525.Az

Yalan, aldatma, məkr və hiyləgərlik


 

Yalan, aldatma, məkr və hiyləgərlik<b style="color:red"></b>

Bəşər övladı çox sayda ləyaqətləri ilə yanaşı, onlardan sayca heç az olmayan, real həyatda daha çox rast gəlinən qüsurlara malikdir. Bu qüsurların bəziləri iyrənc xarakterə mənsubluq timsalı olduğundan daim pislənsə, məhkum olunsa da, heç sıradan çıxmır, illər, əsrlər ötsə öz mövcudluğunu saxlamaqda hər bir cəmiyyətin mənəvi dünyasına zərbə vurmaqda davam edir. Bəlkə ibtidai insan bu qüsurların çoxundan xali idi, ibtidai icmalarda insanı aşağılayan dəyərlərə yer yox idi, çünki onlar icmanın məhvinə səbəb ola bilərdi. İndi öz ibtidai keçmişindən o qədər uzaqlaşmayan, sivilizasiyadan kənarda qalan xalqların təbiəti davranışı bu mülahizəni bütünlüklə təsdiq edir. Azsaylı şimal xalqlarında, həmçinin Sakit okeanın bəzi adalarında yaşayan, tarixdən əvvəlki cəmiyyətin həyat tərzini saxlayan xalqlarda yalan bir qayda olaraq işlədilməyindən, onlar başqalarının yalanını da həqiqət kimi qəbul etməklə, bu barədə azacıq şübhə nümayiş etdirmirlər. Sivilizasiya ilə hələ əlaqəsi olmayan xalqlar təbiətin övladları olduqlarından, təbiətin qanunauyğunluqları da özünü bütünlüklə açıq büruzə verdiyi kimi, yalana, aldatmaya ehtiyac duymurlar, ona görə onlarda adamların bir-birinə etibarı güclü olur xəyanət halları baş vermir.

Yalnız təbiətlə mübarizədə ibtidai insan ona köməyə gələn, öz yaşayışını təmin etmək üçün vəhşi heyvanı ovlamaqda müəyyən hiyləgərlik xüsusiyyətlərinə yiyələnir. Buna isə o, öz təcrübəsi vasitəsilə nail olmuşdur, axı həmin xalqlar nəsilbənəsil vəhşi heyvanların davranışını müşahidə edib, öyrəndiklərindən, belə bələd olma çox da əziyyət çəkmədən ovunu ələ keçirməyə kömək edir. İbtidai insanın hiyləgərliyi beləliklə cəmiyyət üzvləri arasında bir-birinə qarşı olmayıb, yalnız özünü qida ilə təmin etmək üçün tətbiq edilir. Təbiətin övladı təbiətə əslində ciddi ziyan vurmadan yalnız öz tələbatını ödəmək qayğısına qalır.

Həmin qüsurların mahiyyəti

Yalan, mənbəyinin əvvəlcədən yalan olduğu bilinən digərinin bunu həqiqət kimi qəbul etməsinə yönələn saxta informasiyadır. Əks tərəf əslində həqiqət olmayanı həqiqət şəklində mənimsəyir. Yalanın özünü daha çox tətbiq etmə meydanları vardır. Belə ki, yalan siyasətin ayrılmaz elementi hesab olunur müharibədə düşməni çaş-baş salmaq üçün ən mühüm vasitəyə çevrilir. Bu dövrdə yalan bir vacib sənətə çevrilir. Boris Yeltsin hakimiyyətə gəldikdən sonra, ölkədə aparılan geniş miqyaslı özəlləşmə islahatı əslində quldurluq formasında dövlət, xalq mülkiyyətinin qəsb edilməsi şəklini aldı. Onun sağ əli olan Anatoli Çubays bu məqsədlə icad etdiyi vauçerlərin xalqa böyük maddi gəlir gətirəcəyini vəd etdi, əslində isə az vaxtdan sonra həmin vauçerlər dəyəri olmayan kağız parçasına çevrildi, iri sənaye müssisələri isə dövlət orqanları ilə cuğlaşmış bir qrup qarətçinin, sonralar onlar oliqarx adlanacaqdı, əlinə keçdi. Vaxtilə az-çox təminatlı həyat tərzinə malik olan əhali yalanlar quldurluq hesabına dilənçi vəziyyətinə düşdü. Yaxud Çingizxan şəhərləri işğal etməmişdən əvvəl yalanı həqiqət kimi öz casusları vasitəsilə düşmən ərazisində yaydırmaqla, döyüş başlamamışdan əvvəl rəqib ordunun döyüş ruhunu aşağı salırdı, əhali arasında isə bu vaxt panika vəziyyəti yaranırdı. Çingizxan ordusunun nəhəng ölçüdə olması barədəki şaiyələr düşmən ərazisində baş alıb gedirdi beləliklə, onun böyük qələbələrinə əlavə geniş yol açılırdı.

