525.Az

İlk QHT-lərin yaranması və fəaliyyəti (davamı)


 

Azərbaycanda vətəndaş cəmiyyəti təsisatlarının tarixi

İlk QHT-lərin yaranması və fəaliyyəti <b style="color:red">(davamı)</b>

tarix elmləri namizədi

 

SALYANDA CƏMİYYƏT

 

Arxivdə "Salyan Maarifçilik Cəmiyyəti"nin mövcudluğu haqqında məlumatlar var. Onun əsası 1915-ci ildə qoyulmuşdu. Cəmiyyətin sədri Cavad rayonunun rəhbəri Yerofeyev, xəzinədar - Nurəli bəy Axundov, katib - Əbusalam Səmədov idi.

 

İRƏVANDA CƏMİYYƏT

 

İrəvanda "Müqəddəs Ripsimin Cəmiyyəti" mövcud idi. Bu cəmiyyətin üzvlərinin arasında  40-dan çoxu azərbaycanlılar idi. Onlar Nəcəf ağanın həyat yoldaşı Bəyimcan xanım, İsmayıl ağanın həyat yoldaşı Dostu xanım, Əsgər xanın həyat yoldaşı Azıs xanım, Rzaqulu xanın həyat yoldaşı Bəka-Bəguli, Abbasqulu bəyin həyat yoldaşı Varvara Bünyadova Müşərrəf; İbrahim xanın həyat yoldaşı Nazlı bəyim, Mehbalı xanın dul xanımı Nazlı xanım, Yusif xanın həyat yoldaşı Vəkilova, Süleyman xanın həyat yoldaşı Rozanisə xanım, Xancan xanın həyat yoldaşı Sarabəyim xanım, general-mayor Ehsan xanın qızı Sonabəyim xanım, Qulu ağanın həyat yoldaşı Sona Xocamirova  Tükəzban xanım, Halu bəyin həyat yoldaşı Tuti xanım, İsmayıl bəyin həyat yoldaşı Can xanım, Cavad ağanın dul xanımı Xırda xanım, Məhəmməd Əlinin həyat yoldaşı Xırda xanım, Zaqafqaziya  Şeyxinin həyat yoldaşı Xırda xanım, Xurşudbəyim başqaları idi. Bu cəmiyyət İrəvan quberniyasının sakinlərinin maariflənməsinə xidmət edirdi.

 

AZƏRBAYCANIN APARICI

MƏDƏNİ - MAARİFÇİLİK

CƏMİYYƏTLƏRİ

 

XX əsrin başlanğıcında yaranmış bütün başqa mədəni - maarifçilik cəmiyyətlərinin arasında aşağıdakıları xüsusilə qeyd etmək lazımdır.

 

"NƏŞRİ-MAARİF"

CƏMİYYƏTİ

 

1906- ilin 1 avqustunda Cəmiyyəti təsis edənlərin ərizəsinə əsasən  (Bakı taciri - Əsədulla Əhmədovun, şəhər dumasının üzvü  İsmayılbəy Səfərəliyevin, Bakı taciri Ağahüseyn Tağıyevin, dumanın üzvü Məmmədhəsən Hacılının, Neft sənayesi sahibi Həsən Mustafayevin, Bakı taciri Əliağa Həsənovun) Bakı cəmiyyətləri işləri üzrə quberniya buradakı müsəlman əhalinin arasında savadın yayılması ilə bağlı Bakı Cəmiyyətinin nizamnaməsini təsdiq etməyi qərara aldı.

1906- ilin 24 noyabrında keçirilən yığıncaqda İdarə Heyətinin sədri Hacı Zeynalabdin Tağıyev  seçildi. Cəmiyyətin işində fəal iştirak edirdilər: M. H. Hacılı, Q. Qarabəyov, İ. Aşurbəyov, M. Muxtarov, A. Ağayev, M. Nağıyev, A. İ. Cəfərov başqaları.

Cəmiyyət savadın ibtidai təhsilin yayılmasında yardımı əsas götürürdü. Bu işin həyata keçirilməsi üçün cəmiyyət mövcud məktəblərə, mədrəsələrə kömək etməyi ya onları öz vəsaitləri ilə açmağı vacib sayırdı. Kitabxana - oxu zalı açılışı nəzərdə tutulurdu, pedaqoji kurslar, xalq müəllimlərinin hazırlığı üçün xüsusi təhsil müəssisələri, tamaşaların qoyuluşu, ədəbi axşamlar, öz mətbuat orqanının dərsliklərin nəşrini planlaşdırırdı.

Qeyd edək ki, Azərbaycan əhalisi arasında məşhurlaşmış rayon məktəblərində effektiv təhsil tədris olunmurdu. Şagirdlər o fənlər haqda anlayışlar almırdı. Öz fəaliyyətinin başlanğıc dövründə savadın yayılmasında müəyyən köməyi rus-azəri  məktəbləri göstərirdi. Amma yerli əhali onlara etibarsızlıqla yanaşırdı. Təhsilin Azərbaycan dilində aşağı səviyyədə olması da öz mənfi rolunu oynadı. Belə vəziyyətdə "Nəşri-Maarif Cəmiyyəti"nin Bakıda açdığı 3 məktəbin fəaliyyətini birinci iki ildə əhəmiyyətli hesab etmək olar. Onlar şəhərin 3 əsas mərkəzində yerləşirdi. İlk məktəb Qalada, Hacı Banu məscidinin yanında açılmışdı. Orada iki sinif fəaliyyət göstərirdi. İkincisi, Hacı İmam Əlinin məscidində 4 sinifli üçüncü - Təzəpir məscidinin yanında yaranmışdı.

