525.Az

Şərqşünaslıq İnstitutunun əməkdaşı İraq telekanalına Qarabağdan danışıb


 

Şərqşünaslıq İnstitutunun əməkdaşı İraq telekanalına Qarabağdan danışıb<b style="color:red"></b>

AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutun Ərəb ölkələri tarixi və iqtisadiyyatı şöbəsinin elmi işçisi Samid Bağırov Azəraybaycan həqiqətlərini, son günlərdə Qarabağda baş verən hadisələr, ölkəmizin cəbhədən uzaq şəhər və rayonlarında Ermənistan ordusunun törətdikləri hərbi cinayətlər barədə məlumatları dünyanın ərəbdilli ictimaiyyətinə çatdırmağı davam etməkdədir.

S.Bağırov oktyabrın 21-də İraqın "əl-İtticah" telekanalında Qarabağda son vəziyyətlə bağlı məlumat verib, ordumuzun əks-hücum əməliyyatının BMT-nin 4 qərarına söykəndiyini, son 27 il ərzində beynəlxalq vasitəçilər və Minsk qrupunun bitərəf mövqe sərgiləmədiyini, verilən qərarların həyata keçirilmədiyini diqqətə çatdırıb.

 





25.10.2020    çap et  çap et