Siyasətdə isə bir qayda olaraq yalansız keçinmək olmur. Xalq bəzən yalanın mahiyyətini məqsədini lazımınca araşdırmaq dərk etmək qüdrətində olmadığından, nəticə etibarilə onun əsirinə çevrilir.

Yalan aldatma ümumiyyətlə, mədəniyyətin inkişafının əyri cəhətinin qanunauyğun məhsuludur, onların səbəbləri meydana çıxma qaydaları o qədər rəngarəng, həm maraqlıdır ki, bu qüsurlardan baş çıxarmaq üçün diqqətli tədqiqat aparılması tələb olunur.

Biznesdə, iqtisadiyyatda siyasətdə çox vaxt belə bir vəziyyət yaranır ki, yalnız yalan aldatmanın köməyi ilə üstünlük qazanmaq olur. Bu isə cəmiyyətin, ümumiyyətlə yalanda yaşadığından xəbər verir. Siyasətçi müəyyən maska geyinir, özünə əhali üçün cazibədar olan bir obraz yaradır. Bu obraz onun uğurları üçün mayak rolunu oynayır. Uinston Çörçill hazırcavablığından, erudisiyasından, natiqlik məharətindən geniş istifadə etməklə, bəzən sui-istifadələrə yol verirdi. Hitler hakimiyyətə gəldikdən sonra Çörçill demişdi ki, alman xalqı öz fürerinə dua etməlidir, o, hesab edirdi ki, alman xalqının bəxti gətirmişdir. Sonralar o,öz səhvinin zəhər acısını dadmalı oldu. ABŞ prezidenti Con Kennedi şüurlara güclü təsir göstərən ifadələrlə xalqı heyran edə bilirdi. Televiziya çıxışları prezident seçkisində qalib gəlməsində ona xeyli kömək etmişdi. Təkcə öz ölkəsində deyil, dünyada onun pərəstişkarları çox idi təqdim etdiyi gənc dövlət xadimi obrazı da buna xidmət edirdi. 1993- ildə, faciəli ölümündən bir qədər əvvəl Qərbi Berlinə səfər edərkən mitinqdəki çıxışında Berlin Divarını (bu Divar 1961-ci ildə N.S.Xruşşovun təkidi ilə tikilmişdi) kommunizmin məğlubiyyətinin nümunəsi olduğunu vurğulayaraq demişdi: “Azadlıq çox çətinliklərə malikdir, demokratiya heç mükəmməl deyildir. Lakin biz xalqımızı onun arasında saxlamaq üçün heç vaxt divar tikmirik”. Kennedinin bu çıxışı daha çox alman dilində dediyiIch bin ein Berliner” – “Mən Berlinliyəmsözlərlə məhşurlaşdı. Əzilənlərin yanında olmaq nişanəsi kimi həmin ifadədən sonralar çoxları  müxtəlif variantlarda istifadə etdi. Bu çıxışında Kennedi birbaşa yalana əl atmasa da, adamların şüuruna ürəyinə təsir göstərmək üçün ən uğurlu vasitədən istifadə etmişdi, xalqa yaxınlıq nümayiş etdirməklə öz cazibədarlığını yüksəltmişdi.

