525.Az

Qəzetpulu (hekayə)


 

Qəzetpulu <b style="color:red">(hekayə)</b>

Şaban müəllim əlindəki dərs jurnalını stolun üstünə qoyub adəti üzrə, sağ əli ilə sol əlinin barmaqlarını ovuşdurdu. Uşaqları sayırmış kimi sinifə  göz gəzdirdi. Üzünu Səlimə tutdu:

Kim qəzetpulunu gətirməyib?- səsi acıqlı idi.

Sinif nümayəndəsi Səlim onun bu sualını dənə cuman toyuq kimi göydə tutdu:

Müəllim, –Səlim çox sevincək dilləndi. O, sanki çox  mühüm bir xəbər əldə etmişdi, – Fərqanədən başqa hamı gətirib.

Eldarla eyni sırada, yanaşı partada oturan Fərqanə Səlimə tərs-tərs baxdı. Ancaq onun bu baxışları Səlimin xoşbəxt halını zərrə qədər pozmadı.  Şaban müəllim Fərqanəni acıqlı-acıqlı süzüb:

Dur görüm ayağa, – dedi, – onun baxışları qəzəb saçırdı, artıq beşinci dəfədir söz verirsən  ki, gələn dəfə  mütləq gətirəcəyəm. Bəs oldu?  Sənə görə bu boyda məktəbin qəzet abunəsi gecikməlidir?

Bir ay olardı ki, yeddincilərdənAzərbaycan pioneriqəzetinə illik abunə üçün bir manat dörd  qəpik pul yığırdılar. Şaban müəllim Eldargilə bədən tərbiyəsindən dərs deməklə bərabər, həm onların sinif rəhbəri idi. Ona görə , qəzetpulunu o yığırdı. Eldarın Şaban müəllimdən xoşu gəlmirdi. Ona elə ilk gündən savadsız adam kimi baxırdı. Fürsət düşəndə, Eldar bir-iki dəfə dərs jurnalına baxmışdı. Dərs mövzusunun adınıFidbol oyunukimi  yazan Şaban müəllimə, hətta yazığı da gəlirdi:  bir müəllim ki,  futbolsözünü düz yaza bilməyə, ondan gözləyəsən? 

Başını aşağı salan Fərqanə, elə bil, ayaqüstə donmuşdu. Üzü qızarmışdı. On beş nəfərlik sinfin gözü  Fərqanədə idi. Şaban müəllim onun oturduğu partaya doğru addımladı:

Səndən söz soruşmuram? qədər bizi aldadacaqsan?

Sözünə ara verib sağ əlinin şəhadət orta barmağını qoşalaşdırıb Fərqanənin çənəsinin altına uzatdı. Qızın sifəti bir az da allandı. Fərqanə susurdu.

Başını yuxarı qaldır, –deyə Şaban müəllim Fərqanənin çənəsinə yapışmış iki barmağına güc verdi. Onun balaca, tüklü əlində, sanki güc yox idi. Fərqanə əvvəlki qaydada, yenə gözlərini yerə dikmişdi. Qızın bu inadkarlığı onu lap təbdən çıxartdı:

Niyə cavab vermirsən? –Əl atıb onun iki yoğun hörüyünü aşağı dartdı. Həmin an da onun aşağı əyilmiş başı yuxarı qalxdı. Fərqanə, görünür, bunu gözləmirdi. Üzü od tutub yanan qızın  iri ala  gözlərində bir yazıqlıq vardı. Onun əynindəki yaşıl jaket nimdaşlığı ilə göz deşirdi.  Birdən Eldara elə gəldi ki, Fərqanənin üz-gözündəki əzabdan  jaket bir az da büzüşdü. Bu jaket Fərqanənin bir ay əvvəl gəlin köçən bacısının idi. Bu, Eldarın ürəyini bir az da sıxdı. Kənddə bu bir qayda idi: balacalar, böyük bacı-qardaşlarının köhnəlmiş paltarlarını geyərdilər. Yoxsa,  ailədəki səkkiz, on uşağa paltar çatdırmaq olar? Birdən Eldarın ürəyindən keçdi ki, durub Fərqanəyə qahmar çıxsın. Ancaq məktəbin direktoru Əli müəllim gəlib durdu gözünün qabağında. Bildi ki, Şaban müəllimlə üz-göz olsa, direktor onu kabinetinə çağırıb kötəkləyəcək. Ona görə , fikrindən vaz keçdi. Eldar bilirdi ki, Şaban müəllim özünü işgüzar göstərmək, yəni abunə pulunu vaxtından tez yığmaq bununla da direktorun xoşuna gəlmək istəyir.

