525.Az

Elmin və elin ağsaqqalı


 

Elmin və elin ağsaqqalı<b style="color:red"></b>

Azərbaycan MEA-nın vitse-prezidenti,
Milli Məclisin deputatı, akademik

Azərbaycanın müasir etnoqrafiya elmi məktəbinin qurucusu, tarix, arxeologiya etnoqrafiya elmlərinin  inkişafına sanballı töhfələr vermiş AMEA-nın  həqiqi üzvü, tarix elmləri doktoru, professor, Əməkdar elm xadimi,  AMEA Arxeologiya Etnoqrafiya İnstitutunun  şöbə müdiri, böyük  alim ictimai xadim, görkəmli ziyalı, şair, nasir, publisist, müdrik insan Teymur Əmiraslan oğlu Bünyadov  85 illik  mənalı həyatının 60 ildən çoxunu elmimizin inkişafına  həsr edib.

Teymur Bünyadov 1928-ci il yanvarın 20- Qazax rayonunun II Şıxlı kəndində anadan olub, orta məktəbi qızıl medalla bitirərək 1951-ci ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsində təhsil alıb. Təhsilini başa vurduqdan sonra  SSRİ Elmlər Akademiyasının Maddi Mədəniyyət Tarixi İnstitutunun aspiranturasına daxil olub,  dünya şöhrətli Qafqazşünas alim, Lenin mükafatı laureatı Y.İ.Krupnovun rəhbərliyi altında dissertasiya müdafiə edib, tarix elmləri namizədi alimlik dərəcəsi alıb. Azərbaycanda əkinçilik ənənəsinin hələ Tunc dövründə sabit, oturaq mədəniyyət halında inkişafını gərgin axtarışları nəticəsində əldə etdiyi təkzibolunmaz faktlar sübutlarla ortaya qoyan gənc alimin məntiqə söykənən mülahizə təhlilləri  həmin müdafiədə iştirak edən tanınmış mütəxəssislərdə yüksək təəssürat oyadıb.

1955-ci ilin may ayında  doğma Vətənə qayıdan Teymur Bünyadov sonrakı fəaliyyətini Azərbaycan EA Tarix İnstitutunda davam etdirir. O vaxtdan onun bütün həyatı elmi fəaliyyəti Azərbaycan EA-nın Tarix, 1993- ildən isə Arxeologiya Etnoqrafiya İnstitutu ilə bağlıdır.

Alim 1968-ci ildəAzərbaycanın qədim Orta əsrlər dövrü təsərrüfat həyatımövzusunda doktorluq dissertasiyası müdafiə edərək respublikada arxeologiya etnoqrafiya elmləri sahəsində ilk tarix elmləri doktoru alimlik dərəcəsi alıb, 1970-ci ildə professor elmi adına layiq görülüb. O, 1989-cu ildə Azərbaycan EA-nın müxbir üzvü, 2001-ci ildə AMEA-nın həqiqi üzvü seçilib.

1960- ildə Teymur BünyadovunAzərbaycan arxeologiyası oçerkləriadlı kitabı nəşr edilir. Bu əsərdə Azərbaycan xalqının dünyanın ən qədim mədəni xalqlarından biri olduğu, onun məskunlaşdığı ərazinin isə zəngin təbii muzey kimi formalaşdığı sübuta yetirilir. Əsərdə Azərbaycanın ən qədim dövrdən XV əsrə qədərki tarixi  işıqlandırılır.

Alim 1975-ci ildəƏsrlərdən gələn səslərəsərində xalqımızın musiqi mədəniyyəti irsini ilk dəfə tarixi-etnoqrafik baxımdan qələmə almışdır.

Akademik T.Bünyadovun  fəaliyyəti daha çox Azərbaycan arxeologiya etnoqrafiya elmi ilə bağlıdır. Görkəmli tədqiqatçı həm öz əsərlərində, həm yetişdirdiyi yüksək ixtisaslı kadrların araşdırmalarında tarix, arxeologiya etnoqrafiya elmlərini daim vəhdətdə görmüş, bu səbəbdən bir sıra elmi məsələlərin uğurlu həllinə nail olmuşdur.

