525.Az

Möhsün Pakayin: ".... İranı gərək Azərbaycan və Ermənistan dəstəkləsin"


 

Möhsün Pakayin: ".... İranı gərək Azərbaycan və Ermənistan dəstəkləsin"<b style="color:red"></b>

 

Müsahibimiz İran İslam Respublikasının Azərbaycandakı səfiri Möhsün Pakayindir. 

- Cənab səfir, İran İslam inqilabının növbəti ildönümü yaxınlaşır. Bu inqilabın İran xalqının dövlətinin həyatında hansı rolu olub?

- İran islam inqilabı yalnız İran xalqı deyil, bütün dünya üçün böyük bir dəyişikliklərə gətirib çıxaran inqilab oldu. Əslində islam inqilabı beynəlxalq aləmdə yeni bir fenomenal hadisə idi.

O mənadakı dünyanın böyük bir hissəsində kommunizm şərq blokunun mövcudluğu insanların dini baxışlara malik olduğu halda, digər bir hissəsində liberal demokratiya kimi bir fenomen var idi. Bu da dini insanların həyatından silmək, yaxud onu başqa bir formada təqdim etmək istəyirdi. Belə bir zamanda islam inqilabı qələbə çaldı İran xalqının din bayrağı altında birləşməsi əslində bu inqilabının uğur qazanmasına səbəb oldu.

İranın keçmiş şah rejiminin iki böyük problemi var idi. Bunun biri istibdad idi. Yəni ölkə daxilində heç bir azadlıq, o cümlədən söz, vicdan azadlığı mövcud deyildi.

Hər şey şah rejiminin nəzarətində idi. İkinci böyük problemi isə rejimin xarici qüvvələrə bağlılığı, onlardan asılı olması idi. Belə bir vaxtda İran xalqı Xomeyninin rəhbərliyi ilə inqilab etdi, əsas şuarları isə azadlıq, istiqlal islam respublikası təşkil edirdi.

İslam inqilabının qələbəsindən dərhal sonra səsləndirilən şüarları biz həyata keçirdik, ölkədə söz, mətbuat azadlığı yarandı, İranın xarici asılılığı aradan qalxdı. İqtisadi sahəyə gəlincə, nefti özümüz satmağa başladıq, ondan gələn gəliri isə xalqın rifahına həsr etdik. Buna görə deyirəm ki, İran inqilabı həm ölkə daxilində, həm beynəlxalq aləmdə öz təsirini göstərmişdi.

- İran nüvə proqramına görə Qərbin sanksiyaları ilə üzləşmişdi. Son aylar isə Qərblə danışıqların uğurlu olmasını müşahidə etdik. Bu sahədə hazırkı vəziyyət barədə deyə bilərsiniz danışıqların gələcəyini necə görürsünüz?

- Zənnimizcə, çox mühüm müsbət addım atılıb. Biz illərlə elan etmişik ki, nüvə enerjisi istehsal etməkdə məqsədimiz nüvə silahına sahib olmaq demək deyil.

Bildirmişik ki, İranın nüvə proqramı sülh məqsədlidir ölkənin rifahı, inkişafı üçün nəzərdə tutulub. Cenevrədə danışıqlar apardığımız 5+1 ölkələri bizim fikirlərimizi qəbul etdilər. Onlar əmin oldular ki, İran nüvə silahı əldə etmək niyyətində deyil.

Əvvəldən düşünürdük ki, beynəlxalq aləmdən olan bu təzyiqlər siyasi xarakter daşıyır nüvə silahı ilə bağlı deyil. Bundan sonra Qərb ölkələri İrana qarşı sanksiyaların müəyyən hissəsinin azaldılmasına qərar verdilər.

İran da imza atıb ki, nüvə proqramını müəyyən hissəyə qədər məhdudlaşdırsın. Hesab edirik ki, bu razılaşmalar qarşılıqlı etimad yaratmaq İranla beynəlxalq aləm arasında, xüsusilə iqtisadi sahədə bir əməkdaşlığın yaradılmasına genişləndirilməsinə səbəb olacaq.

Bu razılaşma ona gətirdi ki, əvvəllər İranda yatırım qoyan sonra sanksiyalara görə fəaliyyətlərini dayandıran şirkətlər adamları  yenidən İrana qayıdırlar.