Fərqanə təkcə əlaçı deyildi, həm sinifdəki qızların ən gözəli idi. Fərqanənin bacı-qardaşlarının hamısı yaxşı oxuyurdu, çoxunun şəkli divardakı   Əlaçı şagirdlər  lövhəsinə vurulmuşdu.

Birdən Eldarın öz-özünə yazığı gəldi. Babək, Koroğlu, Qaçaq Nəbi, Mehdi Hüseynzadə ilə bağlı oxuduqları yadına düşdü. Ürəyində özünü mühakimə etməyə başladı: “Sən qorxaqsan. Özünü Mehdi Hüseynzadəyə tay tutmaq istəyirsən, ancaq bir sinif yoldaşına qahmar çıxa bilmirsən. Sənin yerində  Mehdi olsaydı, heç vaxt susmazdı. Gör, özünü  kimə oxşatmaq istəyirsən? “ Hiss etdi ki, sifəti istilənir. Nəhayət,  Fərqanənin dili açıldı:

Müəllim, –onun səsi titrəyirdi- atam üç gündü Yuxarı Meşə yolunda kol qırır. Dedi ki, kolu satan kimi sənə pul verəcəm, – Şaban müəllim, az qala, bomba kimi partladı:

Qız, sən dəli olmusan? Sabah direktor məni çağırıb qəzetpulunu soruşanda, durub mən ona  sənin kimi nağıl danışacam? Heç bilirsən  deyirsən? – Orta boylu, sısqa bədənli Şaban müəllimin ağzı köpüklənmişdi:

Mənə bax, sabah hardan olursa-olsun, bilmirəm, pulu tapıb gətirirsən.

Fərqanə hələ ayaqüstə idi.  Yenə başını aşağı salmışdı. Şaban müəllim tərləmiş alnını əlinin arxası ilə silib, yerinə qayıtdı, köhnə, meşin söykənəcəkli stula  əyləşdi.

Atası kol qıracaq, sonra onu satacaq, sonra da  buna pul verəcək.

Şaban müəllim Fərqanəyə lağ edirdi. Sonra o, sinif nümayəndəsi Səlimə üz tutdu:

Sabah  bütün pulları mənə verirsən. Bircə nəfər qalmasın.

Əsgər kimi farağat dayanan Səlim tələm-tələsik:

Oldu, müəllim,- dedi.

Eldar düşündü ki, Səlim böyüyəndə Şaban müəllimə oxşayacaq.

Şaban müəllim, gözəl bilirdi ki, sabah Fərqanə qəzetpulunu gətirməyəcək. Çünki... Çünki kənd adamının sirri  olmur. Hamının bir-birindən ovcunun içi kimi xəbəri olur, kimin ilə nəfəs aldığını yaxşı bilirlər. Bu kəndin çoxu kimi, Eldargillə qonşu olan Fərqanəgil çox kasıb idilər. Bir görürdün ki, Fərqanə, yaxud bacı-qardaşlarından hansısa həyətlərini ayıran alçaq çəpərin üstündən Eldarın anasını səsləyir:

–“Ay İbadət xala, anam deyir ki, axşama kimi  bizə ikiatımlıq çay versin”. YaxudAy İbadət xala, bizə on cüt qənd ver”. Anası Fərqanəgilin  ailəsinin xətrini çox istəyirdi. Bu xətir-hörmətin   bir sarsılmaz özəyi vardı: “Osman da, Səlimə   düz adamdı, halal adamdılar. Nolsun kasıbdılar”.

