525.Az

Azərbaycanda vətəndaş cəmiyyəti təsisatlarının tarixi: ilk QHT-lərin yaranması və fəaliyyəti (davamı)


 

Azərbaycanda vətəndaş cəmiyyəti təsisatlarının tarixi: ilk QHT-lərin yaranması və fəaliyyəti <b style="color:red">(davamı)</b>

tarix elmləri namizədi 

"SƏFA" CƏMİYYƏTİ

"Səfa" Mədəni-maarif  cəmiyyəti 1910-cu ildə təşkil olunmuşdu.

Hələ 1909-cu ilin mart ayında "Kaspi" qəzeti Çəmbərəkəndində köhnə müsəlman qəbiristanlığında məscid məktəb binası tikilməsi üçün ianə toplanması barədə xəbər verirdi. Məscidin tikilməsini Əjdər bəy Aşurbəyov öz üzərinə götürmüşdü. Murtuza Muxtarov isə məktəbin tikilməsi üçün 10 min manat pul ayırmışdı. Həmin məktəb binası "Səfa" cəmiyyəti üçün tikilmişdi. Onun təşkilatçıları əksərən maarifpərvər ziyalılar idi. Cəmiyyət milli mədəniyyət maarifi inkişaf etdirmək məqsədi daşıyırdı. Onlar şəhərdə bir neçə kənddə kitabxana qiraətxana açmışdılar. Bakıda "Səfa" yeganə bir məktəb idi. İkimərtəbəli bu məktəb binası 1910-cu ildə varlı ziyalılardan Əlibala Zərbəliyev tərəfindən tikilmiş (hazırda Lermontov küçəsində bu məktəbin yerində bağ salınmışdır).

"Səfa" milli teatrın inkişafı ilə daha çox maraqlanırdı. Özünün xüsusi teatr truppası var idi. Dövrün görkəmli aktyorları tanınmış yazıçı dramaturqlar bu truppa ətrafında toplaşmışdılar. Hazırladıqları tamaşalara "Nicat" cəmiyyətinin ayrı-ayrı aktyorlarını dəvət edirdilər. Cəmiyyətin fəaliyyətində Səməd Mənsur, Dadaş Bünyadzadə, Məhəmməd Əmin Rəsulzadə, Əliabbas Müznib, Hüseyn Ərəblinski, Abbas Mirzə Şərifzadə, Cahangir Zeynalov başqaları yaxından iştirak edirdi.

Bəzən tanınmış adamları cəlb etmək üstündə "Səfa" ilə "Nicat" cəmiyyətləri arasında ixtilaf baş verirdi. Hər kəs istəyirdi ki, məşhur aktyorları öz tərəflərinə çəksin. Lakin "Səfa" cəmiyyətinin aktyorlarını hər vasitə ilə şirnikləndirib öz tərəfinə çəkmək istəyən "Nicat" cəmiyyətinin cəhdləri puça çıxırdı. Məsələn, "Nicat" çox çalışırdı ki, Səməd Mənsuru öz tərəfinə çəksin. Səməd Mənsur isə "Səfa"ya sadiq qalırdı. Səməd Mənsurun getməməsi "Səfa"nın mövqeyini daha da möhkəmlətdi. Bundan əlavə "Səfa" görkəmli aktyor Abbas Mirzə Şərifzadənin tez-tez baş rollarda çıxış etməsinə nail olurdu. Doğrudur A. M. Şərifzadə "Nicat"ı həmişəlik tərk etməmişdi. Lakin onun "Səfa" truppasında baş rollarda çıxış hətta rejissorluq etməsi tamaşaçılar qarşısında "Səfa" truppasının nüfuzunu xeyli qaldırmışdı.

1917-ci ildə "Səfa" cəmiyyəti fəaliyyətini dayandırır.

 

BAKI BƏHAİ "RUHANİ" CƏMİYYƏTİ

1909-cu ilin oktyabrında Bakı şəhər qubernatoruna Musa Nağıyevin, Ağakişi Əliyevin, Əşrəf Kərimovun, Baba Səmədovun İsmayıl İbrahimovun Bakı bəhai "Ruhani" cəmiyyətini təsis etmək üçün ərizə verilmişdi.

