525.Az
Bakıda mənzildən 200 min dollar aparılıb
Bakı şəhərinin Nərimanov rayonu ərazisində mənzildən külli miqdarda pul oğurlanıb.
Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, A.Heydərov küçəsi 29/22 ünvanında Məmmədov Oqtay Məmməd oğluna məxsus evdən naməlum şəxs və ya şəxslər 200 min dollar oğurlayıblar. Şikayətçi bildirib ki, həyat yoldaşı Rahidə Məmmədova evdə olmadığı müddətdə, fevralın 4-ü saat 14-dən 19-dək olan vaxtda mənzilə basqın edilib.
Hazırda faktla bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir.
05.02.2014
çap et