Qış başlayan kimi, Eldarın dayısı qəssab Ağasəf  hər iki-üç  həftədən bir dana, ya da bir  öküz  kəsərdi. Atası əlində ət həyətə girən kimi, Eldarın anası tez soruşardı. “Ə Dəli, (kəndin bircə qadını da ərini adı ilə çağırmazdı, hərə ərinə bir ad  yaraşdırardı) sən Allah, Osman da ət aldı?” Atasıdesəydi, elə bil,  anasının üzündə Gün doğardı: “Şükür sənə, ya Allah!” AtasıYox, Osmanı görmədimdesəydi,  anası  iki-üç sümüklü tikəni iki-üç dənə soğanı yaşıl çuqun qaba qoyub  Eldara, ya da bacılarına verib deyərdi: “Apar, ver Səliməgilə”. Bütün kənd belə yaşayırdı.  Şaban müəllim bunu bilirdi.

Eldar neçə gün idi ki, bir manat üçün baş sındırırdı. Hardan bir manat tapsın? Bunu atasına deyə bilməzdi. Heç cür deyə bilməzdi. O,  uzağı atasından 10-20 qəpik istəyə bilərdi. Lap yalvarıb bir manat istəsə, bəs atası soruşmaz ki, bu pulu neynirsən, bu pul nəyinə gərəkdi? Bir manat bir kilo qənd eləyir. Necə desin ki, pulu Fərqanə üçün istəyir. Bu, mümkün olan deyildi. Bu gün səhər   yuxudan oyanan kimi, Fərqanə yadına düşmüşdü. Fikirləşmişdi ki,  Şaban müəllim  yenə Fərqanənin gününü göy əsgiyə bükəcək. Bu fikrindən boğazı qurumuşdu. Onun bu halı bir süfrə arxasında çörək yediyi atasının gözündən qaçmamışdı: “Çörəyini ye , sənə olub?” demişdi. Atasının sözlərindən sonra pul məsələsini  açıb demək istəmişdi, ancaq buna cəsarəti çatmamışdı. Daha doğrusu, ürəyindəkini atasına deyib-deməməyi götür-qoy edən əsnada, çöldən gələn anası  söhbətə qarışmışdı:

Ə Dəli,  kaprativə (mağaza) rezin gəlib, bir manat ver, bir on metrə alım, uşaqların şalvarlarının rezini çürüyüb- gedib”.

Anası bu sözləri çəkinə- çəkinə demişdi atasına. Bu sözləri deyəndə, atasının üzünə baxmamışdı. Adamın üzünə baxıb,  pul istəməyin içində bir zor, qarşıdakı adama  güc gəlmək var, yəni pulu mütləq verməlisən. Anası pulu həmişə belə istəyərdi atasından. Bu, onların ailəsində yazılmamış qayda-qanunlardan biri idi. Əslində, Eldarın özü kinoya, dondurmaya atasından pul istəyəndə, başını aşağı dikərdi, onun üzünə baxmazdı.