İran güclü iqtisadiyyata malikdir. Bu səbəbdən on ilə yaxın davam edən şiddətli sanksiyalara davam gətirə bildi. Hazırda sanksiyaların bir hissəsi ləğv olunub ümid edirik ki, gələcəkdə daha çox hissəsi ləğv olunacaq.

Bu da iqtisadiyatımızın genişlənməsi çiçəklənməsi üçün yeni bir təkan olacaq. İran xalqı 10 ildə sanksiyalara dözməsinin, müqavimət göstərməsinin nəticəsini görəcək.

Biz inqilabdan sonra bəyan etmişik ki, İsraildən başqa dünyanın bütün ölkələri ilə normal dostluq münasibətləri qurmaq istəyirik. Bu gün bütün dünya ölkələri ilə qarşılıqlı hörmət çərçivəsində əlaqələr qurmağa hazırıq.

- Cənab səfir, bu il Azərbaycan İran əməkdaşlığının əsas istiqamətləri hansılar olacaq?

- İranın dünyada müsbət imicinin yaranması səbəbindən qonşu ölkələrlə münasibətləri yaxşılaşır.  Hazırda Azərbaycanla 500 milyon dollar həcmində ticarət dövriyyəmiz var. Biz bunu 2 milyarda çatdıra bilərik. Hesab edirik ki, gələcəkdə iki ölkənin iqtisadi əməkdaşlığı daha da inkişaf edib, genişlənəcək.  Bunun bir sıra əlamətlərini görməkdəyik. Məsələn, adamları qarşılıqlı olaraq çalışmaq üçün hazır olduqlarını bildiriblər. Bu il biz qarşılıqlı olaraq mədəniyyət günlərinin keçirilməsini nəzərdə tuturuq. Beynəlxalq səviyyədə hər zaman ölkələrimiz bir-birlərinin mövqeyini dəstəkləyir. Düşünürük ki, bu il İrana gedən azərbaycanlıların sayı daha çox olacaq. Medialar arasında əməkdaşlığın genişlənməsi üçün bəzi işlər görmüşük. Yüksək səviyyəli şəxslərin, həmçinin iki ölkə rəhbərlərinin qarşılıqlı səfərlərini gözləyirik. Bundan əlavə, hökumətlərarası komisiyanın iclasının keçirilməsi gündəmdədir. Ümumiyyətlə, bu ili iki ölkənin münasibətləri üçün məhsuldar il hesab edirəm.

- Xocalı soyqırımının İran parlamentində müzakirəyə çıxarılması gözlənilirdi. Soyqırımın növbəti ildönümü ərəfəsində bu müzakirələr mümkündürmü?

- Xocalı faciəsi ilə bağlı Azərbaycan xalqının dərdinə şərik olduğumuzu bir daha bildiririk. Bizim parlament üzvlərimiz müstəqil şəkildə bu faciə ilə bağlı öz fikirlərini bildirə Azərbaycanın dərdinə şərik olduqlarını deyə bilərlər. İki ölkənin parlamentləri arasında Xocalı faciəsinin İran parlamentində müzakirəyə çıxarılması üçün danışıqlar aparılır. Bu məsələ araşdırılır biz nəticənin necə olduğunu gözləməliyik.

- Rəsmi Tehran hər zaman bəyan edir ki, Dağlıq Qarabağ münaqişəsi region dövlətlərinin iştirakı ilə həll oluna bilər. Eyni zamanda İran bununla bağlı layihəsi olduğunu da bildirib. İran indi müzakirə olunan həll prinsiplərindən fərqli təklif edə bilər?

- Dağlıq Qarabağ münaqişəsi iki ölkə, Ermənistan Azərbaycan arasında olan bir problemdir sülh danışıqları ilə həll edilməlidir. Biz hazırda yüksək səviyyəli danışıqların davam etdirilməsini alqışlayır müsbət qarşılayırıq.

