525.Az

Azərbaycanda vətəndaş cəmiyyəti təsisatlarının tarixi: ilk QHT-lərin yaranması və fəaliyyəti (davamı)


 

Azərbaycanda vətəndaş cəmiyyəti təsisatlarının tarixi: ilk QHT-lərin yaranması və fəaliyyəti<b style="color:red"> (davamı)</b>

tarix elmləri namizədi

NİCATCƏMİYYƏTİ

Nicatmədənimaarif cəmiyyəti 1906- il mart ayının 8- təşkil olunub. Bəzi qəzetlər isə yazır ki, guya təşkilat avqustun 22- yaranıb. Həmin gün cəmiyyət üzvləri Bakının M. Muxtarov küçəsində Əjdər bəy Aşurbəyovun evini icarəyə götürüb işə başlayır. Cəmiyyətin üzvləri Üzeyir Hacıbəyov, Məhəmməd Əmin Rəsulzadə, Cahangir Zeynalov, Mirzağa Əliyev, Hüseynqulu Sarabski, Murad Muradov, Hüsey Ərəblinski, Mehdi bəy Hacınski, Bədəl bəy Bədəlbəyov, Həbib bəy Mahmudbəyov, Abbasqulu Kazımzadə, Məhəmməd Əli Rəsulzadə, Qulammirzə Şərifov, Soltan Məcid Qənizadə, Əlisgəndər Cəfərov, Mirmahmud Kazımov, İbrahim Əbilov, Sidqi Ruhulla, Məmmədəli Sidqi, İmran Qasımov  elə o gün İdarə Heyətini seçdilər. Cəmiyyətin sədrliyinə Məmmədəlibəy Səlimxanov seçilir, başqa bir mənbədə isə göstərilir ki, doktor X. B. Ağayev seçilib. Sonra ianə toplanmağa başlanılır. H. Z. Tağıyev beş min manat verir. Musa Nağıyev beş min  yazdırır. H.Z.Tağıyev əlavə olaraq bildirir ki, əgər Musa Nağıyev beş min manat verməkdən imtina edərsə, onun əvəzinə pul ödəməyə hazırdır. “Nicatın ən fəal üzvlərindən biri İmran Qasımov olmuşdur. CəmiyyətəNicatadını da o vermişdir. İmran Qasımov əslində podratçılıqla məşğul olurdu. Murtuza Muxtarovun Əhməd Cavad M. Muxtarov küçələrinin tinindəki əzəmətli sarayını tikdirərkən yıxılıb ayağını sındırmış sonra bundan da vəfat etmişdi. 1907-ci ilin martın 9-da İdarə Heyətinin sədrliyinə doktor Həsən bəy Ağayev seçilir. Noyabrın 12- onun İrana getməsi ilə əlaqədar olaraq sədri Məhəmməd Əmin Rəsulzadə əvəz edir.

Nicatı təşkil edənlərin əksəriyyəti göründüyü kimi ziyalılar idi. Əlbəttə, içərilərində varlı sahibkarlar da vardı. Cəmiyyətin əksəriyyəti azərbaycanlıları savadlandırmaq maarifləndirmək, yoxsul uşaqlarına kömək etmək, onları məktəblərə cəlb etmək, ehtiyacı olanlara maddi kömək göstərmək idi. Cəmiyyət Bakıda Bakı kəndlərinin bəzisində kitabxana qiraətxanalar açmışdı. Bakıdakı kitabxana qiraətxananın müdiri Məmmədbağır Axundov idi. Kəndlərdə açılmış bir iki sinifli məktəblərin sayı otuza çatmışdı. Belə məktəblərdən biri Balaxanı kəndində açılmışdı. M. Ə. Sabir həmin məktəbdə bir neçə il dərs demişdi.

Cəmiyyət fəhlələr üçün gecə kurslarının, gecə məktəblərinin açılmasına da xüsusi fikir verirdi. Binalar kirayələyir, ictimai-siyasi mövzularda müzakirələr təşkil edirdi. Bəzi vaxtNəşri-maarifCəmiyyəti ilə əlbir işləyir, birgə tədbirlər həyata keçirirdi.

