525.Az

Niderland Krallığının xarici işlər naziri sabah Azərbaycana rəsmi səfərə gəlir


 

Niderland Krallığının xarici işlər naziri sabah Azərbaycana rəsmi səfərə gəlir<b style="color:red"></b>

Niderland Krallığının xarici işlər naziri Frans Timmermans fevralın 4-də Azərbaycana rəsmi səfər edəcək.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, səfər çərçivəsində Frans Timmermansın Azərbaycan prezidenti İlham Əliyev tərəfindən qəbul ediləcəyi, xarici işlər naziri Elmar Məmmədyarovla görüşü nəzərdə tutulub.
 
E. Məmmədyarovla görüşdən sonra mətbuat konfransı keçiriləcək.

 





03.02.2014    çap et  çap et