Bəhaistlər dini-kosmopolitizmin təliminin davaçılarıdır İranda XIX əsrin ortalarında yaranmışdır. Bəhaizm elmlə dinin birləşdirilməsi ehtiyacını şəxsi mülkiyyətin müdafiəsini vacib sayırdı. XX əsrin başlanğıcında bəhaizmin müəyyən qədər yayılması Azərbaycanda da baş verdi.

Cəmiyyətin nizamnaməsi 1910-cu ilin yanvarında Bakı cəmiyyətləri ittifaqları haqqında işlər üzrə iclasda təsdiq edilmişdi. Cəmiyyət öz qarşısında Bakı quberniyası ərazisində bəhaizm tərəfdarlarının arasında savadın ibtidai təhsilin yayılmasını hədəf qoyurdu: məktəblərə dəstək göstərmək, dərsliklər çıxarmaq, kitabxana-qiraətxana açmaq, tamaşaları ədəbi axşamları qaydaya salmaq, kasıb bəhaistlərin orta təhsil müəssisələrinə daxil olmasına kömək etmək s.

1910-cu ilin fevralında "Ruhani" cəmiyyətinin üzvlərinin yığıncağı oldu.Gizli səsvermədə  aşağıdakılar şuranın üzvləri seçildi: A. M. Nağıyev, A. K. Əliyev, Şeyx Ələkbər Gorani, A. Kərimov, M. Q. Əsədullayev, M. Tahirov, İ. Uskul, A. V. Yaqubov, A. Z. Quliyev, A. M. Nağıyev isə fəxri sədr seçilmişdi.

Hər il cəmiyyət tərəfindən bəhaist uşaqlarının tərbiyəsinə təhsilinə, şagirdlərin təliminin (təhsilinin) ödənişinə, dərsliklərə vəsait ayırır, kasıb bəhaistlərə maliyyə dəstəyi olurdu. 1915-ci ildə İdarə Heyəti müharibədən zərər çəkmişlərin xeyrinə 200 rubl vəsait ayırdı.

Beləliklə, xeyriyyə cəmiyyətləri ayrı-ayrı şəxslər kimi Azərbaycan xalqının maariflənməsinə öz payını verdi, Azərbaycan mesenatlığı tarixində dərin iz qoydu. Xeyriyyə cəmiyyətlərinin fəaliyyətinə ana dilinin inkişafı, məktəblərin açılışı, kitabxanalar, axşam maarifləndirici kursları daxil idi. Qeyd edək ki, mesenatlıq - bu yalnız ayrı-ayrı şəxslərin təsirli qayğısı deyil, bacarıqla hazırlanmış , institut idi.

Azərbaycanda mədəni-maarifçilik cəmiyyətlərinin yaradılmasında milli burjuaziyanın nümayəndələri bilavasitə fəal iştirak edirdilər.

Sonda qeyd etmək lazımdır ki, dövrün əhəmiyyətli hadisələri ilə əlaqədar olaraq xeyriyyəçiliyin yüksək inkişaf etdirilməsinə Azərbaycanın başqa sahibkarlarının da fəaliyyətini  aid etmək olar.

 

AZƏRBAYCANDA SƏHİYYƏNİN İNKİŞAFINDA İMKANLI İŞ ADAMLARININ İŞTİRAKI

Azərbaycan milyonçuları adamları  səhiyyənin inkişafına öz töhfəsini artıq mövcud olan klinikaları dəstəkləməklə deyil, həm yeni  xəstəxana binalarının tikintisini maliyyələşdirərək verirdi. Şuşada yerli sahibkarların ianələri sayəsində 1890- illərin sonunda üçmərtəbəli xəstəxana tikilmişdi.

1899-cu ildə Azərbaycan sahibkarları "Körpələr evi" cəmiyyəti üçün əhəmiyyətli töhfəni xəstələr üçün uşaq klinikasının şəxsi binasının tikintisinə verdilər. Onların sırasında H. Z. Tağıyev, Mustafa Rəsulov, Hacı Əli, Baba Babayev, Hacı Nemət Seyidov, İmamverdi Vəliyev başqaları var idi.

