525.Az

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttindəki gərginləşmə son illərdə görünməmiş səviyyəyə çatıb


 

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttindəki gərginləşmə son illərdə görünməmiş səviyyəyə çatıb<b style="color:red"></b>

Yanvar ayında Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində bir sıra toqquşma halları olub.

Qeydə alınmış toqquşmaların və bəzi rəsmi şəxslərin bəyanatlarının xarakteri son illərdə görünməmiş gərginləşmənin olduğuna işarə edir.
 
APA-nın məlumatına görə, bu barədə Beynəlxalq Böhran Qrupunun bülletenində bildirilir.
 
Qeyd olunur ki, yanvarın 20-dən başlamış gərginləşmə nəticəsində münaqişə tərəfləri istər vəzifəli şəxslər, istər də KİV tərəfindən düşmənçilik ritorikasına qaydıb. Bununla yanaşı tərəflər bir-birini zorakılıqda ittiham edir. 
 
Təşkilat qeyd edir ki, təmas xəttindəki toqquşmaların detalları hələ də aydın deyil.
 
Beynəlxalq Böhran Qrupu xatırladır ki, bu məsələ yanvarın 24-də Parisdə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin və ATƏT-in Minsk qrupu həmsədrlərinin görüşündə müzakirə olunub. Həmin görüşdə vasitəçilər öz narahatlığını ifadə edib və tərəfləri hərbi əməliyyatlara son qoymağı çağırıb.

 





03.02.2014    çap et  çap et