İnanırıq ki, münaqişənin həlli regionun sabitliyi üçün çox faydalı olacaq. Bu məsələnin daha tez həlli üçün öz köməyimizi təklif edirik. Düşünürük ki, Minsk qrupu 20 ildə mühüm addım ata bilməyib. Bu problem Minsk qrupu ölkələri üçün ikinci, bəlkə üçüncü dərəcəli bir məsələdir. Minsk qrupunun regiondan kənar olan bəzi üzvləri sülh, müharibə statusunu saxlamağı daha uyğun hesab edirlər.

Çünki onlar bu vasitə ilə hər iki ölkəyə silah satırlar problemin həllinə o qədər meyl göstərmirlər. Region ölkələri bu məsələnin həllini daha çox istəyirlər. Çünki regionda hər hansı xoşagəlmız hadisə, müharibə təhlükə yaradır. Düşünürük ki, münaqişə region ölkələri, İran, Türkiyə, Rusiyanın iştirakı ilə həllini tapa bilər.

Münaqişənin mərhələli həll prinsipi 2007-ci ildə Madriddə təqdim olunub bunun nəticəyə gətirmək ehtimalı çox idi. Amma icra olunmadı. Çünki Minsk qrupunun bu həll variantı üçün o qədər istəyi yoxdur. İranın Qarabağ münaqişəsinin  həlli üçün bir layihəsi var. Lakin bu layihə o zaman faydalı ola bilər ki, Azərbaycan Ermənistan onu dəstəkləsin.

Belə bir istək zərurət olmadığı üçün bu layihəni açıqlamaq istəmirik. Lakin yenə region ölkələri ilə bu istiqamətdə müzakirələr aparırıq.

Bəzi təkliflər layihələrimizi təqdim edib, keçmiş təcrübələrdən istifadə edirik. Gözləməliyik ki, gələcəkdə işlər necə gedir.

- Yeni tikilmiş Culfa körpüsünün istifadəyə verilməsi yerdədir?

- Hazırda Culfa körpüsü, ümumiyyətlə, İranla Azərbaycan arasındakı bütün sərhəd keçid məntəqələri açıqdır. Yalnız körpüdə bəzi problemlər olduğu üçün 30 tondan artıq yük maşınlarının keçməsinə məhdudiyyət qoyulub. Bu məhdudiyyət körpünün qorunması üçündür. Əgər 30 tondan artıq yük maşını keçsə körpünün dağılma təhlükəsi var nəticədə Naxçıvanla İranın yolu bağlana bilər. Bu körpünün 70 yaşı var, eyni halda biz sərhəddə yeni körpü tikmişik onun istifadəyə verilməsi üçün İranla Azərbaycan arasında bir anlaşma imzalanmalıdır.

Bu anlaşmanın imzalanması üçün müzakirələr hazırda davam etdirilir.

Anlaşma imzalanandan tərəflər razılığa gəldikdən sonra yeni körpü istifadəyə veriləcək köhnə istifadədən çıxarılacaq. Yeni körpüdə heç bir məhdudiyyət olmayacaq.

Biz öz təklifimizi vermişik ümid edirik ki, tezliklə körpü istifadəyə veriləcək.

- Cənab səfir, Urmiya gölünün vəziyyəti ilə bağlı rəsmi Tehran hansı addımları atmağı düşünür?

- Urmiya gölünün əvvəlki vəziyyətə qaytarılması prezident Həsən Ruhaninin rəhbərlik etdiyi yeni kabinetin əsas məsələlərindəndir. Urmiya gölü İran ərazisində yerləşir biz buna görə daha çox nigaranıq. Dövlət tərəfindən gölün qurumasının qarşısının alınması suyunun artırılması üçün xeyli vəsait ayrılıb. Gölə suyun axıdılması işinə başlanılıb. Bu işlərin bir hissəsi dövlətin, bir hissəsi isə təbiətin əlindədir, yəni yağışların yağmasını nəzərdə tuturam. Əgər çox yağış qar yağsa, bu qurumanın qarşısını almaq üçün dövlətin layihəsinə kömək edəcək. İranda yalnız Urmiya deyil, quraqlıq səbəbindən digər çay göllər qurumaq təhlükəsi ilə üzləşiblər. Bütün bu göllərin, çayların su mənbələrinin qurumasının qarşısını almaq dövlətin əsas vəzifələrindən, işlərindən biridir.

Pərvanə

 





05.02.2014    çap et  çap et