525.Az

Kişinin özü də sözü kimidi


 

Kişinin özü də sözü kimidi<b style="color:red"></b>

Yəqin çoxlarının hindu tayfalarından olan apaçilərin adətlərindən xəbəri yoxdur: 

onlarda toydan sonra ər arvadın evinə köçür onun valideynlərinə qulluq edir. Amma Azərbaycanda belə deyil, qadın toydan sonra həyat yoldaşının evinə köçür onun valideynlərinə qulluq etməyə başlayır. Kişi yalnız pul qazanmaqla məşğul olanda, qadın yemək bişirir, paltar yuyur, ev yığışdırır, uşaq tərbiyə edir s. Kişilər müəyyən qrafikinə tabe olur, həftə sonları istirahət edirlər, amma biçarə qadınlar nizamsız qrafiki ilə yaşayırlar. Bunun müqabilində, kişilər gileylənir ki, bunlar bütün günü işdə pul qazanmaqla məşğuldur, qadınlar isə evdə oturub heç etmir. Əlbəttə ki, bu, orta statistik ailənin mənzərəsidir, bəzi ailələrdə bunların əksi ola bilər.

Gəlin, ailənin dağılmasına zəmin yaradan bir səbəbdən, daha dəqiq qadınlar uydurduğu mifdən danışaq. Qadınların çoxu, özlərinə uyğun olmayan kişilərlə , onları dəyişə biləcəkləri əminliyiylə ailə qurur. İnanırlar ki, ailə qurduqları kişi içkini atacaq, siqareti tərgidəcək, dostları ilə axşama qədər oturmayacaq, subaylıq vərdişlərini tərgidib, daha çox pul qazanacaq s.

Təəssüf ki, hər şey əksinə olur. Hətta, onun qadının sevgisini qazanmaq üçün göstərdiyi diqqət , toydan sonra qeyb olur. Kişilərin psixologiyası elədir ki, onlar həmişə fəth etməyi sevirlər. Toydan sonra fəth etdiyi qadına da marağı itir. Toydan əvvəl verdiyi sözlərin heç biri tutulmur. Xanımların ərlərini olduğu kimi qəbul etməməyi konfliktlərə səbəb olur. Niyə qadınlar gələcəkdə böyük çətinlikləri olacağını bilə-bilə ərə gedirlər? Əlbəttə, xanım həyat yoldaşını bir çox vərdişlərdən uzaqlaşdıra bilər, amma xarakteri dəyişmək qeyri-mümkündür. Hətta zaman insanda uşaqlıqdan formalaşan şəxsiyyəti dəyişə bilmirsə, niyə zərif cinsin nümayəndələri bu məsələdə özlərini aldadır? Qadınların əksəriyyəti isterika yaradır, deyinirlər, ərlərinin hər işinə qarışaraq, onlar üçün ən önəmli olan azadlıq hissini əllərindən alırlar. Hamımıza məlumdur ki, kişilər bir qadında yaxşı aşpaz, anlayışlı dost gözəl sevgili görmək istəyir. Kişilər öz ünvanlarına tənqidi sözlər eşitməyi xoşlamır. Bax elə buna görə , kişilər evdən qaçır. Niyə siz zərif cinsin nümayəndələri, sizdə ən yaxşı alınan- biclikdən istifadə etmirsiniz? Kişilərin beyni qadınlarınkından böyük olmasına baxmayaraq, biz qadınlarda beyin daha cəld işləyir. Kişiləri inandırmaq asandır, onlar tərifləri sevir. Əgər qadın ərini həvəsləndirsə, onun arzularını, fikirlərini dəstəkləsə, kişi qarşılığında xoş bir hərəkət etmək istəyər. Əgər ər həyat yoldaşı tərəfindən sevgi görsə, lap yeməkdən sonra stolu yığışdırmasa da, heç olmasa toydan əvvəl olan diqqət qeyb olmayacaq.

Əziz xanımlar, kişiləri dəyişdirməyə çalışmayın. Bunu etmək qeyri-mümkündür. Bir-birinizi necə varsınızsa, o cür qəbul edin.

 





03.02.2014    çap et  çap et