olub. Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, “BMW” markalı avtomobilin donmuş körpüdən dəmir yolu naqillərinin üstünə düşməsi nəticəsində Fizuli rayon sakini, 1984-cü il təvəllüdlü Əliyev Elnur Məhərrəm oğlu, Ağstafa rayon sakinləri, 1992-ci il təvəllüdlü Mehralıyev Alı Zöhrab oğlu, 1988-ci il təvəllüdlü Abbasov Alqayıt Telman oğlu və Ağsu rayon sakini, 1990-cı il təvəllüdlü Əliyev Nail Maqsud oğlu cərəyan vurması nəticəsində hadisə yerindəcə ölüb.
 
Qeyd edək ki, qəzada ölən şəxslər Qazax rayon Mərkəzi Xəstəxanasının yeni binasının tikintisində işləyən şəxslərdir

_____________
 
Yanvarın 31-nə keçən gecə Ağstafa rayonunda dəhşətli yol qəzası baş verib. Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, Əzizbəyli kəndi yaxınlığında “BMW” markalı avtomobil dəmir yolu xəttinin üzərindəki körpüdən aşıb. Avtomobil qatarlar üçün nəzərdə tutulmuş elektrik ötürücülərinin-naqillərin üstünə düşüb, daha sonra isə dərəyə yuvarlanıb. Avtomobildə olan 4 nəfər elektrik cərəyanı vurması nəticəsində hadisə yerindəcə keçinib.
 
 





31.01.2014    çap et  çap et