525.Az

Son 5 ildə təmas xəttində gərginlik ən son həddə


 

Son 5 ildə təmas xəttində gərginlik ən son həddə<b style="color:red"></b> Cari ilin yanvar ayında Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində gərginlik son 5 ildə ən yüksək həddə çatıb.
 
APA-nın Azərbaycan Müdafiə Nazirliyinin təsdiq etdiyi faktlar üzrə apardığı monitorinqin nəticələrinə görə, ötən ay cəbhə xəttində atəşkəs rejimi 1543 dəfə pozulub.
 
Atəşkəsin pozulması ilə müşayiət olunan döyüşlərdə Azərbaycan Silahlı Qüvvələrinin 2 zabiti şəhid olub. Bir hərbi qulluqçu və 1 mülki sakin (Tovuz rayon Əlibəyli kənd sakini, qadın) isə yaralanıb.
 
Atəşkəs pozuntularının intensivləşməsi yanvarın 20-dən sonra daha da artıb.
 
Ümumilikdə yanvarın 20-dən 31-dək cəbhədə atəşkəs rejimi 1504 dəfə pozulub. Bir sıra istiqamətlərdə isə sutka ərzində qısa fasilələrlə aktiv döyüşlər gedib.
 
Yanvarın 20-dən 31-dək cəbhə xəttində Ermənistan Ordusunun diversiya-təxribat qruplarının 5 cəhdinin qarşısı alınıb. Ermənilər tərəfindən yanvarın 23-də cəbhənin Füzuli rayonu istiqamətində monitorinq keçirən ATƏT nümayəndələri atəşə tutulub.
 
Qeyd edək ki, APA-nın apardığı monitorinqlərin nəticələrinə görə, Ermənistan Silahlı Qüvvələri tərəfindən 2013-cü ildə atəşkəs rejimi 1796 dəfə pozulub. Atəşkəsin pozulması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin 8 hərbçisi şəhid olub, 11 hərbi qulluqçusu yaralanıb.
 
 





04.02.2014    çap et  çap et