1907-ci ildə öz nəhəng var-dövlətinin üçdə birini vəsiyyət edən Hacı Baba Aşurov vəfat etdi. Bu kapitalın bir hissəsinə Bakıda müsəlman xəstəxanasının tikintisi nəzərdə tutulmuşdu bunu H. B. Aşurov hələ sağ ikən arzu edirdi.

1912-ci ildə Romanovlar sülaləsi hökmranlığının 300 illiyinin qeyd edilməsi şərəfinə Bakı Qadın "Müqəddəs Nina" təhsil müəssisəsi yanında xəstəxananın binasının tikintisinə H. Z. Tağıyev tərəfindən 20 min rubl ianə edilmişdi.

13 aprel 1914- ildə "Uşaq xəstəxanası" cəmiyyətinin təşəbbüsü ilə xəstəxana binasının təməlqoyma işləri başlamışdı. Təməlqoyma günü cəmiyyətin mənfəəti üçün A. M. Nağıyev H. Z. Tağıyev hər biri 10 min rubl verməklə böyük töhfələr etmişdilər.

Yerli sahibkarların xanımları da sağlamlıq mərkəzlərinə ianələr vermişdi. Məsələn, 1918-ci ildə Z. Səlimxanova uşaq xəstəxanası müsəlman uşaq evinə 5500 rubl bağışladı. Eyni ehtiyaclara S. Tağıyeva tərəfindən ianə alınmışdı.

Şübhəsiz ki, bu sahədə ən mühüm hadisə A. M. Nağıyev tərəfindən maliyyələşdirilən şəhər xəstəxanasının əsas binasının tikintisi oldu. Bu tikintiyə 300 min rubl ayrılmışdı. 1913- ilin 7 fevralında Bakı Dövlət Dumasının deputatlar heyəti - K. A. İretski, M. R. Vəkilov, M. Sultanov Q.Məmmədovun başçılığı ilə Ağa Musa Nağıyevlə görüşüldü ona hədiyyə üçün şəhər rəhbərliyinin minnətdarlığı çatdırıldı. Çıxışdan sonra M. Nağıyev qeyd etdi ki, bu onun bütün ömrünü keçirdiyi şəhərin əhalisi qarşısındakı bir borcudur.

Min ədəd xəstə çarpayısı yerləşəcək xəstəxana şəhərciyinin layihəsinin reallaşdırılması 10 ilə müəyyənləşmişdi. Burada aşağıdakı sayda yerlər müəyyənləşmişdi: cərrahlıq korpusu - 250; terapevt - 400; yoluxucu bölmə - 200; dəri-zöhrəvi - 50; vərəm - 50; əsəb - 50.

Bakı sakinlərinin minnətdarlıqla adlandırdıqları "Nağıyev xəstəxanası" yalnız şəhərdə səhiyyənin böyük mərkəzi olmadı, həmçinin səhiyyə peşəkarlarının hazırlanmasında mühüm rol oynadı.

 

BİRİNCİ DÜNYA MÜHARİBƏSİ İLLƏRİNDƏ ZƏRƏRÇƏKMİŞLƏRƏ KÖMƏK 

Milli sahibkarlar Qırmızı Xaçın Bakı bölməsinin hər bir təşəbbüsünə cavab verərək, böyük əhəmiyyətli dəstəyin göstərilməsinə çalışırdılar. Qırmızı Xaç tərəfindən yaradılmış "Qadın dərnəyi" əhəmiyyətli töhfələr verərək, şəhər Dövlət Xəstəxanasının açılması, həmçinin "İsmailiyyə" Müsəlman Xeyriyyə Cəmiyyətinin binasında müsəlman xəstəxanasının yaradılmasını milli burjuaziya öz vətənpərvərlik borcu kimi qiymətləndirirdi.

