525.Az

Təşəkkür məktubu


 

Təşəkkür məktubu<b style="color:red"></b>

Flora HACIYEVA,

Bakı Dövlət Universitetin
Nanomaterialların kimyəvi
fizikası kafedrasının müəllimi

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 1 fevral 2014- il tarixli Sərəncamı ilə mən Gənclər üçün Prezident mükafatına layiq görülmüşəm. Bu gün mən belə yüksək mükafata layiq görüldüyüm üçün ilk növbədə Azərbaycan dövlətinə, Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevə təşəkkür edirəm dərin minnətdarlığımı bildirirəm. Respublikamızda dövlət gənclər siyasətinin formalaşdırılması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər gənclərlə bağlı məsələləri həmişə dövlət siyasətinin əsas tərkib hissələrindən biri hesab edir, gənclərin imkan bacarıqlarını yüksək qiymətləndirir, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verirdi. Məhz onun 1 fevral 1997-ci il tarixli sərəncamı ilə 2 fevral Azərbaycan Respublikasında Gənclər günü kimi təsis edilib.

Qloballaşmanın vüsət aldığı informasiya cəmiyyətinin sürətlə formalaşdığı müasir dövrdə Azərbaycan Respublikasında sosial-iqtisadi, elmi-mədəni, təhsil digər sahələrdə gənclərin daha fəal iştirakını təmin etmək istiqamətində aparılan işlərin yeni səviyyəyə yüksəldilməsi məqsədi ilə ulu öndərin yolunu uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən çoxsaylı sərəncam fərmanlar verilib, o cümlədən 2011-ci il 7 iyul tarixli 1621 nömrəli Sərəncamla  "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı" təsdiq edilib 2013- il 2 iyul tarixli 934 nömrəli Fərmanla Gənclər üçün Prezident Mükafatı təsis olunub. Bu sərəncam fərmanlar cəmiyyətin maraqlarının təmin edilməsi ölkə iqtisadiyyatının rəqabətə davamlılıq qabiliyyətinin artırılması üçün gəncliyin innovativ potensialından geniş istifadə olunmasına əlverişli zəmin yaradıb. Məhz Prezident İlham Əliyevin böyük əməyi səyi nəticəsində Azərbaycan gəncliyi bu gün artıq cəmiyyətin inkişafında ciddi rolu olan fəal sosial təbəqəyə çevrilib.

Dövlətin gənclər siyasətinin həyata keçirilməsi sahəsində təhsil aldığım hazırda çalışdığım doğma Bakı Dövlət Universitetində mühüm tədbirlər həyata keçirilmişdir bu gün bu siyasət uğurla davam etdirilir. Hörmətli rektorumuz akademik Abel Məhərrəmov tərəfindən gənc nəslə hərtərəfli diqqət qayğı göstərilir, gənclərin elm təhsil sahəsində fəal iştirakının təmin olunması beynəlxalq aləmdə tanınan qəbul edilən nailiyyətlər əldə etməsi üçün bütün şərait yaradılıb. Bu diqqət qayğının sayəsində mən 2010-cu ildə MDB ölkələrinin  "LOMONOSOV 2010" gənclərin elmi forumunda iştirak edərək təqdim etdiyim "Su səthindən neftin təmizlənməsinə nanotexnologiyanın tətbiqi" innovasiya proyektinə görə diplomla mükafatlandırılmışam, 2011-ci ildə Gənclər  İdman  Nazirliyi tərəfindən elm təhsil  sahəsində  qazandığım  uğurlara  görə Gənclər Mükafatı laureatı adına layiq görülmüşəm, 2012-ci ildə  nanotexnologiya sahəsində qazandığım uğurlara görə MDB ölkələrinin "Debütların birliyi" beynəlxalq mükafatına layiq görülmüşəm bu mükafat mənə Türkmənistanın paytaxtı Aşqabad şəhərində Türkmənistan Respublikasının prezidenti tərəfindən təqdim olunmub. Bu gün mən Universitetin Gənc Alimlər Şurasının sədri kimi mənə göstərilən diqqət qayğıya, əldə etdiyim bu nailiyyətlərə görə həm universitet rəhbərliyinə, həm Gənclər  İdman  Nazirliyinə təşəkkür edir minnətdarlığımı bildirirəm. Hesab edirəm ki, mənə verilən bu mükafat universitet elminə, ümumiyyətlə Azərbaycan elminə təhsilinə verilən mükafatdır mən bu etimadı doğrultmaq üçün bundan sonra da bütün səy bacarığımla çalışacağam.

 





04.02.2014    çap et  çap et