525.Az

Şaxtalı və qarlı hava davam edəcək


 

Şaxtalı və qarlı hava davam edəcək<b style="color:red"></b>

Fevralın ilk günündə Azərbaycanda şaxtalı və qarlı hava şəraiti davam edəcək.

Bakı və Abşeron yarımadasında fevralın 1-də arabir qar yağacaq. Mülayim şimal-şərq küləyi əsəcək.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturu gecə və səhər gündüz 4-6 dərəcə şaxta, gündüz 1-3 dərəcə şaxta olacaq. Yollar buz bağlayacaq.
 
Azərbaycanın rayonlarında fevralın 1-də arabir qar yağacaq, şərq küləyi əsəcək.
 
Havanın temperaturunun gecə 4-8 dərəcə şaxta, gündüz 0-4 dərəcə şaxta, dağlarda gecə 13-18 dərəcə şaxta, 3-8 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

 





31.01.2014    çap et  çap et