525.Az

Gənclər günü fevralın 3-də qeyd olunacaq


 

Gənclər günü fevralın 3-də qeyd olunacaq<b style="color:red"></b> Bu il Azərbaycanda 2 fevral - Gənclər günü ertəsi gün qeyd olunacaq. Lent.az-ın məlumatına görə, buna səbəb əlamətdar tarixin bazar gününə təsadüf etməsidir.
 
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, əvvəlcə gənclər mərhum prezident Heydər Əliyevin məzarını, ardından Şəhidlər Xiyabanını ziyarət edəcəklər. Tədbirlər Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkil etdiyi gənc rəssamların əsərlərindən ibarət sərginin açılışı ilə davam edəcək. Bu tədbir Vəcihə Səmədova adına sərgi salonunda keçiriləcək. Sərgidə tamaşaçılara 200-dək gənc peşəkar rəssamın rəsm və heykəltəraşlıq əsərləri, tətbiqi sənət nümunələri təqdim olunacaq.
 
Ölkəmizdə 2 fevral –Gənclər Günü 1996-cı ildən başlayaraq hər il qeyd olunur. Həmin tarixdə ilk dəfə H.Əliyevin təşəbbüsü ilə Azərbaycan gənclərinin I forumu keçirilib.
 





31.01.2014    çap et  çap et