Nicatın teatr bölməsi xüsusilə böyük həvəs enerji ilə işləyirdi. Cəmiyyət gənc aktyor truppaları yaradır onların ətrafına teatr həvəskarlarını cəlb edirdilər. Dövrün tanınmış aktyorlarından Hüseyn Ərəblinski, Abbas Mirzə Şərifzadə, Mirzağa Əliyev, Sidqi Ruhulla başqaları bu truppalarda nəinki yaxından iştirak edir, eyni zamanda truppaya rəhbərlik edirdilər. Benefislər təşkil edilərək, yığılan pullar ehtiyacları olan məktəb uşaqlarına verilirdi. Görkəmli yazıçı dramaturqlar da bu cəmiyyətin ətrafına toplaşmışdılar. Nəcəf bəy Vəzirov, Əbdürrəhman bəy Haqverdiyev, Nəriman Nərimanov, Üzeyir Hacıbəyov başqaları həm öz əsərlərini həm rus dünya ədəbiyyatından tərcümə etdikləri dram əsərlərini səhnəyə çıxarır onların məşqlərində yaxından iştirak edirdilər. Milli musiqi mədəniyyətinin inkişafında daNicatın böyük xidməti olmuşdur. Məsələn, 1908-ci ildə BakıdaLeyli Məcnunoperası məhzNicatın təşəbbüsü ilə göstərilmişdi.

Nicatcəmiyyəti eyni zamanda həftədə bir dəfəNicatadlı qəzet buraxırdı. Qəzet İsa bəy Aşurbəyovun vəsaiti redaktorluğu ilə dərc olunurdu.

Cəmiyyətdə maliyyə, həmçinin siyasi fikir ideya məsələləri üzrə tez-tez ixtilaflar baş verirdi. Bu, başlıca olaraq cəmiyyətin demokratik  əhval-ruhiyyəli, qabaqcıl nümayəndələri ilə varlı təbəqə nümayəndələri arasında gedirdi. Belə ixtilaf toqquşmalar 1917-ci ilədək, yəni cəmiyyətin bağlanmasınadək davam etmişdi. Belə ixtilaflardan birini göstərmək olar. İsa bəy Aşurbəyov özünü maarifpərvər kimi göstərsə , çalışmalarında sinfi fəaliyyəti həmişə üstün gəlirdi. 1916- il mart ayını 24-Nicatcəmiyyətinə yeni seçkilər keçirildi. Aşurbəyov seçkilərdə qalib gəlmək üçün seçiciləri pulla satın almaq yolu ilə özünün bütün yaxın adamlarını idarə heyətinə seçdirə bilmişdi. Mart ayının 24-Açıq  söz  qəzetindəNicatcəmiyyətinə seçicilərə açıq məktubadlı məqalə çap edilmişdi. Məktubu imzalayanlar içərisində Nəriman Nərimanovun, Məşədi Əzizbəyovun, Əsədulla Axundovun da imzaları da var idi. Məktubda İsa bəyin onun yaxın adamlarının idarə heyətinə hansı yollarla seçildikləri ifşa olunurdu. Həmin məqaləyə Aşurbəyov küçə söyüşləri ilə cavab vermişdi.

Nicatcəmiyyəti vəsait əldə etmək üçün başqa vasitələrə əl atırdı. Məsələn, şəhər bağında arabir gəzintilər təşkil edir toplanan vəsaiti xeyriyyə işlərinə sərf edirdi. Növbəti dəfə belə bir gəzinti təşkil etmiş toplanmış dörd min manat pulu Cənubi Azərbaycana mücahidlərə göndərmişdi. Əlbəttə, bunu açıq edə bilməzdilər. Çünki polis hər dəfə toplanmış pula  nəzarət edir onun haraya göndərilməsini yoxlayırdı. “Nicatçılar vəziyyətdən çıxış yolunu pulun oğurlanmasında gördülər. Pulu toplayan Əsədulla Axundov əldə edilmiş bütün vəsaiti gizlətdikdən sonra hay-küy salmışdı ki, pulu oğrular çalıb apardılar. Ara sakitləşəndən sonra həmin vəsaiti özü aparıb Cənubi Azərbaycanda mücahidlərə təhvil vermişdi.

