525.Az

Turizm yalnız gəlir sahəsi deyil, həm də dünyaya inteqrasiyadır


 

Turizm yalnız gəlir sahəsi deyil, həm də dünyaya inteqrasiyadır<b style="color:red"></b>

Aran regionunda turizmə dəstək İqtisadiyyatın neft sektorundan sonra gələn ən gəlirli sahələrindən biri də turizmdir. Turizm birbaşa təbiətə bağlıdır. Turizm yalnız gəlir sahəsi deyil, həm də dünyaya inteqrasiya deməkdir. Bu sahə üzrə inkişaf etməyən hansı bir ölkə, şəhər, kənd özlüyündə dünyadakı proseslərdən geridə qalır. Və problemi aradan qaldırmaq üçün turizmin müxtəlif növlərindən istifadə etmək olar. İndiki zamanda turizmi olmayan bölgə arzuolunan deyil.
 
Qeyd etməliyik ki, Azərbaycanda bu sahəyə son illər xüsusi diqqət verilir. Bununla belə bəzi regionlarda həll olunmamış məsələlər var. Buna misal olaraq Aran rayonlarını göstərmək olar. Araz çayı ilə əhatə olunan rayonlarda çay boyu bir neçə yerdə turizmin çay turu növünü yaratmaq olar. Bu, Azərbaycanda turizmin yeni sahəsi deməkdir. Hazırda turistlərə maraqlı olan bir sahə də raftinqdir, yəni çay üzərində beş on nəfərlik hava ilə doldurulmuş qayıqla səyahət...

Bu bölgədə bunun qurulması üçün münbit şərait də var. Buna nail olunursa, avtomatik olaraq həmin bölgədə turistlər üçün mehmanxanalar, əylancə obyektləri və sair kimi turizm infrastrukturlarına ehtiyac olacaq. Turistlər regionlara səfər edən zaman təkcə ekskursiya deyil, burada gecələmə və əyləncəli yerlərdə təbii ki, istirahət edəcəklər. Bu regionda ov turları da həyata keçirmək olar. Ümumən, belə bölgələrdə turizmin inkişafı burada insanların gəlirlərinin artması və işsizliyin aradan qaldırılması deməkdir.

Pərviz NƏSİROV

 





05.02.2014    çap et  çap et