Teymur Bünyadov 29 monoqrafiyanın, minə yaxın  məqalənin, o cümlədən xarici ölkələrdə (Rusiya, İran, Türkiyə, Ukrayna, Norveç s.) nəşr olunmuş əsərlərin müəllifidir. Onun rəhbərliyi altında  2007-ci ildə ilk dəfə böyük tirajlaAzərbaycan etnoqrafiyasıüçcildliyi nəşr edilmiş respublikamızın ictimaiyyəti tərəfindən elmi hadisə kimi  qiymətləndirilmişdir. Bu üçcildliyin ikinci cildinin əsas müəllifi Teymur Bünyadov olmuşdur. Hazırda onun rəhbərliyi ilə Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuşQəbələnin tarixi”, “Qəbələ folkloruQəbələnin etnoqrafiyasıadlı üçcildliyi çapa hazırlanmış, rus ingilis dillərinə tərcümə edilmişdir.

İstedadlı qələm sahibi Teymur Bünyadovun timsalında xalq ruhunu dərindən bilən, tarixi yaddaşımızın alt qatlarını üzə çıxarmağı bacaran,  tariximizin unudulmuş, qaranlıq səhifələrini işıqlandıran, adət-ənənələrimizə, soykökümüzə həssas, isti nəzərlərlə yanaşan milli mövqedən çıxış edən alim-ziyalı obrazı canlanır.

Keçən əsrin 70-ci illərinin sonlarından başlayaraq Teymur Bünyadovun xalq ruhunda yazdığı bədii publisistik:- “Göz yaşları”, “Ana Kürüm”, “Qızıl qaya”, “Mərd qalalar, sərt qayalar”, “Zirvəqala”,“Alarlar-gündoğandan başlayan yol başqa kitabları ruhən, mənən biri digərini tamamlayan bütün davamlılığı boyunca Teymur Bünyadov zəkasının işığını, ürəyinin hərarətini hər cümləsində, hər sözündə əks etdirən əsərlər kimi elmimizin ictimai fikrimizin inkişafında özünəməxsus yer tutur. Bu kitablarda Azərbaycanımızın bənzərsiz tarixi-etnoqrafik xəritəsinin geniş mənzərəsi əks olunur, xalq həyatının ürəyəyatan koloritli çalarları, el-elat nəfəsi duyulur. Teymur Bünyadov Azərbaycanın ayrılmaz bir parçası olan qədim Naxçıvan diyarının tarixi-etnoqrafik çalarlarını elmi şəkildə təqdim etmişdir. Qarabağın zəngin muğam sənətindəki, Gəncənin, İçərişəhərin memarlıq abidələrindəki müdrik fəlsəfə, Dərbənd, Şirvan, Təbriz,  Şəki, Qəbələ qalalarının məğrur duruşundan boy göstərən qartal əzəmətinin sirləri  onun əsərlərində dərindən şərh olunub ümumiləşdirilmişdir.

Bayatı əhatə dairəsinin genişliyi, dərin məna, fəlsəfi-əxlaqi düşüncə, sosial-siyasi məzmun kəsb edən, rəngarəngliyi ilə seçilən ədəbi janrdır. Ailə-məişət məsələləri, Vətən, torpaq, el sevgisi, məhəbbət, ayrılıq, həsrət, vüsal, dostluq, sədaqət, mərdlik, hünər, cəsarət, dünya həyat haqqında düşüncələr-bir sözlə, cild-cild romanlara, elmi-fəlsəfi əsərlərə sığmayan fikirləri dörd misrada, bitkin formada ifadə etmək xüsusi istedad tələb edir. 1990- il 20 Yanvar faciəsindən sonra qələmini bayatı janrında sınayan Teymur Bünyadov  Vətən dərdindən,  yurd həsrətindən, xalqımızın  böyük kədərindən bəhs edən bayatı nümunələri yaratmışdır.  OnunXan çinar kölgəsində”, “Anam birdi, Vətən tək”, “Başı çalmalı dağlaradlı üçcildlik bayatılar kitabı  oxucuların böyük rəğbətini qazanmışdır. Bu kitablarda yurdumuzunQarabağın tarixi taleyi, xalqımızın zorla cəlb olunduğu ədalətsiz müharibənin dəhşətləri, onun qırılmaz iradəsi, mübarizə əzmi, qəhrəmanlığı, vətənpərvərliyi, eləcə zəngin adət-ənənələri tərənnüm olunur:

Dolan gəz,

Gözüm, könlüm dolan gəz.

