525.Az

"Nar çiçəkləri"- yeni kitab


 

"Nar çiçəkləri"- <b style="color:red">yeni kitab</b>

 

KAMAL ABDULLANIN ŞEİRLƏR KİTABI BELƏ ADLANIR

 

 Bu günlərdə yazıçı Kamal Abdullanın "Nar çiçəkləri" adlı şeirlər kitabı işıq üzü görüb.

"Mütərcim" nəşriyyatında Əliş Mirzallının redaktorluğu ilə çap olunan kitabda müəllifin müxtəlif illərdə qələmə adlığı şeirləri kiçik poemaları toplanıb.

Kamal Abdullanın çoxşaxəli yaradıcılığının mühüm qolunu təşkil edən bu şeirlərdə illüziyalar dünyası ilə real həyat stixiyaları arasındakı insanın yaşantıları əks olunur. Müəllifin məşhur romanlarının, pyeslərinin, esselərinin genezisini izləyərkən bu əsərlərdəki motivlərin süjet peripetiyalarının bu şeirlərdə yer aldığını görmək olar.   

Məhəbbət  HACIYEVA

 





04.02.2014    çap et  çap et