Kino artistliyindən müəyyən siyasi fəaliyyət yolu keçməklə ölkəsinin 40- prezidentliyinə gələn Ronald Reyqan jurnalistlərlə görüşlərində özünü onların dostu kimi, açıq-saçıq, qeyri-rəsmi aparırdı, düşməncəsinə olan hücumlardan qorunmaq üçün yumora əl atırdı. Çıxışlarında istifadə etdiyi çox saydakı anektodlar nitq xörəyinə qatılan ədviyyat kimi onun dadını yaxşılaşdırırdı natiqə əlavə populyarlıq gətirirdi. Rusiya prezidenti Boris Yeltsin hədyan hərəkətləri, yarımsərxoş görünüşü ilə özünün sadə, xalq adamı olması təsəvvürünü yaratmağa çalışırdı. Vladimir Putin isə fəhlələrlə, kəndlilərlə görüşəndə özünü onlara qayğı göstərən, bərabər sosial vəziyyətə malik olan, səmimi bir insan kimi təqdim etməyə çalışır. Jurnalistlərə nümayiş etdirdiyi isti münasibətlə  özünə güvənməklə yanaşı, həm qüvvəsinə əmin olduğunu vurğulayır. Görünür, dövlət xadimləri maskasız ötüşə bilmirlər, şəxsi keyfiyyətlərinin, birinci növbədə ağıllarının imkan verdiyi dərəcədə ondan ustalıqla istifadə etməyi bacarırlar.

Lakin siyasətçilər yalandan istifadə etdikdə həddi aşmamalıdırlar, axı adamların qulaqlarından başqa gözləri,şüurları vardır axırıncılar bir qədər onların aldadılmasının qarşısını alır. Yalandan qeyri-məhdud qaydada istifadə etdikdə, o bəzən əks istiqamətdə işləməyə başlayır, sahibinin ifşa olunmasına şərait yaradır. Siyasətçilər ABŞ-ın məşhur prezidenti Abraham Linkolnun nəsihətinə əməl etsələr, yəqin ki, öz maskalarından uzun müddət istifadə edə bilərdilər. Linkoln demişdi: “ Sən xalqın bir hissəsini həmişəlik, xalqın hamısını bir neçə dəfə aldada bilərsən, lakin xalqın hamısını həmişəlik aldada bilməzsən”. Xalqın hamısını həmişəlik aldatmağa can atanlar bir qayda olaraq öz avantyuralarının qurbanlarına çevrilirlər

Yalanla, aldatma ilə məşğul olanlardan həm müəyyən bacarıq, qabiliyyət tələb olunur. Hunlar öz həyat tərzini dəyişmədikləri kimi, onların sosial pilləkəndə irəliləmələri buna təsir edə bilmir, yalan, aldatma silahını gəzdirənlər həm öz amplualarını dəyişməyən aktyorlara bənzəyirlər. Onların ağlı, şüuru bu qaydada köklənmişdir, o, sərancamında olan yaydan yalnız yalan oxu atıla bilər. Köpək balığı daim üzməlidir ki, nəfəs ala bilsin, dayansa o, öləcəkdir. Yalan oxunu atanlar da öz silahlarından istifadə etməsələr cılız, sərsəm kimi görünürlər. Axı yaxşı deyirlər ki, yalançının nəfəsi yalanla gedib gəlir.

Hərb sahəsində isə yalan bir-birinə əks qaydada təzahür edə bilər. Əgər Çingizxan öz ordusunun qeyri-adi gücü barədə məlumatlar yaydırdısa, faşist Almaniyasının xüsusi xidmət orqanları öz ordusunun gücünü imkanlarını azaltmağa yönəlmiş xəbərlər yaymaqla düşməni azdırmaq yoluna əl atırdılar. Onlar Böyük Britaniya əhalisini Almaniyanın zəifliyinə fəal mübarizəyə qadir olmadığına inandırmağa çalışırdılar, hətta öz məğlubiyyətlərinin konkret vaxtlarını da dilə gətirirdilər. Belə vaxt gəlib çatanda alman hərbi-hava hərbi-dəniz qüvvələri daha fəal surətdə hücumlarını davam etdirirdi. Bu isə ingilisləri ümidsizliyə düçar edir onlarda öz hökumətlərinə qarşı narazı münasibətin yaranmasına səbəb olurdu.

Şaiyəyə kor-koranə qaydada inanmaq böyük qəbahət sayılsa da, daha rahatdır, çünki məsuliyyət, vicdan hətta könülün dəyişilməsi başqalarının üstünə atılır. Kürdlərin mübarizə hərəkatındapeşmərqəifadəsiölümun üzünə baxan adammənasını verdiyi kimi, şaiyəyə hər an inananlara daqulağını yalan üçün geniş açan adamadlandırmaq düzgün olardı.

