525.Az

Bakıda 40-dan çox adam sürüşərək xəsarət alıb


 

Bakıda 40-dan çox adam sürüşərək xəsarət alıb<b style="color:red"></b> “Son sutka ərzində Bakıda 7 avtoqəza baş verib. Nəticədə 9 nəfər yaralanıb, onlardan da 7 nəfəri xəstəxanaya yerləşdirilib”. Bunu Lent.az-a açıqlamasında Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BŞTTTYS) Operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidova bildirib.
 
Onun sözlərinə görə, qar yağandan sonra travma ilə bağlı daha çox yanvarın 31-də təcili yardıma müraciət olunub: “Həmin gün 35 nəfər travma ilə əlaqədar təcili tibi yardıma müraciət edib və onlardan 29 nəfəri xəstəxanaya yerləşdirilib”.
 
Z. Vahidova onu da bildirib ki, fevralı 1-i və 2-də travma ilə əlaqədar təcili yardıma 5-6 müraciət edilib: “Onlar da əsasən gənclər olub”.
 
BŞTTTYS rəsmisinin sözlərinə görə, istər avtoqəza, istərsə də travma ilə bağlı ölüm faktı qeydə alınmayıb
 





03.02.2014    çap et  çap et