Eldar öz aləmində idi. Şaban müəllimin danışdıqlarını eşitmirdi: “Gərək səhər o bir manatı anamdan alaydım. Deyəydim ki, rayona təzə kitab gəlib, onun üçün lazımdır”. O, Fərqanəyə tərəf baxmırdı, utanırdı. Sonra Fərqanənin  anası Səlimə xala gəldi gözünün qabağına. Hardasa, üç-dörd gün əvvəl olardı, həyətlərinin aşağı qapısının ağzında rastlaşmışdı onunla. Eldarı görər-görməz, Səlimə xala sözə başlamışdı: “Ay Eldar, dünən gecə evdə dava-qırğın idi. Fərqanə özünü öldürür ki, mənə qəzetpulu verməsəniz,  məktəbə getməyəcəm. Atası yetim deyir ki, bir-iki günə,  kolu satan kimi, birinci sənə pul verəcəm. Bu da özünü yerə çırpır ki, mən bilmirəm, yerdən-göydən tapın, mənə pul verin. Atasının əlindən zorla almışam, döyüb-öldürürdü”. Eldar görmüşdü ki, Səlimə xala danışdıqlarından əzab çəkir, utanır. O danışdıqca,  Eldar bir il əvvəli,  kənd klubundakı yığıncağı xatırlamışdı. Yuxarı sinif şagirdləri ilə o da bu yığıncağa getmişdi, daha doğrusu, onları kluba zorla aparmışdılar. Leninin  anadan olmasının 100  illiyi ilə bağlı keçirilən bu yığıncağı rayon partiya komitəsinin şöbə müdiri aparırdı. O, Leninin dahiliyindən, dünya proletariatının rəhbəri olduğundan danışdı. Səhnəyə birinci Fərqanənin atası Osman kişini çağırdılar. Rayon nümayəndəsi əlini Osman kişiyə uzadaraqBiz kommunizmi  bu cür zəhmətkeş  insanların əli ilə quracağıq,-” söylədi. Sonra üstündə Leninin əksi olan böyük sarı medalı şəstlə Osman kişinin rəngi bilinməyən pencəyinin yaxasına sancdı buyurdedi.. Osman kişi bir-iki dəfə udqundu, sonra  içi cadar-cadar əli  ilə  boynunu qaşıdı nəhayət,  dilləndi:

–“Əziz yoldaşlar, görün,  Lenin qədər böyük adamdır ki, bu gün müharibə  aparan,  od içində yanan  Vyetnam da onun 100 illik yubileyini  bayram edir”.

Bir-birinə oxşayan bütün çıxışlardan Eldarın yadında qalan təkcə Osman kişinin bu sözləri olmuşdu.

Sonralar kənddə bəzi ağzıgöyçəklər Osman kişinin bu Vyetnam söhbətini lağa  qoymağa başlamışdılar. bir gün Osman kişi Eldarın atasını görəndə deyibmiş: “A Hadı, vallah,  sədr mənə dedi ki, belə iclas olacaq, çıxış edəcəksən, sənə medal verəcəklər. Mən dedim ki, a Murtuz, mənə medal lazımdı, çıxış eliyirəm. Çox çək-çevir oldu. Axırda qayıtdı ki,  sənə iki kisə toyuqdəni verəcəyəm. isə, məni yola gətirdi,onu da vermədi. O Vyetnam söhbətini o rayondan gələn demişdi mənə, iclasdan qabaq”.

Bütün bunlar Eldarın beynindən ani olaraq keçdi. “Ay Eldar,  Fərqanədə günah var, atası yetimdə. On iki  baş külfət sənə zarafat gəlməsin. Vallah, yoxdur. Olsa, bu bədbəxt, balasından pul əsirgəyər?” Doluxsunan Səlimə xala söhbətin sonunda birdən-birə qeyzlənmişdi:

–“Bu dağılmış kənd başdan-binadan kasıb olub da. Pulu hardan alaq?  Gözlə ki, ilin sonu olacaq, kolxoz sənə beş-üç manat pul verəcək. Bir ki, ay Eldar, Fərqanə qəzetə yazılmasa, dünya  dağılacaq? O pioner qəzetini bizim evdə iki uşaq alır. Gərək Fərqanə ayrıca alsın?” Düzü, bu gün səhər qərəzləndim ki, gedim məktəbə, bütün bunları o Şaban müəllimə deyim. Ancaq evdəkindən qorxdum, getmədim”. “Evdəki“, yəni  əri Osman kişini deyirdi...

Eldar beynində bir manatın planını götür-qoy edirdi. O, yenə bayaqkı fikrinin üstünə gəldi. Rayon mərkəzindəki kitab mağazasına təzə kitablar gətirmişdilər. Bunu ona doqquzuncuda oxuyan Aydın demişdi. Eldar artıq beynində anası ilə söhbət edirdi:

–“Ay ana, – yalvarırmışcasına gözlərini anasının üzünə dikir, – rayona QorkininKlim Samginin həyatıgəlib. olar, mənə bir manat ver ”.