Qeyd edək ki, müharibənin ilk günlərindən ianələr yığılmağa başlandı: M. Nağıyev - 10 min rubl, Dadaşov - 2500 rubl, Ş. Əsədullayev varisləri - 2 min rubl, İ. Səfərəliyev - bir min rubl, M. Aşurbəyov - 500 rubl başqaları. Qırmızı Xaçın xeyrinə həmçinin müsəlman maarifləndirici cəmiyyətləri tərəfindən təşkil edilən xeyriyyə tamaşalarından da  vəsaitləri gəlirdi. Beləliklə, 1914- ilin oktyabrında "Nicat" maarifləndirici cəmiyyətinin təşkil etdiyi tamaşalardan Qırmızı Xaçın fonduna 1230 rubl daxil oldu.

Qırmızı Xaç Cəmiyyətinin Bakı bölməsi tərəfindən yaradılmış "Qadın Dərnəyi" təşkilatı öz fəaliyyətinə görə Azərbaycan burjuaziyasının nümayəndələrinin töhfələrinə borclu idi. Müxtəlif vaxtlarda "Qadın Dərnəyi" yardım olaraq Qırmızı Xaç Cəmiyyətinə ianə daxil oldu: B. Səfərəliyeva tərəfindən bir min rubl, S. Tağıyeva tərəfindən - 500 rubl, X. Aydəmirova tərəfindən - 750 rubl, T. Əsədullayeva tərəfindən - 500 rubl. Bu təşkilata böyük maliyyə dəstəyini İ. Hacınski, İ. Əliyev, N. A. Əlizadə, Aşurbəyov qardaşları, İsgəndərov qardaşları başqaları göstərirdi. 1915-ci ilin fevralında "Qadın Dərnəyi"nin xeyrinə Ağabala Quliyev 23 kisə un ianə etdi.

Milli burjuaziya nümayəndələri yaralılar üçün lazaretin açılışında da əhəmiyyətli kömək göstərdilər. 1914- ilin avqustunda Bakı qubernatoru V. V. Alışevskinin sədrliyi bütün xeyriyyə maarifləndirici cəmiyyətlərin iştirakı ilə Qırmızı Xaçın Bakı bölməsinin iclası oldu, burada lazaretlərin yaranması haqqında məsələ müzakirə olundu. İclasda "Səadət" mənəvi cəmiyyəti sağalan xəstələr üçün lazaret kimi işlənə biləcək şəxsi binasını təklif etdi. Eyni vaxtda müsəlman cəmiyyətləri "İsmailiyyə" xeyriyyə cəmiyyətinin binasında lazareti açmaq arzusunda olduqlarını elan etdi. 1914- ilin sentyabrında Müsəlman Xeyriyyə Cəmiyyətində Bakının çox hörmətli müsəlmanları tərəfindən xəstələrə yaralı döyüşçülərə yardım, həmçinin "İsmailiyyə" binasında da müsəlman lazareti kimi fəaliyyət üçün bölmə təşkil edilmişdi. Komitə tərkibinə ümumilikdə 35 nəfər olmaqla: M. Əsədullayev (sədr), M. Nağıyev, H. Z. Tağıyev, M. Muxtarov, İ. Hacıyev, İ. B. Aşurbəyovlar, N. Əmiraslanov başqaları daxil idilər.

24 oktyabr 1914- ildə "İsmailiyyə "binasında lazaretin açılışı münasibəti ilə ibadət edilib dualar oxunub. Açılışda olmuş Bakı şəhər qubernatoru polkovnik P. İ. Martınov sarayının inşaatçısı M. Nağıyevin, ideya müəllifi H. Z. Tağıyevin xeyriyyə cəmiyyətinin sədri M. Ş. Əsədullayevin şərəfinə ziyafət verdi . Lazaret zalın yan qonşu otaqlarında yerləşirdi, nəhəng təmtəraqlı zal isə yaralılar üçün qış bağına çevrilmişdi. Yüz çarpayıya hesablanmış lazaretin tibbi heyəti  Müsəlman Xeyriyyə Cəmiyyətinin hesabına saxlanılırdı.

1914- ilin sonunda yaralılara yardım üçün "Əsas komitə" seçilmişdi, komitənin tərkibinə milli sahibkarlığın böyük nümayəndələri olan H. Z. Tağıyev, M. Nağıyev, M. Muxtarov, M. Əsədullayev daxil idilər.

(Ardı var)

 

 





04.02.2014    çap et  çap et