525.Az

Daxili İşlər Nazirliyində kadr dəyişikliyi


 

Daxili İşlər Nazirliyində kadr dəyişikliyi<b style="color:red"></b> Suraxanı rayon Polis İdarəsinə yeni rəis təyin edilib
 
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Bakı şəhər Suraxanı rayon Polis İdarəsinə yeni rəis təyin edib. Lent.az-ın məlumatına görə, Beyləqan rayon Polis Şöbəsinin (RPŞ) rəisi, polis polkovniki Təhmasib İbrahimov vəzifəsindən azad edilərək, Suraxanı rayonuna polis rəisi təyin edilib.
 
T.İbrahimov xəbəri Lent.az-a təsdiqləyib. O bildirib ki, Beyləqan rayonunun polis rəisi vəzifəsinə hələlik təyinat edilməyib. Bu vəzifəni rəisin əməliyyat işləri üzrə müavini, polis polkovnik-leytenantı Zöhrab Məmmədov yerinə yetirir.
 
Qeyd edək ki, yanvarın 28-də Daxili İşlər Nazirliyində keçirilən kollegiya iclasında Ramil Usubov Suraxanı rayon Polis İdarəsinin rəisi, polis polkovniki Məmməd Mikayılovu küçə ticarəti ilə mübarizədə yol verdiyi nöqsanlara görə vəzifədən azad edib.
 





05.02.2014    çap et  çap et