Yalan həm onu daim işlədənlər üçün psixiki xəstəlik xarakteri daşıyır. Onlar yalandan bəzən lazım gəlib-gəlmədi istifadə edirlər, istənilən məsələyə görə, bəzən hətta özlərinin ziyanına olan yalana da əl atırlar. Siyasətdə isə kobud, lazımi formaya salınmamış yalan fayda vermir. Buradayalan qədər böyük olsa, ona daha yaxşı inanırlarbarədəki Gebbels prinsipi o qədər kara gəlmir. Siyasətdə şəraitin tələbinə uyğun gələn yalanın tətbiq edilməsi daha əlverişli sayılır.

Lakin yalan cəmiyyətə bütünlüklə hakim kəsilə bilmir, yalana asanlıqla inanan kütlə arasında az da olsa şübhə edənlərə rast gəlmək olur. Cəmiyyət bütünlüklə yalan dənizinə gömülsə , “Kral çılpaqdırsözlərini bərkdən söyləyən bir adam, hətta o, uşaq olsa da, tapılır. Ona görə yalandan istifadənin bir sıra məhdudiyyətləri vardır. Hər şeydən əvvəl bu məhdudiyyət əxlaq prinsiplərindən irəli gəlir. Burada daxili xüsusiyyətdən irəli gələn səbəblər ola bilər. Həm bəzi siyasi qruplar məlumatın saxta olduğunu bildikdə, yalan artıq təhlükəli xarakter daşımağa başlayır, belə yalan siyasi nüfuzun itirilməsinə gətirib çıxara bilər. Bir cəhət unudulmamalıdır ki, hər bir yalanda həqiqətin kiçik bir hissəsi gizlənir.

Yalanın müqayisəsiz ustaları dələduzlardır. Onlar fırıldaqlardan geniş istifadə edir, müxtəlif yalanlarla öz qurbanlarının etibarını qazanmağa müvəffəq olurlar. Dələduzun cəzbedicitələ yemininümayiş etdirməsi qurbanı şirnikləşdirir. Özünün qəfildən varlanması barədə çaşdırıcı məlumat yayır bu, qurbandan xeyli məbləğdə pul çəkmək alətinə çevrilir. Dələduzlar dərdi bölüşmək, başına faciə gəlmiş adamın müsibətinə yanmaq kimi psixoloji təsir vasitələrindən istifadə edir, tanıyıb, tanımamağından asılı olmayaraq əksər matəm məclislərində iştirak etməklə, bunu gələcək qurbanlarına nümayiş etdirməyə çalışırlar. Digər bir vasitə isə dələduzun qurbanını yaxından tanıması, bir regiondan, hətta həmyerli olmaları, bir yerdə təhsil almaları, bəzən hətta vaxtsa yaxın olmaları barədə həqiqətə heç cür uyğun olmayan səbəblər uydurması onları işə salmasıdır. Beləxatirələrdələduza yaxınlıq hissi yaradır, ona olan inamsızlığı şübhəni azaldır, bu yolla qurbanın aldadılması da xeyli asanlaşır. Dələduz keçmişinə belə saxta ekskurslar etdikdə özistedadındanistifadə edərək xüsusi bədii təsirli formaları işə salır. O, asılı olduğu adama elə qulluq göstərir ki, bunu yalnız ana qarışqanı yemləməklə məşğul olan qarışqanın xidmət canfəşanlığı hesabına özünü ac qoyub, ölməsi ilə müqayisə etmək olar. Əlbəttə, dələduz ölmək istəmir, ancaq hamısının qarşısında hər cürfədakarlıqgöstərməkdən usanmır.

Dələduzlarda bədii təxəyyül çox güclü olur, onlar rəvayətlər uydurmaq ustasına çevrilirlər; qurbanını ələ keçirmək, əsir etmək üçün qısqanclıq yaradan miflər quraşdırılır. Mif isə bəzən real hadisədən böyük təsir gücünə malik olur. Dələduz əksər hallarda yalanına görə təlaş hissi keçirmir, cəsarətliliyi, həyasızlığı onun uğur qazanmasına yaxından kömək edən amilə çevrilir. Bəzən o, qurbanına qarşı hücuma keçməyə başlayır, ona təhlükə yarandığını saxta qaydada yada salır, bu məsələdə öz mövqeyini möhkəmləndirmək üçün mətbuatdan istifadə etməyə girişir.

(Ardı var)

 





03.02.2014    çap et  çap et