"Nəşri-Maarif Cəmiyyəti" tərəfindən açılmış məscid məktəblərində uşaqlar 7 yaşdan 13 yaşa qədər Azərbaycan rus dillərində öyrənirdilər. Şəriət hesabata da eynən "Nəşri-Maarif Cəmiyyəti" tərəfindən hazırlanmış proqram üzrə hazırlaşırdılar. Dərs proqramı şəhər məktəbinin 4- sinif proqramına uyğun idi. Birinci məktəbdə 40 şagird oxuyurdu, üçüncü məktəbdə isə 120 şagird. Təzəpir məscidi yanındakı məktəbdə tədris Azərbaycan dilində aparılırdı.

Ümumilikdə 1907-1912-ci ilə qədər maarifləndirici cəmiyyətin 15 məktəbi açılmışdı ki, onların saxlanmasına 32656 rubl sərf edilmişdi.

Məktəblərin açılşı ilə Cəmiyyətin qarşısında müəllimlərin hazırlığı problemi dayanırdı. Müəllim çatışmazlığının aradan qaldırılması üçün müsəlman müəllim seminariyası "Darül-Müəllim"in proqramı təşkil etmişdi. Burada əsas siniflərlə ibtidai məktəblə seminariyanın yaradılması göstərilirdi. İbtidai məktəbə başçılıq edən Məmməd Cavadbəy Konstontinopolda (İstanbul) ali təhsil almış 1907-ci ildə fəaliyyətə başlamışdı. Üç il sonradan təşkilatçıların ümidlərini doğrultmadığı üçün o bağlanmışdı.

1912-ci ildə "Nəşri-Maarif Cəmiyyəti" bağlanma təhdidi altında məcbur olub nizamnaməsini dəyişdirdi. Yeni mətndən "məktəb" "mədrəsə" sözləri çıxarıldı. Çünki birinci variantda cəmiyyət dini hədəfləri aşmasında ittiham edilirdi.

Əsasən bu anlayışların məzmunu ilə bağlı mübahisə etmədən müəyyən dərəcədə öz fəaliyyəti ehtiyacını diqqətə alaraq İdarə Heyəti üzvləri güzəştə getdilər kiçik fasilədən sonra cəmiyyətin fəaliyyəti yeniləndi.

Cəmiyyətin böyük diqqəti uşaqların təhsil keyfiyyətinə ayrılırdı. Məktəblərdə tədrisin səviyyəsinin artması üçün vaxtaşırı müvəqqəti müəllim kursları açılırdı, müəllimlərin qurultaylarında iştirakına da  maddi yardım göstərirdi. İlk axşam müəllim kursları 1907-ci ildə fəaliyyətə başladı. Onlarda təlim pulsuz idi. "Nəşri-Maarif Cəmiyyəti" məktəblərinin müəllimləri xalq müəllimlərinin qurultayının işində iştirak edirdilər - Bakıda, Şamaxıda, Sankt-Peterburqda.

Yaranmış ənənəyə görə cəmiyyət öz məktəblərində bütün oxuyanlara pulsuz dərsliklər verirdi. Novruz Bayramı günü hamıya hədiyyələr paylayırdı, müavinət ayırırdı. Moskvaya Sankt-Peterburqa getmək, Tbilisi müəllim institutunun kurslarında oxumaq üçün ehtiyac duyanlara kömək edirdi. Cəmiyyətin İsgəndəriyyə Qadın Rus-Müsəlman məktəbində dörd təqaüdçüsü var idi.

Cəmiyyətin əsas vəsaiti üzvlük ödəmələrdən şəxsi ianələrdən ibarət idi. Bundan başqa öz büdcəsinin saxlanması üçün cəmiyyət teatr tamaşaları hazırlayır, xeyriyyə axşamları təşkil edirdi.

1912-ci ilin hesabatında qeyd olunurdu  ki, cəmiyyət məktəblərə maddi yardım göstərir, onların saxlanmasına 13460 rubl sərf edilmişdir. Bundan başqa idarə 1922 rubl maddi yardımı yeni dərsliklərin, mebelin sinif vəsaitlərinin əldə edilməsinə ayırırdı.

1913- ildə "Nəşri-Maarif"in fəaliyyəti haqqında aşağıdakı faktları qeyd etmək olar: idarənin 12-ci iclası oldu burada 140 sual dinlənmişdi. Onların arasında belə suallar var idi: cəmiyyət məktəblərində  yeni bölmələrin açılışı, Sankt-Peterburqda xalq maarifi məsələləri üzrə, I Ümumrusiya qurultayında iştirak s.