Bakıda Müsəlman-maarif cəmiyyətiNicatın 1907-1908 illər hesabatıkitabındaNicatın fəaliyyətinə qiymət verilərək yazılırdı: “Nicatmaarif cəmiyyəti Bakıda olan cəmiyyətlərin ən köhnəsi olub, yerdə qalan bütün cəmiyyətlərin müvəllidi adını almağa müstəhəqdir”.

SƏADƏTCƏMİYYƏTİ

SəadətCəmiyyəti Bakı tacirləri ruhanilərinin cəmiyyəti idi. 1907-ci ildə təşkil olunmuşdu. Əsas baniləri bunlar idi: Kərbəlayi Məhəmmədəli Salayev, Molla Ələkbər Mərdəkanlı, Axund Molla Ağa, Hacı Mustafa Rəsulov, doktor Əbdülxalıq Axundov, Məmmədəli bəy Səlimbəyov, Əliəsgər Dadaşov başqaları. Sədri mərdəkanlı axund Ələkbər idi. Cəmiyyət 1907-ci ildəSəadətadlı bir məktəb açmışdı. Lalayevin ikimərtəbəli kiçik bir binasında yerləşirdi, 14 otağı var idi. Əli bəy Hüseynzadə 1910-cu ildən 1916- ilədək, yəni Türkiyəyə gedənədək bu məktəbdə direktor işləmişdi. “Səadətmüdiriyyəti sonralar köhnə müsəlman qəbirstanlığında (indiki göz xəstəxanası) böyük bir bina tikdirir. Ancaq bina tikilib qurtarmamış Birinci Dünya müharibəsi başlayır. Hökumət binanın üstünü tələm-tələsik örtərək, onu hərbi xəstəxanaya çevirir. Bu zamanSəadətin dərsləri onun şöbələrində keçirilirdi. Onun bir şöbəsi Suraxanı küçəsi ilə Tatar küçəsinin  tinində Hacı İmamverdi məscidinin nəzdindəkiNuradlı məktəb idi. MüdiriyyətNurun üstündə ikinci bir mərtəbə tikdirərək, uşaqların oxuması üçün geniş imkan yaradır. “Səadətin ikinci şöbəsi isə Aşağı priyut küçəsində bakılı Hacı Səmədin binası idi. Bu binanı Hacı Səməd Heydərov 55 minə tikdirib, özəlləşmiş sənədi ilə birlikdə məktəbə bağışlamış vəd etmişdi ki, yenə ikimərtəbəli bir bina tikdirib, məktəbin ixtiyarına verəcəkdir (“Arıjurnalı, N6, 1911).

Yuxarıda adları çəkilən cəmiyyətlərdənMüsəlman Xeyriyyə Cəmiyyəti”, “SəadətSəfacəmiyyətlərinin  öz xüsusi binaları var idi. “Müsəlman Xeyriyyə Cəmiyyəti” “İsmailiyyə, “Səadətgöz xəstəxanasında, “Səfacəmiyyəti Böyük Çəmbərəkənd küçəsindəki imarətində yerləşirdi. “Nəşri-maarifNicatcəmiyyətlərinin binaları yox idi. “Nicatbir neçə dəfə Dumaya yer ayrılması ilə bağlı müraciət etsə , nəticəsiz qalmışdı.

