525.Az

"Ermənistan Tərtərdə qəbiristanlığı atəşə tutdu: 3 ölü, 3 yaralı var


 

"Ermənistan Tərtərdə qəbiristanlığı atəşə tutdu: <b style="color:red">3 ölü, 3 yaralı var</b>

Ermənistan Silahlı Qüvvələrinin Tərtərə hücumu nəticəsində 3 azərbaycanlı mülki şəxs həlak olub.

Bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri, Hikmət Hacıyev "Twitter"də bildirib.

O qeyd edib ki, Ermənistan Silahlı Qüvvələrinin Tərtərdəki qəbiristanlığı hücumu nəticəsində 3 mülki şəxs həlak olub. 3 nəfər isə yaralanıb.

"Ermənistan humanitar atəşkəsin arxasında gizlənərək dinc insanlara qarşı terror siyasəti yürüdür. Azərbaycan öz mülki şəxslərini qorumaq üçün suveren hüququnu özündə saxlayır", - deyə Hikmət Hacıyev qeyd edib.

 

 





15.10.2020    çap et  çap et