Anam birdi. Vətən tək,

Dur, başına dolan gəz.

Çağdaş həyatımızın, bizi əhatə edən mühitin, yaşadığımız cəmiyyətin, gündəlik qayğılarımızın əksər problemləri onun yaradıcılığında əksini tapmışdır. Fərqli ideoloji sistemlərin mövcud olduğu cəmiyyətdə yaşayıb-yaratmasına baxmayaraq, akademik Teymur Bünyadov həmişə azərbaycançılıq ideologiyasına sadiq qalmış, bütün həyatını elmi axtarışlarını bu böyük idealın inkişaf etdirilməsinə möhkəmləndirilməsinə həsr etmişdir. O, mənsub olduğu xalqın mənəvi dünyasını, adət-ənənələrini, mədəniyyətini, əsrlərin daş yaddaşı olan tarixi abidələrini, taleyüklü problemlərini böyük ürəklə, qeyrətlə araşdıran yorulmaz elm adamıdır. Xarakterindəki səmimiyyəti, təmizliyi, qayğıkeşliyi, təəssübkeşliyi, millətsevərliyi hamıya örnəkdir. Zahirən hər kəsə adi görünən, əslində isə qeyri-adi, sadə təvazökar insandır. Fransız yazıçısı Bualonun təbirincə deyilsə: “Bunu bilin unutmayın ki, həqiqət həmişə sakit təvazökardır”.

Azərbaycan etnoqrafiya elminin mənəvi dəyərlərimizin təbliğində geniş yayılmasında Teymur Bünyadovun radio televiziyada təşkil etdiyi verilişlər xüsusilə təqdirəlayiqdir. T.Bünyadov iki ildən artıq Azərbaycan Dövlət Televiziyasında böyük maraqla izlənilənƏsrlərdən gələn səsləradlı verilişin təşkilatçısı aparıcısı olmuşdur. “Kölgələr sürünürbədii filminin ekran həyatı qazanmasında elmi məsləhətçi kimi Teymur Bünyadovun xidməti böyükdür. 

Alimlik əvəzsiz fəaliyyət sahəsidir. Alim həm müəllimdirsə, gözünün nurundan, qəlbinin atəşindən, təfəkkürünün məhsulundan başqalarına pay verirsə, onun zəhməti qiymətsizdir. Teymur Bünyadov  pedaqoji sahədə 50 ildən artıq fəaliyyət göstərmişdir. O, uzun illər Bakı Dövlət Universitetində, N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetində, Bakı Slavyan UniversitetindəAzərbaycan tarixi”, “Qədim dünya tarixiArxeologiyafənlərindən dərs demişdir.

 Yüksək ixtisaslı elmi kadrların yetişməsində Teymur Bünyadovun  xidməti danılmazdır. O, öz istedadlı, ümidverici tələbələrini seçib elmə gətirib, onlara qayğı göstərib. Onun rəhbərliyi ilə 7 elmlər doktoru, 25-dən çox aspirant dissertant alimlik zirvəsinə yüksəlmiş   bu gün müəllimlərinin yolunu layiqincə davam etdirirlər

Akademik Teymur Bünyadovun bir sıra beynəlxalq elmi konfranslarda, o cümlədən 1960- ildə Moskvada Şərqşünasların XXV Beynəlxalq konqresində, 1964- ildə antropologiya etnoqrafiya elmləri üzrə VII Beynəlxalq konqresdə, 1971-ci ildə Tiflisdə arxeoloq etnoqrafların Ümumittifaq sessiyasında, 1990- ildə İstanbulda birinci Millətlərararsı Azərbaycan-türk dərnəkləri qurultayında, 2004- ildə Moskvada məşhur Qafqazşünas alim Y.İ.Krupnovun 100 illiyinə həsr edilmiş elmi sessiyada, 2007-ci ildə ParisdəAzərbaycanın xalça sənətiadlı Beynəlxalq konfransdakı elmi məruzələri böyük maraqla qarşılanmış, Azərbaycan elmini beynəlxalq arenada tanıtdırmışdır.    