Anasının, az qala, gözləri hədəqəsindən çıxır:

–“Sən dəlisən, bir manat nədi? Get kitabxanadan al, oxu da!”

–“Vallah, məktəb kitabxanasında var, kənd kitabxanasında”.

Qorkinin adını çəkməklə, Eldar anasını kövrəltmək istəyirdi. Uzun qış gecələri anası həmişə atası, yəni Eldarın babası haqqında danışmağı çox sevərdi. Deyərdi ki, atam rus-tatar məktəbini bitirmişdi. Bakıdan rus dilində gələn məktubları, qonşu kənddən belə, bizə gətirərdilər, oxutdurmaq üçün. Babası rəhmətə gedəndə, Eldarın iki yaşı olub. Anasının dediyinə görə, fürsət düşəndə, o, Eldarı da götürüb atasıgilə gedərmiş. Babası onu qucağından yerə qoymazmış, nədənsə Eldarı çox istəyirmiş. Bir babası yazıq, Maksim Qorkinin vurğunuymuş. Anası deyir ki, balaca olanda, böyük qardaşının kitabındakı Qorkinin gözlərini qıyıqla  deşibmişsifətindən zəhər  yağdığı üçün. bunu bilən atası onu əməllicə döyübmüş. Anası deyir ki, sonralar ilk dəfə QorkininArxip baba Lyonkasını oxuyanda, balacalıqda onu kötəkləyən atasına dönə-dönə haqq qazandırıbmış. Ona görə , indi Eldarın Qorkidən yapışmağı əbəs deyildi. Bu incə məqamı əlində  dəstəvuz etməsi, heç   Eldarın xoşuna gəlmədi. Demək, o, babasının Qorkiyə olan məhəbbətindən sui-istifadə edir. Eldar ömründə anasına yalan danışmamışdı.

Kim dedi sənə, rayona kitab gətiriblər?”

“-Aydın

Aydın əlaçıydı. Rayon qəzetində şeirləri çap olunurdu. Kitab dəlisiydi. Eldar bilirdi ki, anası Aydının xətrini çox istəyir. Yəqin anası o bir manatlığı ona verər. Fərqanəni bu yolla  qəzetpulu  bəlasından qurtarar. Sonra gedib Aydından müvəqqətiKlim Samginin həyatı gətirər. isə...

Top olmadığı üçün  bu gün dərsimizİpatdıolacaq. Şaban müəllimin  bu sözləri onu diksindirdi, fikirdən ayırdı. Sinifdən çıxıb məktəbin böyük həyətinin uzaq güncünə necə gəldiklərindən xəbəri olmadı. İp olmadığı üçün Səlim məktəbin  üzüm bağından üç-dörd tənək gətirmişdi. Uşaqlar bir-bir hər əllə tənəyin bir ucundan tutub, üstündən hoppanırdılar. Səlim isə kimin neçə dəfə hoppandığını sayır, əlindəki yaşıl dəftərə qeyd edirdi.  Uşaqlara bu saya görə qiymət yazılırdı. Növbə Fərqanəyə çatdı. O, çox kədərli görünürdü, ipin üstündən zorla hoppanırdı.  Bədən tərbiyəsi dərsi olan günlər bütün qızlar  dondan əlavə, topuğa qədər uzanan, büzməli pamazı şalvar geyinərdilər. Bu, kənddə yazılmamış bir qanun idi. Növbəti dəfə Fərqanə  tənəyin üstündən hoppananda, onun sarı, pamazı şalvarı ayaqlarına düşdü. Oğlanlar  hırıldadılar.  Qızlar  vayy!” –deyib içlərini çəkdilər. Fərqanə bir anlıq özünü itirdi, sonra tez-tələsik   rezini qırılmış şalvarını ikiəlli yuxarı çəkib, hönkürdü. Ani olaraq, edəcəyini kəsdirə bilmədi. Sonra bir əli ilə  şalvarının yuxarısından tutub, ağlaya-ağlaya məktəbin böyük taxta darvazasına tərəf qaçdı. Eldar Səlimin üstünə cumdu...

Dekabr, 2013

 





03.02.2014    çap et  çap et