HİDAYƏTCƏMİYYƏTİ

1904- ildə general-qubernator Fadeyevin icazəsi ilə BakıdaHidayətadlı bir cəmiyyət yaradılmışdı. Bu cəmiyyətin təşkilatçıları əsasən ruhanilər ziyalılardan ibarət idi. Bakıda qaniçən qoçular qatillərlə mübarizə aparmağı, dini fanatizmin qarşısını almağıHidayətcəmiyyəti öz qarşısına əsas məqsəd qoymuşdu. Camaatı incidən, küçələrdə qadınları təhqir edən quduz qoçular cəmiyyət tərəfindən müəyyən edilir onların barəsində cəza tədbirləri görülməsi üçün adları general-qubernatora təqdim olunurdu. Cəmiyyətin nizamnaməsi Əhməd bəy Ağayev tərəfindən tərtib edilmişdi.

Bakı qoçularının harınlığı o dərəcəyə çatmışdı ki, şəhərin mərkəzində xüsusi kontorlar açaraq, pulla adam öldürmək üçün sifarişlər qəbul edirdilər. Belə kontorlardan biri indiki Kukla teatrının qabağında olan ikimərtəbəli evin birinci mərtəbəsindəki dükanlardan birində yerləşirdi. Camaat arasında bu kontorlaradam öldürən kontoradlanırdı. Belə azğın qoçularla mübarizəHidayətin məramnaməsində əsas yer tuturdu.

Hidayətin on nəfərdən ibarət idarə heyəti var idi. Onun üzvlərindən H. Z. Tağıyev, İsa bəy Hacınski, şəhərin hörmətli ruhanilərindən Bakı qazisi Mir Məhəmməd Kərim, ruhani-alim, axund molla Ruhulla, ziyalılardan Əhməd bəy Ağayev, Mustafa bəy Əlibəyovu göstərmək olar. Bu sonuncu sonralar cəmiyyətin katibi seçilmişdi. 1906- ilin 17 noyabrındaHidayətcəmiyyətinin üzvləri qoçulara divan tuturlar. Bu qoçuların içərisində axund molla Ruhullanın həmkəndlisinovxanılı Məşədi Hacı oğlunun da adı var idi. Qoçuluqdan başqa Məşədinin Binəqədidə neft mədənləri var idi. Cəmiyyət üzvləri qubernatordan xahiş edirdilər ki, Məşədi Hacı oğlu da qatil qoçu kimi Qafqazdan sürgün edilsin. Qubernator onun həbs edilməsi barədə sərəncam verir. Məşədi adının siyahıya düşməsində Axund Molla Ruhullanın barmağı olduğunu başa düşərək ondan intiqam almağa hazırlaşır. Axund düz üç il müddətində  yay aylarında Novxanıdakı bağına köçə bilmir. Məşədi güclü vəsait qoyaraq oğlunun  Qafqazdan sürgün edilməsi əvəzinə, Hökməli kəndinə (bu kənd Novxanıdan cəmi 10 verst aralıda idi) sürgün edilməsinə nail olur. O eyni zamanda Axund Ruhulladan intiqam almaq üçün fürsət axtarır. Nəhayət 1912-ci ilin yanvarın 16-da günorta vaxtı axundun Poçtovaya ((indiki S. Tağızadə) küçəsində olan 151 saylı evinə soxulub onu namaz üstündə öldürür.

Dövrünün qabaqcıl maarifpərvər ruhanilərindən olan Axund Ruhulla eyni zamanda ərəb fars dillərindən gözəl tərcüməçi idi. O, məşhurİngilis xanımı Sərgüzəşti-yetimanromanlarını fars dilindən Azərbaycan dilinə tərcümə etmişdi.

Hidayətcəmiyyəti dini fanatizm adətlərinə qarşı çıxırdı. Müsəlmanların şaxsey-vaxsey s. bu kimi xürufat dini mərasimlərinin insanlara zərərdən başqa bir şey vermədiyini Cəmiyyət camaata olan müraciətnaməsində açıq qeyd edirdi. Müraciət şəhərin əyan əşrəfi tərəfindən imzalanmışdı. Cəmiyyətin katibi Mustafa bəy Əlibəyov isə bu barədəİrşadqəzetində məqalə ilə çıxış etmişdi. Müraciət şəhərin fanatik dindarları tərəfindən qəzəblə qarşılanmışdı.

(Ardı var)

 





03.02.2014    çap et  çap et