Dağlıq Qarabağda baş verən hadisələr dövründə görkəmli alim gənclərə vətənpərvərlik, döyüş ruhu aşılamaq məqsədilə xalqımızın qəhrəmanlıq tarixindən bəhs edənQız var oğuldan qeyrətli”, “Cavanşir”, “Atropat”, “Babək”, “Şəmsəddin Eldəniz s. kimi elmi-populyar kitabçalar nəşr etdirmiş, məqalələr yazmış, radio televiziya verilişlərində çıxış etmişdir. Xalqşünas-etnoqrafın əsas vəzifəsi xalqla bir yerdə olmaq, xalqı öyrənmək, milli-mənəvi varlığımızı xalqa çatdırmaqdan ibarətdir. Akademik Teymur Bünyadovun həmişə xalqın arasında olması, ictimai dövlət əhəmiyyətli işlərdə insani keyfiyyətləri, əsl el ağsaqqalı ziyalı ləyaqəti nümunəsi göstərməsi sayəsində hər kəs onu özünün doğması, yaxını hesab edir, onunla qürur duyur. O, Azərbaycanın bir sıra bölgələrində əsgərlərlə, qaçqın məcburi köçkünlərlə görüşür, əhali arasında təbliğat ideoloji informasiya işini davam etdirir. Alim müxtəlif illərdə döyüş bölgələrində düşmənlə üzbəüz mövqelərdə olmuşdur.

Teymur Əmiraslan oğlu Bünyadov respublikanın ictimai həyatında da fəal iştirak edir. 1995-ci ildə I çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. O, həmin müddətdə Milli Məclisin Elm təhsil məsələləri daimi komissiyasinin sədri olmuş, eyni zamanda Azərbaycan-İrlandiya parlamentlərarası komissiyasının sədri kimi fəaliyyət göstərmişdir. Sonralar ictimai fəaliyyətini davam etdirən akademik T.Bünyadov ümummilli liderimiz Heydər Əliyevin ölkə Prezidenti İlham Əliyevin prezident seçkilərində vəkili olmuş, xalq arasında ağsaqqallıq  nümunəsi olan geniş təbliğat işi aparmışdır. O, 1994- ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

T.Bünyadov 2003- ildən AMEA Humanitar İctimai Elmlər bölməsinin akademik-katibinin müavini, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının üzvü, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında özəl təhsil müəssisələrinin fəaliyyətini tənzimləmək məqsədilə yaradılan Dövlət Ali Ekspert Komissiyasının üzvü, Türkiyə-Azərbaycan Millətlərarası Komissiyasının üzvü olmuşdur.

Akademik Teymur Bünyadov Azərbaycan Respublikası Milli Məclisi yanında Toponimika Komissiyasının sədr müavini, Azərbaycan Respublikası Prezidenti yanında Respublika Ağsaqqallar Şurasının sədr müavini, Qafqaz Müsəlmanları İdarəsi nəzdində yaradılmış Dini-Elmi Şuranın üzvü, Azərbaycan Yazıçılar Birliyi Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya KomissiyasınınArxeologiyaEtnoqrafiya  ixtisasları üzrə dissertasiyaların müdafiəsi şurasının sədri respublika elmi tədqiqatların təşkili əlaqələndirilməsi şurasının Tarix üzrə Problem Şurasının, “AMEA-nın Xəbərləri (tarix, fəlsəfə hüquq seriyası)”, “Tarix onun problemləri”, “İpək Yolu”, “Təkamül”, “Müasir mədəniyyətşünaslıq”, “Qarapapaqlarjurnallarının redaksiya heyətinin üzvü kimi fəaliyyət göstərir.

Elmi ictimai fəaliyyətinə görəŞöhrətordeninə, “Əməkdar elm xadimi fəxri adına layiq görülən akademik Teymur Bünyadov zəkası istedadı ilə Azərbaycan elminin inkişafına xidmət edən, Azərbaycanın müstəqilliyini dövlətçiliyini hər şeydən uca tutan elm fədaisidir.  Ömrünün kamillik çağında da gənclik coşqusu ilə yazıb-yaradan bu böyük insanın-görkəmli xalqşünasın baş ucaldan, üz ağardan bioqrafiya biblioqrafiyası hər gün yeni bir uğurla, daha bir səhifə ilə zənginləşməkdə davam edir. Ona cansağlığı, yeni-yeni uğurlar arzulayıram.

 





03.02.2014    çap et  çap et