525.Az

Tovuzda ələ keçən erməni diversant tibbi yoxlamadan keçirildi


 

Tovuzda ələ keçən erməni diversant tibbi yoxlamadan keçirildi<b style="color:red"></b>

Tovuzda hərbçilərimiz tərəfindən ələ keçirilən kəşfiyyat-diversiya qrupunun bələdçisi Mamiko Xocayan müvafiq tibbi proseduradan keçirilib.
 
APA TV-nin məlumatına görə, Azərbaycanın da qoşulduğu beynəlxalq konvensiyaların tələblərin uyğun olaraq Mamiko Xocayanın sağlamlıq durumunu müəyyənləşdirmək üçün hərtərəfli tibbi yoxlama keçirilib.

Xatırladaq ki, Müdafiə Nazirliyi Tovuzda kəşfiyyat-diversiya qrupunun bələdçisinin ələ keçməsi barədə məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, yanvarın 28-də saat 15.00 radələrində Tovuz rayonunun Əlibəyli kəndi istiqamətində ermənilərin kəşfiyyat-diversiya qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib.

Müdafiənin ön xəttində yerləşən bölmələrimizin sayıqlığı nəticəsində düşmənin bu cəhdinin qarşısı alınıb. Qısa atışmadan sonra geri çəkilən düşmənin kəşfiyyat-diversiya qrupunun bələdçisi Mamiko Xocayan silahlı və yaralı vəziyyətdə əsgərlərimiz tərəfindən ələ keçirilib.

 





31.01.2014    çap et  çap et