525.Az

Bakının mərkəzində 3 mərtəbəli binada yanğın olub


 

Bakının mərkəzində 3 mərtəbəli binada yanğın olub<b style="color:red"></b> Fevralın 4-nə keçən gecə Bakının mərkəzində yanğın hadisəsi baş verib.

Lent.az-ın məlumatına görə, Nizami küçəsi 8 ünvanında, Rastrapoviçlər küçəsi ilə kəsişmədə yerləşən 3 mərtəbəli binada güclü yanğın olub. Alov binanın çardağını tamamilə sıradan çıxarıb. Həmçinin 50 kvadrat metr sahədə yaşayış sahəsinə də ciddi ziyan dəyib.
 
Faktla bağlı araşdırma aparılır. hadisə nəticəsində ölən və ya xəsarət alan olmayıb.
 





04.02.2014    çap et  çap et