525.Az

Xalq təbabəti: Min bir dərdin dərmanı


 

Xalq təbabəti: <b style="color:red">Min bir dərdin dərmanı</b>

Öd kisəsi ağrısı: qarında küt ağrı, ürəkbulanma halında yarım limonun suyunu sıxıb, ona yarım çay qaşığı çay sodası qatıb, qəbul etmək ağrıları səngidir.

Allergiya zamanı: bir qaşıq quru yovşan axşamdan soyuq suda isladılır. Səhər süzülür, gündə 3 dəfə yeməkdən öncə 1 xörək qaşığı suya bir az bal qatılaraq udulur.

Mədə ağrıları zamanı: reyhan, çobanyastığı və nanəni 500 ml suda dəmləyib, gündə 3 dəfə yeməkdən sonra bir kiçik fincan qəbul etmək yaxşı effekt verir.

Bronxitdə: 2 dəfnə yarpağını 100 ml suda buxarlanana kimi qaynadırsınız. Qalan mayeni gündə 3 dəfə 1 xörək qaşığı qəbul edirsiniz.

Varikoza qarşı: yaşıl qozları şüşə bankaya yığıb, üzərinə təmiz zeytun yağı töküb, 40 gün günəş altında saxlamaq, daha sonra bu yağdan hər gün ayaqlara çəkmək xeyirlidir.

Barmaqlarda göbələk zamanı: nanə yarpaqlarını əzib duzla qarışdırıb, barmaqların arasına sürtmək göbələyi azaldır.

Afaq RZA

 





21.10.2020    çap et  çap et