Cəmiyyət 13 təhsil müəssisəsini müəyyənləşdirirdi. Ümumi oxuyanların sayı - 940 nəfər idi. 1913- il dekabrın 5- keçirilən iclasda İdarə Heyəti üzvləri Əmircan Balaxanı məktəblərində hərəsində bir bölmə açılmasına səs verdilər.

Bu məktəblərin saxlanmasına idarə 13675 rubl, dərsliklərin almasına 2080 rubl ayırırdı. Məktəblərdə oxu üçün 215 rubl məbləğində jurnal qəzetlərə vəsait ayrılmışdı.

1914- ildə "Nəşri-Maarif Cəmiyyəti" məktəb təhsili sahəsində fəaliyyətini davam etdirirdi. Bir məktəb Bilgəh kəndində, iki məktəb isə Qala kəndində açılmışdı. Beləliklə cəmiyyətin siyahısında artıq 16 məktəb 35 bölmə 14 kənddə yerləşirdi orada 1074 oğlan 126 qız təhsil alırdı. 1914- ildə məktəblərə dərsliklərin əldə edilməsi vaxtaşırı nəşriyyatların fəaliyyəti üçün cəmiyyət 7050  rubl ayırdı. Məktəblərin saxlanması isə 20355 rubla başa gəlirdi.

1915-ci ildə cəmiyyət 15 məktəb müəyyənləşdirdi ki, bunların saxlanılmasına 21291 rubl sərf edilirdi. Onların normal fəaliyyətinin təmini üçün dərsliklərə, nəşriyyatlara, mülklərə dəftərxana ləvazimatlarına idarə 2044 rubl ayırırdı.

"Bakı Müsəlman Xeyiryyə Cəmiyyəti" ilə birgə "Nəşri-Maarif Cəmiyyəti" məktəbli yaşında olan yetim uşaqlara məktəblərdə bölgü üzrə köməklik göstərirdi. Belə ki, 13 avqust 1915-ci ildə idarənin iclasında 6 oğlan 5 yetim qızın cəmiyyət məktəbində oxuması məsələsinə baxılmışdı. Cəmiyyət Bakıya gələnlərin məişət şəraitini yaxşılaşdırmaq üçün onun himayəsində olan yetimlərin, müharibə illərində həlak olmuş müsəlmanların uşaqları üçün aparırdı.

1916- ilə aid hesabatda cəmiyyət yenidən vurğulayırdı ki, maarifçilik onun fəaliyyətinin əsas sahəsidir. Bütün fəaliyyəti dövründə "Nəşri-Maarif"in sədrləri H. Z. Tağıyev M. Muxtarov olmuşdu. 1916- ildə cəmiyyət yeni açılmış 3 məktəbin bölmələrini maliyyələşdirdi, bunlar - Əmircan, Balaxanı Ramana məktəbləri idi. Beləliklə, 1916- ildə "Nəşri-Maarif Cəmiyyəti" 16 məktəb (onlardan 2-si qadın məktəbi idi) aid idi. Orada 152 qız 979 oğlan təhsil alırdı.

Cəmiyyət məktəbləri üçün 500 rubl məbləğində jurnallar qəzetlər buraxılmışdı: "Dünyada olanlar", "Xalq Müəllimi", "Torağay", "Məktəb".

1916- ilin yanvar ayında "Nəşri-Maarif Cəmiyyəti"nin məktəb müəllimlərinin 22 noyabr 1915-ci ildən idarənin qətnaməsinə əsasən əmək haqqı artırılmışdı. 1916- ilin oktyabr ayında ağır hərbi vəziyyətlə əlaqədar məktəblərin hərbi qulluqçularına əlavə müvəqqəti maaş verilirdi.

1916- ildə cəmiyyətin məktəblərini 121 şagird bitirdi ki, onlardan 11-i qız idi.

"Nəşri-Maarif Cəmiyyəti"nin Azərbaycan əhalisinə qarşı olan qayğısı yalnız Bakı Quberniyası ilə məhdudlaşmırdı. Belə ki, 4 mart 1916- il tarixdə keçirilən iclasda Yerevan Müsəlman Xeyriyyə Cəmiyyətinə yardıma baxılmışdı. burada Yerevan ticarət məktəbinin təsisçisi olan A. O. Əliyevanın subsidiyaların verilməsi haqda xahişi ifadə edilmişdi. Bu təhsil müəssisəsinin sonrakı müvəffəqiyyətli fəaliyyətinin təminatı üçün İdarə Heyəti 2 min rubl ayırmışdı.

Ağır hərbi vəziyyətə baxmayaraq cəmiyyət vəsaitlər tapırdı. Bu dövrdə təqaüdçülərin saxlanması üçün 1225 rubl təqaüd təyin edilmişdi. İsgəndəriyyə qadın məktəbinin 6 məktəbli qızına, Tbilisi Aleksandr Müəllim İnstitutunun 2 şagirdinə, Moskva Ticarət İnstitutunun tələbələrinə maddi yardım verilmişdi. Petroqrad İnstitutunun mühəndislərinə bir çox başqalarına da yardım ayrılmışdı.

(Ardı var)

 





01.02.2014    çap et  çap et