525.Az

Qusarda 13 yaşlı məktəbli özünü asıb


 

Qusarda 13 yaşlı məktəbli özünü asıb<b style="color:red"></b>

Azərbaycanda yeniyetmə intihar edib.
 
Qusar Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Yasab kəndində qeydə alınıb. Kənd sakini, 2001-ci il təvəllüdlü Rəşad Cəlilov yaşadığı evin həyətindəki tövlədə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
 
Faktla bağlı Qusar rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

 





03.02.2014    çap et  çap et