525.Az

Bakıda məktəbli qız itkin düşüb


 

Bakıda məktəbli qız itkin düşüb<b style="color:red"></b>

 Bakıda məktəbli itkin düşüb.

Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Elnarə Abbasova 9-cu polis bölməsinə ərizə ilə müraciət edərək bildirib ki, 1999-cu il təvəllüdlü qızı Aydan Arif qızı Əmirxanlı yaşadığı Mərdanov qardaşları-122 ünvanından fevralın 5-də Fəvvarələr meydanına getmək adı ilə evdən çıxıb və bir daha geri qayıtmayıb.
 
Qeyd edək ki, A.Əmirxanlı 8-ci sinif şagirdidir.
 
Hazırda polis itkin düşən məktəblinin tapılması istiqamətində iş aparır.

 





06.02.2014    çap et  çap et