525.Az

İƏT-in Baş Katibliyi şəhid ailələrinə başsağlığı verdi


 

İƏT-in Baş Katibliyi şəhid ailələrinə başsağlığı verdi<b style="color:red"></b>

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş Katibliyi Ermənistan Respublikasının silahlı qüvvələrinin oktyabrın 10-da Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında əldə olunmuş humanitar atəşkəs razılaşmasını pozması və bunun nəticəsində bir çox mülki şəxsin həlak olması və yaralanması ilə bağlı narahatlığını ifadə edib.

APA-nın məlumatına görə, Baş Katiblik Azərbaycan Respublikası ilə həmrəy olduğunu bir daha vurğulayaraq, İƏT-in qətnamə və qərarlarını, həmçinin (BMT) Təhlükəsizlik Şurasının aidiyyəti qətnamələrini xatırladıb, iki ölkə arasında münaqişənin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında siyasi yolla həllinə çağırıb.

İslam Əməkdaşlıq Təşkilatının Baş Katibliyi şəhid olan azərbaycanlı qurbanların ailələrinə, Azərbaycan Respublikasının hökumətinə və xalqına dərin hüznlə başsağlığı verib, yaralananların tezliklə sağalmalarını arzulayıb.

 





15.10.2020    çap et  çap et